22 yanvar 2017, Bazar
Ana Səhifə - REPORTAJ - Bir gəncin yarımçıq əl işləri - Şəhid Samir Kaçayevlə bağlı TƏQDİMAT
Bir gəncin yarımçıq əl işləri - Şəhid Samir Kaçayevlə bağlı TƏQDİMAT +
19.12.2016, 14:30

Bu dünyada bir  heykəltəraş var idi. Gənc heykəltəraş...  22 yaşını mart ayının 6-da  tamam etmişdi. Lakin bu az yaşın içərisində o qədər xeyirli işlər gördü ki... Elə bil ki, tələsirdi, tələsirdi ki, nəyisə çatdırmaz. Bu 22 yaşın içərisində  o   çoxlu dost qazandı, bu 22 yaşın içərisində  o, oxuduğu məktəbdə, təhsil aldığı universitetdə müəllimlərinin hörmətini qazandı. Bu böyüklükdə sevgini qazanmaq, yaddaşlarda qalmaq da hər kəsə nəsib olmur. 22 yaşında  Şəhid olmaq da onun qismətinə yazıldı. Ancaq  şəhidliyinin də içərisində bir xoşbəxt şəhidlik məqamı var idi...

Özündən sonra nə qədər  əl işi qoyub getdi. Onu xarakterizə edən ustadı  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov  aprel ayının 2-də  şəhid olan Samir Kaçayevin əl işlərindən ibarət sərginin açılışında və onun haqqında  Rafiq Haşımovun müəllifi olduğu  “Samir Kaçayev” adlı kitabın təqdimatında bu sözləri söylədi:

- Samir itkisi çox ağır itkidir. O bizim heykəltəraşlıq  emalatxanamızdan getdi.  Onun həyatı ancaq başlayırdı. Sənətdə ilk addımlarını atırdı. Lakin bu ilk addımları o qədər səbatlı, o qədər düzənli və bəzəkli idi ki... Bizim ona çox böyük ümidlərimiz var idi. Magistraturaya qəbul olub, Vətənin müdafiəsinə getdi... Müharibələr həmişə dağıdıcı olurlar. Bütün insanlıq tarixinə müharibələr  fəlakət gətirirlər. Müharibələr nə qədər sənət əsərlərini, mədəniyyətləri, bu mədəniyyətləri içərilərində, qəlblərində daşıyan insanları həlak edirlər... Kaş dünyada böyük güclər razılığa gəlib, müharibələrə son qoyaydılar...   Samirin diplom işi  ən böyük və tanınmış heykəltəraş Rodenin obrazını yaratmaq idi... Və yaratdı da... Əla qiymət aldı... Lakin həyat imtahanından tez kəsildi... Samir Şamaxının  ucalarda yerləşən dağ kəndindən gəlmişdi şəhərə... Ancaq  hərəkətlərində, daxilində böyük bir şəhər mədəniyyəti gəzdirirdi, heç zaman deməzdin ki, o bir ucqar kənddən gəlib... Onun dünyagörüşü, yaşına görə davranışları... hamısı möhtəşəm idi...

Tanınmış incəsənət xadimi Rafiq Haşımovun müəllifi olduğu  “Samir Kaçayev” kitabında Samirin yarımçıq əl işlərinin və tamamladığı işlərin şəkilləri toplanıb.  Həmin əl işlərinin özləri isə  Samir gecəsində nümayiş olunurdu... 
Samirin əllərindən qalan o işlərə  baxanda belə nəticəyə gəldim ki, onun əlində mum da, plastilin də, mis də, bürünc də,  gips də, daş da dönüb canlanır, elə öz xarakteri kimi, özü kimi bir gözəlliyə çevrilirmiş... Samir sağ qalsaydı gözəlliklər yaradacaqdı...  
Hələ yarımçıq qalmış, plastilindən hazırlanmış “Balerina”sı, “Musiqiçi”si, “Rəqqas”ı,  “Femida tərəzisi”,  “Dərviş”i, “Pinəçi”si, “Dədə Qorqud”u... Yəqin ki, hərbi xidmətdən qayıdandan sonra plastilindən hazırladığı bu incə, mürəkkəb, yaradıcı insan xarakterlərini, böyük heykəllərə çevirib, dünyanın tanınmış sərgi salonlarında nümayiş etdirəcəkdi...  
Ən azı onun gələcəkdə böyük rəssam olacağına, ustadları  xalq rəssamı Səhlab Məmmədov, professor, xalq rəssamı Natiq Əliyev,  heykəltəraş , əməkdar incəsənət xadimi Akif Əsgərov, Akif Qazıyev  inanırdılar.

Azərbaycan Milli Məclisinin deputatı Rəfael  Hüseynov  Samirin adına hazırlanan gecəni “Samir gecəsi, Samir bayramı” adlandırdı. Dedi ki, Samir kimi insanların itkisi çox ağırdır. O arxa cəbhədə qalsaydı daha çox fayda verərdi.  Samir gənc olmasına baxmayaraq, bitkin və yetkin bir sənətkar idi. Onun bəxti gətirmişdi ki, böyük sənətkarlardan dərs almışdı, onlardan  öyrənmişdi. Bu böyük sənətkarlar da Samir kimi gənclər, istedadlar vasitəsi ilə öz sənətlərini həm gələcək nəsilə ötürür, beləliklə  öz məktəblərini yaşatmış olurlar. 
O məktəbi gələcəkdə elə o dahilər kimi yaşada biləcək Samir daha olmayacaq.  Böyük Vətən müharibəsində jurnalistləri, sənət adamlarını ön cəbhəyə aparmırdılar... Biz də gərək istedadlarımızı arxada qoruyaq. Samirin itkisi ilə də biz böyük bir ərazimizi itiridik əslində... Mədəniyyət və sənət ərazisini...
Samir haqqında hazırlanan  kitab üç dildədir. Biz dünyaya bu kitabla bir daha sübut edəcəyik ki, erməni işğalçıları görün necə bir  sənət daşıyıcısının, gələcəyin Rodeni,  Mikelancelosu ola biləcək bir heykəltəraşın həyatına son qoyublar...

Samir bayramına, Samir gecəsinə onun valideynləri Əminə xanım və atası Ziyətdin Kaçayev, bacısı Səbinə və bibisi də gəlmişdilər. Onlar danışmadılar. Bir kəlmə də dinmədilər.  Samirin adı çəkildikcə, xatirəsi hörmətlə yad edildikcə kənarda dayanan bibisinin bulaq kimi çağlayan göz yaşları bir dəqiqə də dayanmadı... Anası Əminə   Samirin ona yaxınlaşan dostlarının boynu sevir, öpüb oxşayırdı, elə bil ki, Samirin ətrini alırdı o uşaqlardan... çox dəhşətli bir mənzərə idi...  Atası pıçıltıyla bircə bunu deyə bildi, heyf ki, bunların heç biri Samiri geri qaytarmır....

Samir 11 illlik təhsilini başa vuranda ailədə onu ya baytar, ya da ki, bərbər olmasını məsləhət görürlər. ... O isə Şamaxının dağ başında, Çuxuryurtda  böyüyən bir oğlan... könlünə buradakı gördüyü təbiətin gözəlliklərini yazmışdı. O hər zaman təbiətlə harmoniyada olan birisi idi. Bunu evdə kimsəyə söyləməmişdi... Ancaq yazısını Tanrı yazmışdı... Və onu sevən Tanrısı da yolunu gözəl açmışdı ki, gözəlliklər yaradacaq... Tanrı özünün yaradılış gücündən bircə zərrəsini ona etibar etmişdi. Samir də bu etibara xələl gətirməmişdi... Bu etibara xələl gətirənlər şeytan xislətlilər idi. Bu oyunu niyə başladılar, niyə bitirmədilər, onu da Tanrı bilir. Ancaq bir həqiqət var ki, gözəllikləri məhv etmək Tanrı qarşısında ən böyük günahdır. Tanrı əvvəl axır, gözəlliklərimizi məhv edənlərdən öz qisasıını alacaq, o qisas günü isə çox ağır olacaq...


Aida Eyvazlı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
22.01.2017, 01:06

ABŞ prezidenti Britaniya baş naziri ilə görüşəcək

22.01.2017, 00:44

Qaçqınlar arasında nikahlara qadağa...

22.01.2017, 00:29

Bombalanan qaçqın düşərgəsində ölənlərin sayı 236 nəfərə çatıb

22.01.2017, 00:14

8 il vitse-prezident oldu və evinə qatarla getdi - FOTO

21.01.2017, 23:57

Taliban yaraqlıları 43 nəfəri qətlə yetirib

21.01.2017, 23:42

Murad Dadaşov qəzaya düşüb

21.01.2017, 23:28

“ABŞ-la əməkdaşlıq zəruridir” - Mövlud Çavuşoğlu

21.01.2017, 23:10

Tramp “Obamacare” ilə bağlı vədinə əməl edir

21.01.2017, 22:47

Madriddə erməni təxribatına etiraz edilib

21.01.2017, 22:29

Pan Gi Munun qardaşının rüşvətə görə həbsi tələb edilir

21.01.2017, 22:13

ABŞ Suriya danışıqlarına xüsusi nümayəndə göndərməyəcək

21.01.2017, 21:57

Runi “Mançester Yunayted” tarixinin ən yaxşı bombardiri oldu

21.01.2017, 21:38

Trampın andiçməsinə azərbaycanlı xanım da qatılıb

21.01.2017, 21:24

Lapşin Azərbaycan prezidentindən ÜZR İSTƏYİB

21.01.2017, 21:10

Masallıda ev quşları kütləvi qırılır

21.01.2017, 20:54

Rusiya İŞİD-in mövqelərini bombalayıb

21.01.2017, 20:40

Lavrova Qarabağla bağlı sual verən telejurnalist işdən çıxarılıb

21.01.2017, 20:27

Səudiyyə Ərəbistanında terror aktı törədildi

21.01.2017, 20:16

Gəncədə hamilə qadın ölüb

21.01.2017, 20:02

Həmişəlik yoxa çıxan sərnişin təyyarələri: SİYAHI

21.01.2017, 18:13

“Mən müəllim olsaydım...” - V sinif şagirdinin müəllimlər barədə İRADLARI

21.01.2017, 18:08

Acun İlıcalı bu axşam "Survivor 2017"yə başlayır - HEYƏTLƏR

21.01.2017, 17:31

Həkim intihara cəhd edən qızı zorlamaq istədi

21.01.2017, 16:57

DTX rəisi və müavininə dövlət komissiyalarında yer verildi

21.01.2017, 16:47

Azərbaycanda “Lisenziyalar və icazələr” portalı yaradılır

21.01.2017, 16:40

Azərbaycan diasporu Ukraynada 20 Yanvar şəhidlərini yad etdi

21.01.2017, 16:29

Əməkdar artist: “Bu gün həyatda özümə yer tapa bilmirəm” - MÜSAHİBƏ

21.01.2017, 16:13

Çevik Polis Alayında əməliyyat müşavirəsi: cinayət və inzibati xətalar ARTIB

21.01.2017, 15:52

Prezident qaçqın və məcburi köçkünlərlə bağlı sərəncam verdi

21.01.2017, 15:46

“Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin” sorağında

21.01.2017, 15:41

Qafqaz türklərində fikri cərəyanlar - Bu barədə ilk dəfə

21.01.2017, 15:33

“Arvadımla daha çox bir yerdə olmaq istəyirəm”

21.01.2017, 15:27

Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək

21.01.2017, 14:33

Falçıya gedən qadın fahişəliyə məcbur edildi

21.01.2017, 14:22

Moldova Ombudsmanı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu

ARXİV