Modern.az

177 milyon manat və 3300 azərbaycanlı tələbə

177 milyon manat və 3300 azərbaycanlı tələbə

Təhsil

17 Dekabr 2016, 12:27

 Bu gun Azərbaycan Diplomatik Akademiyasında (ADA) Xaricdə Təhsil üzrə Dövlət Proqramı" məzunları akademik fəaliyyətdə forumu keçirilir.

 

Forumda xarixdə Dövlət Proqramı ilə təhsul alan Azərbaycan gəncləri ilə bağlı maraqlı statistika açıqlanıb. Qeyd edilib ki, Dövlət Proqramı çərçivəsində indiyədək 3300-dən çox şəxs xaricə təhsilə göndərilib. “Onlardan 1470 nəfər yüksək təhsil alaraq ölkəmizə qayıdıblar. Sonuncu məzun 2020-ci ildə ölkəyə qayıdacaq. İndiyədək xaricdə təhsil proqramına 177 milyon manat xərclənib. Xaricə göndərilən məzunlardan 692 nəfər PHD kimi məzun olub və ya məzun olacaq. ADA-da keçirilən məzun forumundan çıxışlardan yadda qalan statistika”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır