Modern.az

Dövlət Departamentinin nümayəndəsi TAP-la bağlı problemə aydınlıq gətirdi

Dövlət Departamentinin nümayəndəsi TAP-la bağlı problemə aydınlıq gətirdi

15 Dekabr 2016, 18:57

"Xəzər dənizinin ətrafında yaşayan ölkələr arasında müəyyən razılaşmalar ola bilər. Belə razılaşmalar olarsa,  bunun əsasında əsasında neft və neft məhsullarının Avropaya çatdırılması mümkündür. Lakin bu layihənin icrası qonşu ölkələrin razılaşmasından asılıdır".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.

 

O, ABŞ-ın Transxəzər layihəsini dəstəklədiyinə də işarə edib.

 

 

"Bütün bunlar bizim üçün prioritet layihələrdir". 

 

ABŞ rəsmisi İtaliyada TAP layihəsinin həyata keçirilməsində yaranan problemlə bağlı məsələyə də aydınlıq gətirib.

 

Hokstaynın sözlərinə görə,  çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə siyasətçilər tərəfindən müəyyən çətinliklər yaradıla bilər.

 

“Əsas məsələ odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Layihə tərəfdaşlarının iştirakı ilə konsorsium əsasında bu problemləri aradan qaldıra bilərik”. 
 

ABŞ rəsmisi İranın Cənub Qaz Dəhlizi layihəsində iştirakının mümkünlüyü ilə bağlı məsələyə də münasibət bildirib: "Əsas məqsədimiz bu layihə vasitəsilə "Şahdəniz" qazının Avropa bazarlarına çıxarılmasıdır".

 

Aqşin Kərimov  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı