21 oktyabr 2017, Şənbə
Ana Səhifə - MEDİA - Yaman darıxıram ay pa...
Yaman darıxıram ay pa...
20.12.2016, 10:17

Bilmirəm, nənələrim, babalarım üçün darıxıram yoxsa uşaqlığım üçün... Tez böyümək istəyirdim. Qapımızın ağzındakı şkafa qələmlə işarələr qoyurdum. Hər yaydan sonra uzanmağım və uzanmalar məni fərəhləndirirdi. Mən hər gün böyümək barədə düşünürdüm. Əvvəlcə 15-i , sonra 20-ni hədəf seçdim. İndi 29 yaşım var. Napaleonun 24 , Elçin Quliyevin 34 yaşında general olması məni daha hərbiyə rövnəqləndirmir. 

Heç Ceyhun Osmanlının 28, Zahid Orucun 29 yaşında deputat olması da məni daha narahat eləmir. Amma bilirəm, bilirəm ki, ata nənəm, indi o dünya mövcuddursa, mənə görə, çox məyusdur. O istəyirdi ki, mən "Bakının yiyəsi" olum. Südün qaymaqlı, qatığın yağlı yerini, hinin təzə yumurtasını, təndirin ilk çörəyini mənə saxlayan nənəm.., Bakının öz yiyələri var indi. Plana düşmək adıyla camaatı şəhərdən kənara köçürürlər, "ay nə". 

- Bilirsən, ay nənə əslində səninçün, uşaqlığımçün darıxmağımın təhtəlşüurumda bir adı da var - ATAM. Adam elə adamçün elə darıxır ki, elə bil ürəyi yerindən çıxacaq. Başqa cür adam üçün...

- Yadımdadır, bir dəfə televizorda atamı göstərirdilər. Deyindin ki, anası ölmüş Məhəmməd yenə əllərini qoynuna qoyub. Qəzetlərdə belə şikli azıydı, indi də televizorda əli qoynundadır. Dedim, ay nənə, əli qoynunda olanda nolurki?! Dedin ki, adamın anası-atası ölür, yetim qalır. Sən istəyərsən, bavannan mən ölüm?! Dedim yox ay nə, bəs mənə mokruşok şalvarı kim alar?! 
Mən ki, əlimi heç qoynuma qoymazdım, bəs noldu "ay nə" ...?!

- Atamı son mənzilə yola salmağa gedəndə bir mitinq adamın içində babam dedi ki, çox arsız adamlarıq . Arvad da, mən də... Biz dura-dura, apar o cür oğulu Aşağı Nəvətavanın torpağına tapşır, gəl. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. 

Bir dəfə, 11-12 yaşım olardı, ilan arxın qırağında nənəmin düz ayağının üstündən keçdi. Nənəmin vay-şüvən qışqırığına mən doqqazdan çatana qədər babam ilanı yabaya keçirmişdi. Açıq sarıya çalan qabıqsız ilan idi. Nənəm dedi ki, ay Şanım bax gör, ilan dəqiq öldü?! Ay Şanım nəyiydisə, babamın adı Nazim ola-ola nənəm ovqatının xoş vaxtında babama Şanım deyirdi. Bu Şanım nə Şanımıydısa burada bir sevgi, bir güvənlik, bir az da intim nəsə vardı. Bu fəlsəfəni indi başa düşürəm. Amma həmin gecə ulduzların çıxmasını gözləmişdim ki, ilan ölsün.

- Məmməd Nazimoğlu adına yığışanların içərisində deputat, yazıçı, jurnalist, məmur, müəllim, traktorçu, əkinçi, kəndli də vardı. Amma mənim fikrim o adamın üzündəydi. Üzü təbiətə oxşayan adamın... Düşünürdümki, o da nəsə şeir düşünür. Bu dəqiqə fatihənin yerinə mollanın sözünü kəsib, öz misralarını ucadan deyəcək. Buna görə bir az narahat da olurdum.
-Babamgilin həyətində Musa Yaqubun da iştirak etdiyi atamın cənazə namazından 2 ildən bir az çox vaxt keçdi. Soyuq yanvar ayının əvvəli idi. Kənddən zəng gəldi... Getdik.., nənəmi dəfn elədik. Atamın gələn dostları da sağ olsun, tək qoymadılar vasvası kişini. Babam onlarla bir xeyli söhbət elədi. Kommunizmdən, Əliyevdən, sovet sədrliyindən, Bəxtiyar Cavadovdan, partşkoladan, SSRİ-dən danışdılar. İndi olmasın, lap elə indi olsun, Əliyevi yaman çox istəyirdi. Deyirdi, ağızları isti yerdədir. Çox şux danışırdı, kişi. İçimdə bir balaca qeyzləndim də. Nənəmin hüzüründə babamın bu əhvalına biganə qala bilmirdim. Onda indiki düşüncəm deyildi. Adətə görə hamı kədərli görünməliydi. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. Bəs niyə o vaxt ilanı öldürmüşdü babam, ağlaya bilmirdisə..?!

- Qayıtdıq...25 gündən sonra bir də o kəndə qayıtdıq. Nənəmin yanında babamı dəfn eləmək üçün. 

- Bilirəm , mən bir də uşaq olmayacam. Heç siz də olmayacaqsız. Amma mən məcbur ruhların, o dünyanın varlığına inanıram. Atam var, siz varsız axı.

Böyüdükcə başa düşürəm ki, adamlar o dünyasız yaşaya bilməzlər. "O dünya" haradasa bir ümiddir. Amma gəlin öz dünyamızı yaşayaq, hələki...

P.S. Yaman darıxıram ay pa...

 

Orxan Məmmədli


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”   
21.10.2017, 10:36

Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”  

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ   
21.10.2017, 10:23

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ  

YAP da mitinq keçirəcək?..   
21.10.2017, 10:04

YAP da mitinq keçirəcək?..  

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”   
21.10.2017, 10:01

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”  

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu   
21.10.2017, 09:52

Pensiyaların artımı üçün ayrılacaq vəsaitin həcmi məlum oldu  

Ermənistan atəşkəsi 126 dəfə pozdu
21.10.2017, 09:48

Ermənistan atəşkəsi 126 dəfə pozdu

Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən REPORTAJ - FOTOLAR
21.10.2017, 09:30

Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən REPORTAJ - FOTOLAR

Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB
21.10.2017, 09:06

Əfqanıstandakı partlayışda ölənlərin sayı 72-yə çatdı - YENİLƏNİB

"İspaniya problemi demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək" - Kral
21.10.2017, 00:47

"İspaniya problemi demokratiyaya hörmətlə yanaşmaqla həll edəcək" - Kral

Misirdə 16 polis öldürüldü
21.10.2017, 00:31

Misirdə 16 polis öldürüldü

Braziliyada şagird məktəb yoldaşlarını güllələdi: 2 ölü
21.10.2017, 00:15

Braziliyada şagird məktəb yoldaşlarını güllələdi: 2 ölü

Azərbaycan nefti ucuzlaşdı
20.10.2017, 23:59

Azərbaycan nefti ucuzlaşdı

İtaliyada külli miqdarda narkotik müsadirə edildi
20.10.2017, 23:43

İtaliyada külli miqdarda narkotik müsadirə edildi

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı
20.10.2017, 23:29

Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidor geri qaytarıldı

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək
20.10.2017, 23:19

Ağsu məktəbliləri erkən evliliyin fəsadları ilə bağlı maarifləndiriləcək

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO
20.10.2017, 23:06

Bakıda Amerika təhsil sərgisi oldu - FOTO

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur - VİDEO
20.10.2017, 22:46

Şirin qazlı içkilər uşaqlarda sümük əriməsinə səbəb olur - VİDEO

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib
20.10.2017, 22:29

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib

ATƏT Parlament Assamleyasının yeni prezidenti gürcü oldu
20.10.2017, 22:13

ATƏT Parlament Assamleyasının yeni prezidenti gürcü oldu

Rusiya helikopterləri terrorçuların bazasına endi
20.10.2017, 21:41

Rusiya helikopterləri terrorçuların bazasına endi

Borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO
20.10.2017, 21:25

Borclu əvəzinə zaminin ölkədən çıxışına qadağa qoyuldu - VİDEO

“Sən homoseksualsan...” - SSRİ rəssamlarının sərgisində XRUŞOVUN PARTLATDIĞI “BOMBA”
20.10.2017, 20:59

“Sən homoseksualsan...” - SSRİ rəssamlarının sərgisində XRUŞOVUN PARTLATDIĞI “BOMBA”

Əhvalınız xoş olacaq – ÇAYINIZA HİL ATIN
20.10.2017, 20:46

Əhvalınız xoş olacaq – ÇAYINIZA HİL ATIN

Xaçmazda məktəbli itkin düşüb
20.10.2017, 20:33

Xaçmazda məktəbli itkin düşüb

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR
20.10.2017, 20:17

Ukraynada Azərbaycanın Müstəqillik Günü qeyd edildi - FOTOLAR

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub
20.10.2017, 19:51

Silahlı insidentdə yaralanan soydaşımız süni tənəffüs aparatına qoşulub

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb
20.10.2017, 18:57

Yeni zenit-raket sistemlərinin döyüş hazırlığı yoxlanılıb

Gələn ildən abituriyentlər iki qrup üzrə qəbul imtahanı verə biləcək
20.10.2017, 18:45

Gələn ildən abituriyentlər iki qrup üzrə qəbul imtahanı verə biləcək

Ermənistan ordusu Qarabağda itki verdi
20.10.2017, 18:37

Ermənistan ordusu Qarabağda itki verdi

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
20.10.2017, 18:22

TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava olub
20.10.2017, 18:11

Moskvada ermənilərlə taciklər arasında kütləvi dava olub

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR
20.10.2017, 18:05

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb
20.10.2017, 18:05

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!
20.10.2017, 17:56

Azercell-dən “Hədsiz” İnternetlə və ilkin ödənişsiz iPhone8 əldə et!

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU
20.10.2017, 17:28

Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.33%)
“Azərişıq”(26.6%)
“Azərsu”(10.6%)
“Azəristiliktəchizat”(2.91%)
Heç biri(54.3%)