Modern.az

Azərbaycanlı deputatlar Kəlbəcərə görə ATƏT üzvü ölkələrinə müraciət etdi

Azərbaycanlı deputatlar Kəlbəcərə görə ATƏT üzvü ölkələrinə müraciət etdi

Parlament

16 Dekabr 2016, 09:33

 

Bir neçə gün bundan öncə Ermənistanın işğal etdiyi Kəlbəcərdəki Mədəniyyət Mərkəzinin əsaslı təmir edilməsi ilə bağlı  ermənilərin Ararat Fondu dünyadakı erməni maliyyə qurumlarına və lobbisinə müraciət edib.

Müraciətdə bildirilib ki, Mədəniyyət Mərkəzinin erməni xalqının qədim və zəngin mədəniyyətini öyrənmək, həmçinin gələcək nəsillərə ötürə bilmək üçün bərpasına və təmirinə ehtiyac var.

Çox qəribə müraciətdir. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərdə ümumilikdə 144 mədəniyyət evi olub.  

Erməni daşnaklarının öz adlarına çıxdıqları Aşıq Şəmşir adına Mədəniyyət Mərkəzi 1930-cu illərdə tikilib.

Rayonun mərkəzində yerləşən bu Mədəniyyət Mərkəzinin tərkibində onlarla kitabxana, klublar fəaliyyət göstərib. Rəsmi statistikaya əsasən 1979 cu ildə Kəlbəcərdə 58100, 1989-cu ildə isə 57800 nəfər insan yaşayıb.

Hətta sovet dövründə belə Kəlbəcərdə erməni yaşamayıb.

Bir erməni ailəsinə belə rast gəlinməyib. Amma Ermənistan utanmadan Kəlbəcər Mədəniyyət Mərkəzinin onlara məxsus olduğunu iddia edir.

Məsələ ilə bağlı Milli Məclisin deputatları Modern.az vasitəsi ilə dünya ictimaiyyətinə müraciət edib.

 

Deputat Elman Məmmədov ermənilərin bütün tarixlərini uydurma fikirləri əsasında yaratdıqlarını qeyd edib.

“Guya ki, onlar çox böyük xalqdırlar və dünyanın hər yerində yaşayıblar. Onların heç vaxt tarixdə olmayan, fikirlərində yaratdıqları guya “böyük Ermənistan” dövləti var.

 

Hesab edirlər ki, Türkiyənin, İranın  bir hissəsi və bütün Qafqaz onların əraziləri olub. Həmin yerlər  də guya “böyük Ermənistan” ərazisi olub. Yəni onlar sərsəm fikirlərlə, həyasızlıqla, iyrəncliklə tarix boyu məşğul olublar. Bu gün də məşğuldurlar.

 

Ermənilərin bir millət kimi formalaşmasında qaraçılıq var. Dilənmək bunların ata-baba peşəsidir. Serj Sarkisyan və onun komandası başda olmaqla torba götürüb, dünyanın canına düşüblər. Harada bir təşkilat, cəmiyyət görürlərsə oradan pul alırlar. Onlar dilənib özlərini saxlaya bilmirlər. Ermənilər kimdi ki, bizim Mədəniyyət Mərkəzimizi bərpa edir. Onların bizim olan nəyəsə əl vurmaq ixtiyarı belə yoxdur.

 

Onlar kimdilər ki, gah deyirlər Şuşa məscidi, gah da Kəlbəcərdəki bizim Mədəniyyət Mərkəzimizi bərpa etdirirlər. Onların bunu etməkdə əsas məqsədləri öz saxta tarixlərini yaratmaq istəyidir. Biz ordumuzun köməyi ilə itirilmiş torpaqlarımızı geri alıb, onların qondarma tarixi abidələrini məhv edəcəyik.

 

Ermənistan dövləti artıq Azərbaycanı məcbur edir ki, danışıqlardan əl çəksin və əməli fəaliyyətə keçsin. Ermənilər ağıllarına nə gəlirsə bizim ərazilərimizdə edir. Bunun qarşısını ancaq hərb yolu ilə almaq olar.  Biz onlara hərb yolu ilə zərbə vurmalıyıq ki, bizimlə görüşməyə can atsınlar”.

 

Milli Məclisin deputatı, Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayev ilk növbədə qeyd edib ki, Ermənistan dövləti hələ də işğalçılıq siyasətini davam etdirir.

 

“Bu da mənfi haldır. Onlar bu cür hərəkət etməklə dünya ictimaiyyətini Ermənistanın daxilində olan yalançı siyasətinin nəticəsi kimi qəbul etdirirlər.

 

Ermənistan Azərbaycanın ərazilərini işğal edib. İndi də Azərbaycanın tarixi, mədəniyyəti mənimsənilir. Bunu da əməlləri ilə dünyaya sübut edirlər.  Kəlbəcər rayonu azərbaycanlıların ata-baba torpağıdır. Orada ki, qədim Mədəniyyət Mərkəzi də bizim mədəni abidəmizdir.

 

Amma təəssüflər olsun ki, bəzi beynəlxalq qurumlar Ermənistanın yalan vədlərinə, hərəkətlərinə inanırlar. Bundan əlavə bəzi beynəlxaq qurumlar ermənilərin bu kimi tarixi abidələri saxtalaşdırılmasından yana onlara şərait yaradırlar. Ancaq vaxt gələcək ki, bu kimi problemlər həllini tapacaq”.

 

Deputat Vahid Əhmədov bildirib ki,  Ermənistan dövləti tərəfindən Azərbaycanın mədəniyyətinin, tarixinin, adət -ənənələrinin mənimsəməsi kimi  hadisələr  tez-tez baş verir.

 

“Bu məsələ çox ciddi bir problemdir. Amma çox təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələlərə ikili standartlar səviyyəsində münasibət bildirmir. Rusiyadan və dünyanın bir çox ölkələrində olan erməni təşkilatları da bu məsələ üçün müəyyən yardımlar göstərirlər.

 

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Kəlbəcərdəki Mədəniyyət Mərkəzinin bərpa etdirməsi ilə əlaqədar çox ciddi işlər görməlidir. Bəyanatlar vasitəsilə də beynəlxalq qurumların diqqətinə bir daha çatdırılmalıdır.  Milli Məclisin üzvləri də bu kimi hallarla əlaqədar beynəlxalq təşkilatlarda olan zaman  bu məsələni qaldırırlar.

 

Amma bildiyimiz ki, beynəlxalq aləmdə bizə qarşı münasibət necədir. Ermənilər də bu kimi hallardan istifadə edirlər. Dağlıq Qarabağ nə qədər düşmən taptağı altındadırsa ermənilər bu kimi iyrənc əməllərindən əl çəkməyəcəklər”.

 

Deputatlar Kəlbəcərin Mədəniyyət Mərkəzinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı beynəlxalq təşkilatlara, dünyanın böyük dövlətlərinə müraciət ünvanlayıblar.

 

1979 və 1989-cu illər SSR statistikasına görə, Kəlbəcərdə bir erməni ailəsi yaşamadığına istinad edən deputatlar ATƏT üzvü olan ölkələrdən məsələ ilə bağlı mövqe bildirmələrini istəyiblər.

 

Ermənistanın öz havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal etməsinin ardınca bu quldur ölkənin tarximizin, mədəniyyətimizin, mədəni nümunələrimizin öz adlarına çıxmasına etitaz edən deputatlar hesab edirlər ki, Ermənistana due deməyin zamanıdır.  

 

Mirmahmud KAZIMOĞLU

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub