Modern.az

9-cuların buraxılış imtahanına xarici dil əlavə oluna bilər

9-cuların buraxılış imtahanına xarici dil əlavə oluna bilər

19 Dekabr 2016, 17:01

 

"Gələn il IX sinfin buraxılış imtahanında üçüncü fənn kimi xarici dil əlavə oluna bilər".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, hazırda XI sinif üzrə buraxılış imtahanında şagirdlər onsuz da xarici dildən imtahan verirlər.

 

 "2016-2017-ci tədris ilində 9-cu sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyat fənnindən imtahan verəcəklər. Lakin 2017-2018-ci tədris ilindən 9-cu sinfin buraxılış imtahanlarında xarici dil fənni olsun. Bununla bağlı bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək".

 

M. Abbaszadə qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi fevralın sonu martın əvvəlində dörd istiqamət üzrə aparılacaq.

 

"İlk imtahan Bakıda keçiriləcək. Bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda olacaq. Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanlarının martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

 

Buraxılış imtahanlarının II mərhələsi isə orta məktəblər dərslər başa çatdıqdan sonra iyun ayında olacaq. XI siniflər üzrə buraxılış imtahanlarında isə bu il heç bir dəyişiklik olmayacaq. XI sinif məzunları üçün buraxılış imtahanları yalnız iyun ayında keçiriləcək”.

 

Direktorlar Şurasının sədri həmçinin  bildirib ki, Azərbaycanda kurikulumla təhsil alan şagirdlər 11-ci sinfə çatdıqda, yəni iki ildən sonra vahid imtahanların tədbiq olunmasının mümkünlüyünə gəlincə deyə bilərəm ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq konkret fikir bildirmək olar".

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir