Modern.az

Əsgər balama - VİDEO

Əsgər balama - VİDEO

20 Dekabr 2016, 14:36

Əməkdar jurnalist Akif  Təvəkküloğlunun “Əsgər  balama” şeri əsasında  Azərbaycan Prezidenti  yanında  QNT-lərə Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə “Ali Baş Komandanım” mahnısı  və onun əsasında klip  hazırlanıb.


Bir əlində bayrağım,
Canında ruhum, qanım
İrəli, mərd aslanım! 
Dayanıbdı arxanda
Ucadan uca  dağım,
Ali Baş Komandanım!

Düşmənin bağrını yar, 
Od ələ, tufan qopar, 
Qərib düşən ellərdə,
Dalğalansın bayrağım,
Gül açsın bağça-bağım...

Bir  elin yarasını
Sağalt ey qəhrəmanım,
Dərdimin çarasını 
Tap, ey mənim loğmanım, 
Bunu səndən gözləyir,
Ana  Vətən torpağım,
Ali Baş Komandanım!

Şığıdın düşmən üstdə,
Qoymadın göz  açmağa,
Tanrıdan  qüvvət istə,
Düşmən beli qırmağa.
Bunu əmr edir sənə,
Kəlbəcərim, Lacınım,
Ali Baş Komandanım!

Ey igid əsgər  balam,
Evim, eşiyim, qalam,
Düşmənə getsin bəlan.
Qolunun qüvvətindən
Yağı lərzəyə gəlsin,
Qoy vurduğun zərbələr
Onun qəlbini dəlsin!
Bunu deyir Füzulim,
Zəngilanım, Ağdamım
Ali Baş Komandanım!

Çıxart qılıncı qından,
Artıq dərd varmı bundan?
Torpaq yağı əlində
Düşmən atın belində
Atından sal düşməni
Bil ki, qorxaq erməni,
Bir hay vursan qaçacaq,
Var-yoxunu satacaq...

Bir nərə çək, igidim,
İtilsin ilim-ilim
O mənfurlar, naxoşlar,
Bitsin dava-dalaşlar!
Vətən çağırdı səni
Müsəlləh  əsgər oldun!
Yardın dumanı, çəni,
Elin günəşi oldun!

Sevin, ey Ana  Torpaq!
Sevin, ey Ana Vətən!
Oğlun qələbə çaldı,
Xar oldu yağı düşmən.
Qoy gülsün Qarabağım!
Doğma Azərbaycanım!
Yaşa, şöhrətim, şanım!
Ali Baş Komandanım!

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı