Modern.az

Tanınmış mütəxəssis Çingiz Fərəcov iş yerində vəfat etdi

Tanınmış mütəxəssis Çingiz Fərəcov iş yerində vəfat etdi

16 Dekabr 2016, 00:09

Azərbaycanın tanınmış mütəxəssisi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Çingiz Fərəcov vəfat edib.

Modern.az saytı xəbər verir ki, ABOEMDA-nın mətbuat xidmətinin rəhbəri Rübabə Sahibin bildirdiyinə görə, Ç.Fərəcov ötən gün ürək tutmasından iş yerində dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Fərəcov bundan əvvəl Milli Məclisin şöbə müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Qızıl qələm" mükafatı laureatı olub. Ailəli olub, üç qızı və altı nəvəsi var.

Allah rəhmət eləsin.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir