Modern.az

Azərbaycanda elan olunacaq vergi amnistiyasının ŞƏRTLƏRİ bilindi

Azərbaycanda elan olunacaq vergi amnistiyasının ŞƏRTLƏRİ bilindi

Ölkə

19 Dekabr 2016, 17:02

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. Bu haqda Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu addım ölkə ərazisində orta və kiçik sahibkarlığın inkişafına böyük təkan verəcək:

“Vergi amnistiyası hazırda vergi ödəməkdə müəyyən çətinlikləri olan və onun silinməsilə şirkətlərə, sahibkarlara verilən şansdır. Vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq.

Həmin dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ni ödəyərsə 70 faizi, fevral ayında 50%-ni ödəyərsə 50 faizi, mart ayında 70%-ni ödəyərsə 30 faizi silinəcək”.

V.Əhmədov bildirib ki, ödəniş nə qədər tez həyata keçirilərsə, sahibkar bir o qədər çox xeyir götürəcək:

“Bu, ümumiyyətlə, kiçik və orta sahibkarlığın inkişafı, iri şirkətlərin maliyyə vəziyyətinin sağlamlaşdırılması üçün əhəmiyyətli addım olacaq. Böyük həcmdə yığılan vergi borclarının azaldılması istiqamətində əhəmiyyətli rol oynayacaq”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır