Modern.az

Təkamülü sübut edən dəlillər – ELMİ

Təkamülü sübut edən dəlillər – ELMİ

Mədəni̇yyət

16 Dekabr 2016, 21:26

Modern.az saytının elmi mövzuda silsilə yazıları davam edir. Bu dəfə təkamül təlimini sübut edən amillərdən danışacağıq.  

 

1. Üçüncü göz qapağı

 

Əgər bir pişiyin göz qırpmasını izləsəniz, ağ bir pərdənin gözü örtdüyünü görəcəksiniz. Buna üçüncü göz qapağı deyilir. Məməlilərdə olduqca nadir görülməklə yanaşı, quşlar, sürünənlər və balıqlarda ortaq olaraq mövcuddur.

 

İnsanlarda da istifadəsi xaric olmuş üçüncü göz qapağı qalığı mövcuddur.

 

Bu insanlarda olduqca kiçilib. Ancaq bəzi cəmiyyətlərdə digərlərinə nisbətən daha diqqətə çarpandır.

 

Bilinən primat növləri içində üçüncü göz qapağını istifadə edən tək primat, Qərbi Afrikada yaşayan Calabar Pottodur (Calabar angwantibo)

 

2. Appendisit

 

Appendisitin müasir insanlarda heç istifadəsi yoxdur və infeksiya formalaşdığı zaman əməliyyatla götürülür. Korlaşmış olmasına görə insan populyasiyası daxilində tez tez xəstələndiyi müşahidə edilir. Hər 200 həzm xəstəliyindən 1 dənəsi appendisit xərçəngidir.

 

Orijinal istifadəsi ilə əlaqədar fərziyyələr mövcud olmasıyla yanaşı, elm adamlarının çoxu Darvinin nəzərdə tutduğu şəkildə, bir zamanlar bol miqdarda yarpaq ehtiva edən qidalarımızdakı sellülozanın fəaliyyətinə köməkçi olduğu fikirindədirlər.

 

Təkamülün istiqaməti ilə, qidalarımız dəyişmiş və appendisitə daha az ehtiyac hiss edilib. Edilən son təhlillərdə, appendisitin təkamül müddəti içərisində bəzi digər vəzifələr götürdüyü təyin edilib. Bu da, korlaşmış orqanların niyə birbaşa yox olmadığını və proses daxilində başqa funksiyalar boynuna götürəcək şəkildə təkamül edəcəklərinə bir nümunədir.

 

3. Büzdüm sümüyü

 

Büzdüm sümüyü bir zamanlar mövcud olan insan quyruğunun qalığıdır. Zamanla bir quyruğa olan ehtiyacımızı itirmisik. Lakin büzdüm sümüklərinə olan ehtiyacı itirmədik.

 

Hal-hazırda müxtəlif əzələlər üçün dəstək quruluşu və oturub arxaya doğru söykənən bir adam üçün dəstək funksiyasına sahibdir. Büzdüm sümüyü eyni zamanda anusun mövqeyində dəstəkləyir.  Büzdüm də, koralmış orqanların zaman daxilində  başqa vəzifələr üzərinə götürməyinə gözəl bir nümunədir.

 

4. “Darvinin nöqtəsi”

 

“Darvinin nöqtəsi” məməlilərin çoxunda var və insanlarda bundan kənar deyil. Bu qulaq əzələləri insanların 10%də müşahidə edilir.

Heyvanlarda böyük ehtimalla səslərə fokuslanmaq, yəni səs qaynağınının yerini tapmaq  üçün istifadə edilir. Ancaq insanlarda artıq hər hansı bir funksiyası yoxdur. Bu nöqtə kiçik qalın bir yumrudur və qulağın yuxarı və orta hissələrinin birləşdiyi yerdə yerləşir.

 

5.  Ağıl dişi

 

İlk insanlar bir çox bitki növü ilə bəslənirdi. Və gün ərzində ehtiyac hiss etdikləri bütün qidaları almaq üçün kafi miqdarda bitkini, kifayət qədər sürətli şəkildə yeməyə ehtiyac hiss edirdilər. Buna görə də, daha geniş bir ağzı daha fəaliyyətli etmək üçün əlavə bir sıra azı dişimiz mövcud idi.

 

Sellüloza bədən tərəfindən kafi şəkildə həzm qabiliyyətindən kənarlaşdığı üçün bu xüsusilə lazımım idi. Təkamül öz seçimlərini etdikcə qidalarımız dəyişdi, çənəmiz uyğun bir şəkildə kiçildi.

 

Azı dişlərimiz lazımsız hala gəldi. İndiki vaxtda bəzi insan icmalarında ağıl dişlərinin çıxması tamamilə dayanmışkən, bəzi icmalarda 100% nisbətdə bu dişlər çıxmağa davam edir.

 

6. Tüklərin ürpərməsi

 

İnsanlar üşüdükləri, qorxduqları, hirsləndikləri və ya utandıqları zaman tükləri biz-biz olur. Bir çox canlı növünün də eyni səbəblərlə görə tükləri biz-biz olur. Məsələn, pişik və ya it tüklərinin qalxması, kirpi tikanlarının çıxması bu səbəblərə görədir.

Üşümə vəziyyətində,qalxan tüklər havanı dəri və tüklərin arasında sıxışdırır və beləliklə izolyasiya və istilik verir. Qorxma vəziyyətində, heyvanın daha iri görünməsini, düşmənin qorxub qaçmasını təmin edir. İnsanların artıq tüklərinin ürpməsinə ehtiyacı yoxdur və bu geyimlərimizin olmadığı, təbii düşmənlərimizi qorxutmağa ehtiyacımız olduğu keçmişimizdən miras qalıb.

 

Təbii seçmə sıx tük təbəqələrimizi ortadan qaldırıb. Amma bunlara nəzarət etməyimizə yarayan mexanizmi geridə buraxıb. 

 

7.  Coğrafi sərhədlər

 

Bəzi canlılar, yalnız müəyyən coğrafi bölgələrdə mövcuddur. Sanki coğrafi bölgələr ilə sərhədlənib. Məsələn kisəli heyvanlar, yalnızca Avstraliyada var. Təkamül tarixinə baxdığımız zaman, həqiqətən də "sərhədləndiklərini" görə bilərik.

 

Bu canlılar, Avstraliyanın bir qitə olaraq digərlərindən ayrılmasından sonra təlamül edib və burda “həbs” ediliblər. Əgər ki təkamül kimi təbii bir proses işləməsəydi, belə sərhədlər olmamalıydı. Hər canlı növü hər coğrafiyada olmalı idi. Lakin Dünyada bunu müşahidə etmirik. Coğrafi proseslər, bioloji təkamülü şəkilləndirib.

 

8.  Embrioloji oxşarlıq

 

Bir-birindən tamamilə müstəqil kimi görünən canlıların embrioloji hallarına baxacaq olsanız, təkamülün müzakirəsiz bir gerçək olduğunu görə bilərsiniz.

Bir toyuğun, delfinin, filin və insanın rüşeymlərini ilk bir neçə həftədə ayırd etmək mümkün deyil.

Çünki hamısı, ortaq bir bədən planının, ortaq bir genetik keçmişin məhsuludurlar. İnsanda primatlardan qalma quyruqlar embrioloji mərhələdə meydana gəlir və sonra yox olur. Bənzər şəkildə insanlarda embrioloji mərhələdə qəlsəmə yarıqları əmələ gəlir; sonrasında bunlar fərqliləşərək başqa bədən orqanlarına çevrilir.

 

Taryel ABDULLAYEV

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!