Modern.az

İnsanlar daha kənd, şəhər adlarının dəyişdirilməsini istəmir

İnsanlar daha kənd, şəhər adlarının dəyişdirilməsini istəmir

17 Dekabr 2016, 11:20

Milli Məclisin bundan əvvəlki sessiyaları dövründə inzibati ərazi vahidlərinə və yaşayış məntəqələrinin adlarına dəyişikliklər edilirdi. Ancaq son bir il ərzində belə hala rast gəlinməyib.

 

Əvvəllki dövrlərdə deputatlar, xüsusilə də parlamentin Regional Məsələlər Komitəsinin üzvləri bu dəyişiklikləri yerlərdən gələn müraciətlərlə əlaqələndirirdi.

 

Komitə sədri Arif Rəhimzadə Modern.az-a bildirib ki, V çağırış Milli Məclis dövründə onlara bu səpkidə müraciət daxil olmayıb. “İstər kənd, istər qəsəbə, istər rayon, istərsə də şəhər adlarının dəyişdirilməsi ilə bağlı Milli Məclisə müraciət daxil olmayıb”-deyə o əlavə edib.

 

Deputat bildirib ki, buna görə də, yaxın zamanlarda bu cür məsələlərin Milli Məclisdə müzakirə edilməsi gözlənilmir.

 

 Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır