Modern.az

Türk aktyoru Azərbaycan turistlərini İstanbul festivalına dəvət edib (FOTOLAR)

Türk aktyoru Azərbaycan turistlərini İstanbul festivalına dəvət edib (FOTOLAR)

11 Mart 2011, 23:22

Martın 18-də Türkiyədə açılacaq “İstanbul Shopping Festival” adlı alış-veriş və əyləncə festivalı təqribən 40 gün davam edəcək. Modern.az-ın məlumatına görə, bu barədə martın 11-də “Hyatt Regency” mehmanxanasında keçirdiyi mətbuat konfransında “İstanbul Shopping Festival”ının rəhbəri Ahmet Özşahin bildirib. A.Özşahin deyib ki, festival ərəfəsində İstanbula Azərbaycandan, Rusiyadan, İrandan, Ukraynadan, Birləşmiş Ərəb Əmirliklərindən və s. ölkələrdən 1 milyon 200 minə yaxın turistin gələcəyi gözlənilir. Festivalın təşkil olunmasında məqsəd turistlərə sərfəli qiymətlərlə gözəl geyimlər təklif etməkdir. Yaxın dörd ildə bu festivala 4 milyon turistin cəlb olunması planlaşdırılır. Mətbuat konfransında iştirak etmək üçün dəvət olunmuş türkiyəli kino aktyoru Kıvanç Tatlıtuğ bu layihədə iştirakından və Azərbaycana səfərindən məmnun olduğunu deyub. O, azərbaycanlı turistlərin festivalda fəal iştirak edəcəklərinə inandığını bildirib. Festival aprelin 26-dək davam edəcək.

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu