Modern.az

10 ildə 780 jurnalist öldürülüb

10 ildə 780 jurnalist öldürülüb

19 Dekabr 2016, 13:19

“Sərhədsiz reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı illik hesabatını açıqlayıb.

Modern.az xəbər verir ki, hesabata görə 2016-cı ildə bütün dünyada 70-dən çox jurnalist öldürülüb.

“74 jurnalist öldürülüb, yaxud vəzifə borclarını yerinə yetirərkən ölüblər. Ötən illə müqayisədə (101) bu azdır”, - hesabatda qeyd edilir.

Bildirilir ki, öldürülən 57 professional jurnalist arasında 9 nəfəri bloqqer və 8-si KİV-lə əməkdaşlıq edənlərdir.  

Bu zaman 53 jurnalist bilərəkdən peşəsinə görə, daha 21-i öz vəzifəsini yerinə yetirdiyi yerdə öldürülüb.

Qeyd edilir ki, öldürülənlər arasında 57 nəfər professional jurnalist olub.

Hesabatda ümumilikdə bilərəkdən peşəsinə görə və vəzifəsini yerinə yetirərkən daha çox öldürülən 5 ölkənin adı çəkilib. Bunlar Suriya (19 jurnalist öldürülüb), Əfqanıstan (9), Meksika (8), İraq (7) və Yəmən (5) ölkələridir.

Hesabatdakı daha bir məlumata görə, 2006-cı ildən bəri ixtisası ilə bağlı 780 jurnalist öldürülüb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir