Modern.az

Amerikalı generaldan Qarabağ AÇIQLAMASI

Amerikalı generaldan Qarabağ AÇIQLAMASI

17 Dekabr 2016, 09:45

“Azərbaycan region üçün mühüm strateji ölkədir”.

 

Modern.az saytının xəbərinə görə bu haqda ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyu Bakıda jurnalistlərə açıqlamasnda bildirib.

 

O, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

 

 

“Dağlıq Qarabağ konflikti çox mürəkkəb bir münaqişədir. Buna görə də, biz başa düşürük ki, münaqişənin dinc və sülh yolu ilə həlli asan olmur".

 

Komandanın sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına sadiqdir.

 

"Düşünürəm ki, münaqişə tərəfləri bir araya gələrək məsələləri müzakirə etdikləri, ümumi məxrəcə gəldikləri halda, ABŞ Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına öz dəstəyini verəcək".

 

MakDyu dünyanın Azərbaycan kimi ölkələrə ehtiyacı olduğunu da deyib.

 

“Azərbaycan prezidenti İlham Əliyevin nəqliyyat sisteminin inkişafı üçün gördüyü işlər həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün çox vacibdir. Müstəqilliyin 25 ili ərzində Azərbaycan güclü tərəfdaşa çevrilib”.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir