Bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Modern.az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov bildirib ki, vergi borcları 2 hissəyə bölünür: 1-ci hissədə vergi ödəyicilərinin vergini vaxtında ödəmədiklərinə görə hesablanmış borclardan söhbət gedir.
2-ci hissədə isə maliyyə sanksiyalarınının müəyyən ardıcıllıq ilə silinməsindən bəhs olunur.
“Hesablanmış faizlərin 2017-ci ilin 1 yanvar yanvar tarixində istisnasız şəkildə silinməsi təklif olunur. Maliyyə sanksiyaları isə nağd əməliyyatlarının düzgün aparılması qaydasının pozulmasına aiddir. Onların da 2017-ci ilin 1 yanvar tarixində silinməsi nəzərdə tutulur”.
Natiq Şirinov qeyd edib ki, əgər vergi ödəyiciləri 2017-ci ilin yanvar ayı ərzində maliyyə sanksiyalarının 30 faizini ödəyərlərsə, digər 70 faizinin silinməsi nəzərdə tutulur.
“Əgər vergi ödəyiciləri yanvar-fevral ayları ərzində borcun 50 faizini ödəyərlərsə, qalan 50 faizinin silinməsi təklif olunur. 2017-ci ilin yanvar mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildiyi təqdirdə isə, qalan 30 faizinin silinməsi təklif olunur”-deyə o əlavə edib.
Vergilər Nazirliyinin rəsmisi onu da bildirib ki, qanun layihəsi 44 min 704 vergi ödəyicisini əhatə edəcək.
“Bunun da 1037-si dövlət sektorunda, 43 min 667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi ilə 386.4 milyon manatın silinməsi təmin olunacaq. Bunun da 125.5 milyon manatı dövlət sektoruna, 260.9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda nağd pul hesablamalarının qaydalarının pozulmasına görə 6 min 304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1 yanvar vəziyyətində silinməsi göstərilib. Mərhələli ödənişlərə adekvat olaraq 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək ”.
Beləliklə, qanun layihəsinin 2.1 maddəsi nəzərə alınmaqla vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçiriləcək:
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir;
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək;
- vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.
Aqşin Kərimov
Leyla Şıxlinskayanın itinin yeməyinə ayda 500 manat xərclənib
Lavrov Nalbandyanı Moskvada qəbul etdi
Sabah Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başlayır
Dünyada heyvanlar üçün ucaldılan qeyri-adi ABİDƏLƏR
Britaniya Azərbaycana ən çox investisiya qoyan ölkədir
Kreml Ermənistandakı vəziyyət haqda AÇIQLAMA verdi
Nazirliyin sosial sığınacaqlarında 167 nəfərə xidmət göstərilib
Gəncədə Mir Cəlal Paşayevin 110 illiyi qeyd olunub
Azərbaycan mehmanxanalarında ən çox gecələyən əcnəbilər - SİYAHI
Zorlama xəbərlərindən həzz alanlar…
Səməd Seyidov AŞPA-da sərt DANIŞDI
Azərbaycanlı deputat AŞPA-da ETİRAZ ETDİ: “Bizə qarşı biabırçı kampaniya təşkil ediblər”
Qorxmaz Hüseynov içməli su və kanalizasiya sistemi ilə bağlı göstərişlər verdi
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək
Deputat AŞPA-da etiraz etdi: “Ermənilər şəhər və kəndlərimizin adını məqsədli şəkildə dəyişdirirlər”
İlahiyyatçı Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına haqq qazandırdı
Karen Karapetyan baş nazirliyinə namizəd oldu
Füzulidə yas mərasimlərinə çəkilən xərc 10 dəfə azalıb
Cümhuriyyəti devirənlərin aqibəti
Binəqədidə Zərifə Əliyeva ilə bağlı “Məlumat saatı” keçirildi
İlham Əliyev Britaniyada mühüm görüşlər keçirdi
Qəbiristanlıqlar bələdiyyələrə veriləcək
Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan heykəltəraş: “Tamamilə fərqli olacaq”
Şahbaz Quliyev girovluqdan ailəsinə video göndərdi
Ermənistanda daha 3 nazir və 2 qubernator istefa verdi
İlham Əliyev Böyük Britaniyaya gedib
Qanunsuz ağac kəsən 4 min manat ziyan vurdu
Bakıda qəza oldu, tıxac yarandı - FOTO
Kaliforniyada azərbaycanlılar Beynəlxalq Mədəniyyət Mərkəzinin açılışına toplanacaq
Kreditlə arvad almaq?
Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə məsləhətləşmələr aparır
Deputat sosial işin tədrisinə aid konfransda iştirak edib.
Baş nazir müavinlərinin vəzifə bölgüsü - Kim hansı sahəni kurasiya edəcək...
Merkel İlham Əliyevi təbrik etdi
Sabah havanın temperaturu 27 dərəcəyə YÜKSƏLƏCƏK
Şərh yaz