21 yanvar 2017, Şənbə
Ana Səhifə - MEDİA - Rabitə Nazirliyi jurnalistləri mükafatlandırdı - FOTOLAR
Rabitə Nazirliyi jurnalistləri mükafatlandırdı - FOTOLAR +
16.12.2016, 15:36

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyi  ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbiri açıq elan edən Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasında  rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səmərəli fəaliyyətinə görə bir qrup rabitəçiyə fəxri adların verilməsinin ölkə başçısının bu sahəyə diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. O, fəxri adlarla təltif olunanları, keçirilən müsabiqə və yarışların qaliblərini təbrik edib, hər birinə işlərində müvəffəqiyyətlər arzu edib.

 

Təltifetmə mərasimində ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri dövlət mükafatlarına layiq görülən bir qrup rabitəçi mükafatlandırılıb.

 

Qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə təltif olunan bir qrup rabitəçi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və  Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135   illiyinin  qeyd olunması ilə əlaqədar Gəncə şəhərində keçirilən yubiley  tədbirində mükafatlandırılmışdı.

 

Beləliklə, Azərbaycan Respublikasının “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  "AzEvrotel" MMC-nin əməkdaşı  Yaqub Mirzəyevə,  Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin CDMA xidməti şöbəsinin rəisi  Murad Cəbrayılova,  “Azərpoçt” MMC-nin Keyfiyyətə Nəzarət şöbəsinin rəisi Novruz Qalayevə vəsiqələri təqdim olunub.

 

Masallı Telekommunikasiya Qovşağının rəisi Səməd  Abıyevə, Lənkəran Telekommunikasiya Qovşağının aparıcı mühəndisi Murad Hüseynova, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Razi Tağıyevə, "Azərpoçt" MMC-nin Poçt əməliyyatları şöbəsinin rəisi Alı Müşəyevə, 2 saylı Poçt Filialının rəis müavini Arif Maqsudova, Şəki Radio Televiziya Yayımı Stansiyasının  rəisi   Paşa Yusubova, Antena – fider sistemləri  laboratoriyasının rəisi  Şakir Əmirova Azərbaycan Respublikasının “Tərəqqi” medalları verilib.

Daha sonra, 24 sentyabr - 01 noyabr  tarixləri arasında Bakı şəhərində keçirilmiş Rabitəçilərin ənənəvi “Sağlamlıq – 2016” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb. I, II və III yerləri tutan komandalar Fəxri Fərman və Kubokla, həmin komandaların üzvləri, habelə ayrı-ayrı idman növləri üzrə fərdi yarışlarda ilk üç yeri tutan idmançılar isə Fəxri Fərman və pul mükafatları ilə təltif olunublar. Qeyd edək ki, 9 idman növü üzrə keçirilən yarışlarda 1200-ə yaxın idmançı iştirak edib.  Spartakiadanın yekununa görə ümumkomanda hesabında birinci yerin qalibi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İkinci yerdə Dövlət Radiotezliklər İdarəsi, üçüncü yerdə isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi qərarlaşıb.

 

Bundan başqa, tədbir çərçivəsində  “İKT üzrə ən yaxşı kitab”, “İKT üzrə ən yaxşı elmi məqalə”nin müəyyənləşdirilməsi üçün keçirilən  müsabiqənin qalibləri mükafatlandırılıb.

 

 “İKT üzrə ən yaxşı elmi məqalə” nominasiyası üzrə birinci yerin qalibi  Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Nərmin Rzayeva, ikinci yerin qalibləri AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Aviasiya Akademiyasının əməkdaşı Ağasi Məlikov,  Bakı Dövlət Universitetinin texnika elmləri doktoru, prof. Ələkbər Əliyev olub. Üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin texnika elmləri doktoru Tofiq Mənsurov və Azərbaycan Texniki Universitetinin  texnika elmləri doktoru,  prof. Bayram İbrahimov qərarlaşıblar.

 

“İKT üzrə ən yaxşı kitab” nominasiyası üzrə birinci yerin sahibi Azərbaycan Memarlıq və İnşaat Universiteti  texnika elmləri üzrə fəlsəfə doktoru dosent Namiq Əliyev,ikinci yer üzrə Qafqaz Universitetinin əməkdaşı Etibar Seyidzadə, üçüncü yer üzrə isə  “ATL Group” şirkətinin əməkdaşı Camal Şahverdiyev mükafatlandırılıb.

 

"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi -  informasiya cəmiyyətinə keçid”
mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri də tədbir çərçivəsində mükafatlandırılıb.
 

“Maraqlı Müəllif Yazısı” nominasiyası üzrə  “AzerTac” İnformasiya Agentliyinin əməkdaşı Elvira Məmmədova, “İctimai TV”-nin  əməkdaşı Şöhrət Eyvazov, “Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva, “www.modern.az” İnformasiya Agentliyinin əməkdaşı Namidə Bingöl, “Azadinform” İnformasiya Agentliyindən Leyla Məhərrəmova diplom və pul mükafatı ilə təltif olunublar.

Yazı müsabiqəsində birinci yerin qalibi  “525-ci- qəzet”in əməkdaşı İsgəndər Həsənov, ikinci yerin qalibi “Trend” İnformasiya Agentliyinin əməkdaşı  Hüseyn Vəliyev, üçüncü yerin qalibləri isə  “Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı və “www.azvision.az” internet saytının əməkdaşı İlkin Nəcəfzadə olub. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Sonda qaliblərlə xatirə fotosu çəkdirilib.

 

Namidə BINGÖL

 

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
21.01.2017, 16:57

DTX rəisi və müavininə dövlət komissiyalarında yer verildi

21.01.2017, 16:47

Azərbaycanda “Lisenziyalar və icazələr” portalı yaradılır

21.01.2017, 16:40

Azərbaycan diasporu Ukraynada 20 Yanvar şəhidlərini yad etdi

21.01.2017, 16:29

Əməkdar artist: “Bu gün həyatda özümə yer tapa bilmirəm” - MÜSAHİBƏ

21.01.2017, 16:13

Çevik Polis Alayında əməliyyat müşavirəsi: cinayət və inzibati xətalar ARTIB

21.01.2017, 15:52

Prezident qaçqın və məcburi köçkünlərlə bağlı sərəncam verdi

21.01.2017, 15:46

“Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin” sorağında

21.01.2017, 15:41

Qafqaz türklərində fikri cərəyanlar - Bu barədə ilk dəfə

21.01.2017, 15:33

“Arvadımla daha çox bir yerdə olmaq istəyirəm”

21.01.2017, 15:27

Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək

21.01.2017, 14:33

Falçıya gedən qadın fahişəliyə məcbur edildi

21.01.2017, 14:22

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

21.01.2017, 14:18

Bakıda 2 otaqlı ev yandı, 4 nəfər xəsarət aldı

21.01.2017, 14:11

21 yanvar-Beynəlxalq Qucaqlaşma Günüdür

21.01.2017, 14:06

“Kirvəlik İslama zidd hərəkətdir” - Folklorşünasdan QALMAQAL yaradan açıqlama

21.01.2017, 14:02

Yaraqlılar özlərini partlatdılar

21.01.2017, 13:33

Əmək pensiyalarının sığorta hissəsi artırıldı

21.01.2017, 13:29

Prezident minimum əməkhaqqını artırdı

21.01.2017, 13:26

“Şeyxülislam mükafatı”nı almaq istəyən jurnalistlər kimlərdir...

21.01.2017, 12:40

Sabahın hava proqnozu - yağış, sulu qar, qar - XƏBƏRDARLIQ

21.01.2017, 12:36

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

21.01.2017, 12:27

Azərbaycanın partiya sədrlərindən Donald Trampla görüşmək istəyənlər var...

21.01.2017, 12:26

İtaliyada dəhşətli QƏZA: 16 nəfər yanaraq ölüb

21.01.2017, 11:43

Pakistanda terror - 21 ölü, 30 yaralı...

21.01.2017, 11:32

ANS-in keçmiş əməkdaşı Azərbaycanı həmişəlik tərk edir

21.01.2017, 11:21

Dini Komitədən etiraz: “Azərbaycanda dini təhsil pulsuz olmalıdr” - MÜSAHİBƏ

21.01.2017, 11:12

 Elə, bu!?..

21.01.2017, 11:11

Qənirə Paşayeva tovuzluların qayğı və problemlərini dinləyib

21.01.2017, 10:56

AZAL qalmaqalı böyüyür: Gəncənin deputatları Prezidentə müraciət edəcəklər - EKSKLÜZİV

21.01.2017, 10:46

Obama Kaliforniyadakı rezidensiyasına gedə bilmədi

21.01.2017, 10:20

Qafqaz Universitetinin sonrakı aqibəti necə olacaq? - Yeni AÇIQLAMA

21.01.2017, 10:17

Bakıda bankomatdan 40 min manat oğurlanıb

21.01.2017, 10:10

21 yanvarın ATƏŞKƏS açıqlaması

21.01.2017, 10:08

Trampın nitqi: ""Hər şey Amerika və amerikalılar üçün!" - Bəs, dünya?"

21.01.2017, 09:56

Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! - IV YAZI

ARXİV