Modern.az

50 ildən sonra Azərbaycan parlamenti necə olacaq? – Akademik Rafael Hüseynov 

50 ildən sonra Azərbaycan parlamenti necə olacaq? – Akademik Rafael Hüseynov 

17 Dekabr 2016, 12:48

Modern.az saytının “50 ildən sonra necə olacaq”rubrikasında bu dəfə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov parlamentimizin  50 ildən sonra necə olacağından danışıb.

“Gələcəkdə nələrin olması haqqında düşüncələr daha çox falçıların fəaliyyət dairəsinə daxil olan bir məsələdir. Azərbaycanın hansı istiqaməti gələcəkdə necə olacaq barəsində söz söyləmək nəinki müşküldür, hətta mümkünsüzdür”.

Rafael Hüseynov bildirib ki, mən tarixçiyəm, ədəbiyyatşünas, mədəniyyətşünasam və keçmişi araşdıran bir insanam.

“Azərbaycan parlamentinin – 1918-ci ilə yaranmış “Məclisi Məbusan”ın tarixini yetərincə araşdırmışam. Bilirəm ki Azərbaycanın müstəqilliyinin qurucuları olan böyük şəxsiyyətlər yox yerdən və son dərəcə çətin bir tarixi şərait içərisində bizə müstəqillik kimi böyük nemət bağışlayıblar. O, insanların hər biri minnətdarlıq hissi ilə anılmalıdır. Təəssüflər olsun ki, onların bir çoxunu hələ layiqincə tanımırıq. Mətbuatın, elm adamlarının vəzifəsi o adamların dolğun və layiqli portiretlərini yaratmaq və müasirlərimizə çatdırmaqdır. Onların hər birinin ömrü bir dərsdir.  Mənim “Yaxşıların yaxşısı” kitabımda Həsən bəy Ağayev haqqında yazmışam. Həsən bəy  Ağayev Avropa təhsilli bir həkim idi. Dəmiryol xəstəxanasında işləyirdi. Həm də ilk parlamentimiz “Məclisi Məbusan”ın sədrinin müavini idi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov olsa da, bir gün də o kürsüdə oturmayıb. Sondakı qısa bir vaxt kəsiyi nəzərə alınmazsa, bütün müddət ərzində parlamentə Həsən bəy Ağayev rəhbərlik edib.Oradanbir qəpik də məvacib almayıb. Həsən bəy parlamentdən ona yazılan maaşıMəclis dəftərxanasının işçiləri arasında bölürdü. Çünki müstəqil dövlətomiz, parlamentimiz yolunu yenicə başlayırdı və sıxıntılar çox idi. Ailəsini isə bu fədakar insan xəstəxanadan aldığı məvaciblə dolandırırdı. Bu cür saf, əqidəli millət yolunda çalışan insanlar olub. Bunların hər birini gərək insanlarımız yaxından tanısın. Sonrakı dövrlərdə isə, ikinci respublika dönəmində də baxmayaraq ki, Sovet İttifaqının içərisindəydi amma yenə də parlamentimazdə böyük şəxsiyyətlər olub, əhəmiyyətli işlər görülüb. Bunlar millətin və ölkənin gələcəyi üçün can yandıran şəxsiyyətlər olub. Və nəhayət ki, üçüncü respublika dönəmi, müstəqilliyimizin bərpasından sonrakı, yəni hazırkı Milli Məclisimiz. Bu yolları, parlament keçmişimizi diqqətlə öyrənmək, təhlil etmək lazımdır”.

Komitə sədri həmçinin 50 ildən sonra Azərbaycan parlamentinin necə olacağını bilmək üçün öncə həm ilk müstəqillik, həm sovet, həm də yeni müstəqillik dövründəki  parlamentimizi gözəl və uca etmiş, millət üçün fəaliyyətlər göstərmiş insanların yolunu araşdırmaq gərək olduğunu qeyd edib.

“Bu yolları, tarixləri, fəaliyyətləri və şəxsiyyətləriı millətə tanıtmaq lazımdır. Əgər biz keçdiyimiz yolları yaxşı araşdırsaq, onların dərslərini lazımınca öyrənsək, buraxılmış səhvləri dərindən təhlil etsək, onda asanca bu suala cavab tapacağıq ki, 50 il sonra bizim parlamentimiz və millət vəkillərimiz necə olacaq. Əgər o suallara cavab verməsək, bütün mülahizələrimiz dayaqsız, ciddi əsası olmayan gümanlara çevriləcək.

Bu suallara cavab tapsaq, haçansa etdiyimiz yanlışlardan ibrət götürüb onları təkrarlamasaq, köhnə uğurlarımızın örnəklərini mənimsəyərək üstünə yüni günlərin tələbiylə əlavələr etsək,  yeni naiıliyyətlərə doğru can atsaq, onda, əlbəttə ki, gələcək parlamentimiz keçmişdəkilərdən qat-qat üstün olacaq”.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub