23 yanvar 2017, Bazar ertəsi
Ana Səhifə - QARABAĞ - "Generallar icra başçısı təyin edilsinlər"
"Generallar icra başçısı təyin edilsinlər"
16.12.2016, 15:25

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” yeni qanunun müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov ehtiyatda olan həbçilərlə bağlı təklif verib.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, ehtiyatda və istefada olan generallardan cəbhə bölgəsindəki rayonlara icra başçısı təyin etmək olar:

““Hərbi vəziyyət haqqında” sənəd ətraflı şəkildə hazırlanan qanun layihəsidir və hesab edirəm ki, gələcək fəaliyyətin tənzimlənməsi ilə bağlı kifayət qədər addımlar atıla bilər”.

Qanunda hərbi vəziyyətlə yanaşı, səfərbərlik məsələsinə ciddi fikir verməyin tərəfdarı olduğunu deyən millət vəkili bildirib ki, dondurulmuş münqişə həll edilmiş demək deyil və bunun nə vaxtsa donu açılıb, alovlana bilər:

“Biz bu alovlanmaya hazır olmalıyıq. Aprel döyüşlərini buna misal göstərmək olar. Elə ictimai proses yarana bilər ki, biz hər an hərəkətə keçməyə məcbur olarıq. O baxımdan biz hazırlığımızı əldə saxlamalıyıq”.

Məsələ ilə bağlı bir neçə təklif irəli sürən S. Novruzov qeyd edib ki, keçmiş təcrübədə var ki, sərhəd bölgələrinə istefada olan hərbçiləri rayon icra başçısı təyin edilirdi.

“Bundan istifadə etmək lazımdır. Bizim kifayət istefada olan, dövlətinə sədaqətlə xidmət edən hərbçilərimiz var ki, onların idarəçilik, insanlarla münasibətdə və eləcə də digər sahələrdə yüksək təcrübələri var. Bəzi yerlərdə zərurət olarsa, belə insanlardan istifadə etmək vacibdir. Yadımıza salaq ki, 90-ci illərdə elə həmin vətənpərvərlər emənilərin qarşsını aldı. O zaman silahlı dəstə yox idi. Ümumilli lider hakimiyyətə gələndə də Əfqanıstan döyüşçülərinə və müharibə təcrübəsi olan insanlara müraciət etdi. Ayrı-ayrı ölkələrin müdaxiləsi olmasaydı,  Azəraycan torplaqlarını işğaldan azad etmək mümkün olardı. O baxımdan təklif edərdim ki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq müəyyən yaş həddinə çatan insanları siyahılaşdırmalı, heç olmasa onlara 6 aydan bir təlim keçrilməlidir. Yoxsa keçmişdə yoldan, metrodan kim çıxırdı onu basırdılar avtobusa. Çatan kimi də əlinə silah verib göndərirdilər. Bu baxımdan da nəticə etibarı ilə o zaman çoxlu şəhid verdik. Çünki onların heç bir təcrübəsi yox idi. Çoxusu tikinti və ya başqa sahələrdə çalışırdı. Bu baxımdan düşünürəm ki, təlim keçirilməlidir. Biz əsasən aprel döyüşlərində şahidi olduq ki, döyüşü aparan, erməniləri darmadağan edənlər müqavilə əsasında olan insanlardır. 18 yaşında uşaq hələ təzə öyrənir, o həmin müddətə çatana, psixoloji durumdan çıxana qədər təcrübəli insanlar hazırlamalıyıq ki istənilən döyüş anında onlardan istifadə olunsun”.

Millət vəkili qeyd edib ki, qanun layihəsində mətbuatla bağlı məqamlar düzğün olaraq nəzərə alınıb.

“Çünki kim ordu haqqında nə istəyir, onu da yazır. Düzdür, bunun qarşısı xeyli alınıb. Amma xaricdə bizi istəməyən qüvvələr var ki, onlar müəyyən məlumatlar yayır, bizdə də həmin qüvvələrə uyanlar o məlumatları çap edirlər. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında ancaq hərbi vəziyyətə rəhbərlik edən orqan tərəfindən məlumatlar dərc olunmalıdır. Başqa məlumatlar dərc oluna bilməz. Bu baxımdan qanun layihəsi konseptual baxımından yaxşı hazırlanıb”.


Aqşin Kərimov

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.01.2017, 12:15

Füzulidə yas mərasimlərindəki israfçılığa son qoyulub

23.01.2017, 12:12

Dollar BAHALAŞDI: 1.86 AZN-ə YAXINLAŞDI

23.01.2017, 12:12

Kanada vətəndaşı olmaq asanlaşacaq

23.01.2017, 12:08

Hökumət köçkünlərin bəzi güzəştlərini LƏĞV EDİR

23.01.2017, 12:07

Prezident hökumət əleyhinə etirazlara dəstək verdi

23.01.2017, 11:58

“Azərbaycanlı jurnalistin Lavrova verdiyi sual ola bilsin ki, uğurlu deyildi”

23.01.2017, 11:51

Moskva aeroportlarında 36 reys təxirə salınıb, 11-i gecikir

23.01.2017, 11:50

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

23.01.2017, 11:35

“The Washington Times”: Tramp Qarabağ məsələsini həll edib Nobel ala bilər  

23.01.2017, 11:31

Tanınmış jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq aldı

23.01.2017, 11:16

BP-nin vitse-prezidenti BANM-da

23.01.2017, 11:10

Prezident yeni hərbi şəhərciyin açılışında iştirak edib

23.01.2017, 11:03

Qarabağda 4-cü uşağı olan ermənilərə 4 min dollar hədiyyə

23.01.2017, 10:56

Türkiyədə başqanlıq sistemi - Siyasi araşdırmaçılar nə deyir?

23.01.2017, 10:48

Azərbaycanın  ATƏT-dəki Daimi Nümayəndəliyinin BƏYANATI

23.01.2017, 10:43

Kapital Bank 20 000 manatadək nağd pul krediti təklif edir

23.01.2017, 10:39

Ermənilər cəbhədə itki verdilər

23.01.2017, 10:38

Cəbhədə monitorinq olacaq

23.01.2017, 10:36

Keçmiş prezident 11 milyon dolları götürüb ölkədən qaçdı

23.01.2017, 10:36

Nazir qaranlıqda qaldı

23.01.2017, 10:03

Gülər Əhmədova HİRSLƏNDİ: “Yerə soxum sizi, tupoylar”

23.01.2017, 09:57

Azərbaycanda meyitdən orqan köçürmək 2 qayda əsasında mümkün olacaq

23.01.2017, 09:50

Trampın xanımının çılpaq şəkilləri nümayiş ediləcək

23.01.2017, 09:48

Cəbhədə erməni TƏXRİBATI...

23.01.2017, 09:39

Tramp Netanyahunu Vaşinqtona dəvət etdi

23.01.2017, 09:33

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.01.2017, 09:27

Bu gün AŞPA-nın qış sessiyası BAŞLAYIR

23.01.2017, 09:22

Azərbaycanda siqaret çəkənlərin STATİSTİKASI

23.01.2017, 09:20

İmişlidə binada yanğın: 2 nəfər təxliyə olundu

23.01.2017, 08:52

“Dolların ucuzlaşmasına ümid etmək sadəlövhlükdür”

23.01.2017, 00:56

Qar uçqunu 3 nəfərin həyatına son qoyub

23.01.2017, 00:43

"Azadlıq" qəzetinin rəhbəri ölkəni tərk edib

23.01.2017, 00:30

AŞPA-nın qış sessiyası bu gündən öz işinə başlayır

23.01.2017, 00:16

İstanbula uçan təyyarə İranda məcburi eniş edib

22.01.2017, 23:58

Qarabağ əlili Yaşar Məhərrəmov torpağa tapşırılıb

ARXİV