Modern.az

Nazir deputaları qanunları bilməməkdə İTTIHAM ETDİ

Nazir deputaları qanunları bilməməkdə İTTIHAM ETDİ

İqtisadiyyat

16 Dekabr 2016, 13:37

“Deputatlardan xahiş edirəm ki, qanun layihəsini düzgün oxusunlar. Bütövlükdə qanun paketinin fəlsəfəsi Azərbaycanda şəffaflığın artırılmasına, uçot sisteminin bərpasına xidmət edir. Maşınlara, nəqliyyat vasitələrinə qoyulan vergilərin artırılması isə sosial bərabərlik prinsipi əsasında həyata keçirilən addımdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında vergilər naziri Fazil Məmmədov deyib. O, Vergilər Məcəlləsinə dəyişiklik layihəsindən danışarkən bildirib ki, bundan sonra ölkəyə avtomobil az gətirilə bilər.

“Ancaq sosial bərabərlik müəyyən ediləcək. Dövlətdə daha aşağı təbəqədə olan insanlar isə vergilərdən azad edilir. Millət vəkili (Fərəc Quliyevi nəzərdə tutur) qanun layihəsinin fəlsəfəsini dərin bilmir. Qanunları düzgün şərh etmirsiniz. Bu günədək bütün ticarət dövriyyəsindən vergi tutulurdu. Bu gün isə qanunvericilik insanları bundan azad edir. Deyir hansı qiymətə almısansa, onu əlavə dəyər vergisindən çıxırlar. Onun üstünə nə qədər gəlir qoymusansa, bundan gəlir tutulacaq. Bundan yaxşı sosial təbəqə üçün maddələr ola bilərmi?!”.

 

Nazir deyib ki, respublikada işsizlik səviyyəsinin tam təhlilini aparmaq mümkün deyil. Fazil Məmmədov hesab edir ki, əhalimizin bir hissəsi evlərdə işləsə də, onları işə götürənlər də nəzərə alınmalıdır.

“Eləsi var ki, bağda bağban saxlayır. Deməli, onun sosial vəziyyəti yaxşıdır. Bağda bağban, mühafizəçi varsa, deməli, bu, bunun uçotu aparılmalıdır. İşə götürən patentini alıb verməlidir... kənardan tibb bacısı gətirib xidmət etdirirlər. Azərbaycanda həyata keçirilən differensialaşdırılmaqla bağlı çoxlu təzyiqlər oldu. Bu, hökumətdə də geniş müzakirə oldu. Bəzi malların qiymətinin ucuzlaşdırılması, ona tətbiq edilən verginin az olmasından danışılır. Burada kateqoriyanı müəyyən etmək çətindir. Burada uşaq yeməkləri və digər qidalar da var. Bu malların alıcıları da var axı! Sosial təbəqənin imkanlarının genişləndirilməsi üçün dövlətin siyasəti var”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə 201 dəyişiklik nəzərdə tutulub. Qanun layihəsi səsə qoyulara qəbul edilib.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir