Modern.az

Prezident 4 səfiri geri çağırdı - SİYAHI

Prezident 4 səfiri geri çağırdı - SİYAHI

Ölkə

15 Dekabr 2016, 18:43

Prezident İlham Əliyev Azərbaycanın bəzi ölkələrdəki səfirlərinin geri çağırılması barədə bir neçə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, ölkə başçısı Azər Tofiq oğlu Hüseyni Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Rövşən Şamil oğlu Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Mir-Həmzə Nazim oğlu Efendiyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır