20 yanvar 2017, Cümə
Ana Səhifə - MEDİA - Baş redaktorlardan “reket saytlar”a meydan verən həmkarlarına İTTİHAM: "Pula görə..."
Baş redaktorlardan “reket saytlar”a meydan verən həmkarlarına İTTİHAM: "Pula görə..."
21.12.2016, 13:43

“...mətbuatı hörmətsiz etməyin!”


Son zamanlar gündəmdə olan məsələlərdən biri “reket jurnalistikası” ilə aparılan mübarizrədir. Jurnalistika adına iddia edən “reketlər”dən söz düşmüşkən, onlar təkcə qəzetlərə sahib deyillər, həm də bir çox saytlar açıblar. Və təəssüf ki, həmin saytların bannerləri ciddi media orqanlarının internet resursunda yerləşdirilib ki, bu da onlar üçün yaxşı reklam hesab olunur olunur.

Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədar bəzi media rəhbərlərinin fikirlərini öyrənib.


“Qafqazinfo”nun baş direktoru Elbrus Ərud da
deyir ki,Azərbaycanda “reket jurnalistikası” ilə mübarizə aparılan bir məqamda ölkənin bir sıra ciddi media orqanları “reketlər”ə meydan veriblər:

““Reketlər” onların vasitəsilə özlərinə meydan qazanırlar. Bu meydan necə verilir?.. Reket saytlar 200-300 manata banner düzəltdirib yerləşdirirlər ciddi media qurumlarının internet səhifələrinə və orda qoyduqları şantajçı başlıqlarla öz niyyətlərinə çatırlar. İnsanlar da ciddi medianı çox oxuduğuna görə, həmin bannerlərlə tanış olurlar və bir növ məsələ ictimailəşir, anons edilən “xəbər” geniş bir kütlə arasında yayılır. Bu məsələ ilə bağlı mən öz fikrimi bir neçə dəfə bildirmişəm. Jurnalistlərə demişəm ki, “reketlər”ə şərait yaratmaq olmaz. Düşünürəm ki, bu məsələyə rəsmi səviyyədə hansısa müdaxilə olmalıdır. Azərbaycanda müəyyən bir məsələni həll etmək üçün gərək rəsmi səviyyədə işə qarışılsın. Ən xırda problemi belə, özümüz həll edə bilmirik. Bu gün hansısa bəzi saytlarda alt-alta 20 banner yerləşdirlir, hamısı da bir-birinin təkrarı. Media rəhbərləri saytları açanda görərlər ki, hansı bannerlər yerləşdirilib.
O cür bannerlərə “Qafqazinfo”nun qapısı bağlıdır.  Nə qədər ödəniş etmələrindən asılı olmayaraq, birmənalı şəkildə “reket saytlar”a yer vermirik. Banner qoymaq istəyənin saytına baxırıq. Görəndə ki, sayt “reketlik”lə, şantajla məşğul olur, nə qədər çox pul versə də, əməkdaşlıqdan imtina edirik. Yaxşı olar ki, bunu digər ciddi saytların rəhbərləri  da etsinlər. Bu gün özündən deyən media orqanlarının saytlara girin baxın, görün oradakı bannerlərdən hansı ciddi mediaya məxsusdur...  Məgər o KİV-lərin rəhbərləri baxanda görmürlər ki, banneri yeləşdirilən saytlar şantajla məşğuldur? Nüfuzlu saytların rəhbərləri 300-500 manata görə həm özlərini, həm də mətbuatı hörmətsiz vəziyyətə salırlar. Düşünürəm ki, “reket jurnalistikası” ilə mübarizəyə hamı dəstək verməlidir”.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, dünya mediasında reklamın keyfiyyəti çox maraqlı bir məsələdir:

“Bir çoxları deyir ki, biz reklama cavabdeh deyilik. Amma özünə hörmət edən kütləvi informasiya vasitəsi reklamı verən təşkilatın ciddiliyini nəzərə alır. Nüfuzlu mediada bu belədir. Düşünürəm ki, yalnız Azərbaycanda bu belə deyil. Bizdə çox az media qurumu reklamın keyfiyyətinə diqqət edir. Əsl jurnalist buna diqqət etməlidir. Azərbaycan mediasında isə nüfuz, ictimai təsir o qədər aşağı düşüb ki, oxucular da onlardan üz döndərib. Belələri hökumətin də cibinə girirlər. Odur ki, Azərbaycanda nüfuz və ictimai rəy məsələsi sual altında olan məsələdir. Bir çox KİV-lər bunu vecinə almır.  O KİV-lər ki, oxucudan asılıdır, heç vaxt heç vaxt pula görə jurnalistikaya zərər gətirəcək addımlar atmaz”.


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
bildirib ki, “reket jurnalistikası” xameleon kimidir, rəngini dəyişir:

““Reketçiliyə” qarşı mübarizədən danışanda bu təkcə çap mətbuatına aid olmamalıdır. Əvvəllər “reketçiliyi” daha çox çap mətbuatına aid edirdilər. Artıq “reket saytlar”, hətta “reket internet televiziyası” da var. Bunlar kamera, kompüter və modem alaraq evlərində təkbaşına redaksiya yaradırlar.  Əlbəttə ki, bunların heç birinin jurnalistikaya dəxli yoxdur. Bu cür jurnalistikaya dəxli olmayan “saytlar”ın tanınmış saytlarda, qəzetlərdə reklam olunması doğru deyil. Bu,  ümumi jurnalistikaya mənfi təsir göstərir. Ona görə mənim fikrimcə, tanınmış saytlar “reketlər”in reklamı üçün 200-300 manat alacaqlarsa, onu heç almasalar yaxıdır. Hesab edirəm ki, o cür “saytlar”ın reklamına yer vermək olmaz”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da “reket saytlar”ın nüfuzlu saytlarda reklamını düzgün addım saymır:

“Amma başqa bir tərəfdən, reklamın məzmununa görə o reklamı verən tərəf məsuliyyət daşıyır. Siz televiziyada keyfiyyətsiz qatıq reklamı görüb, sonra o qatığı yeyib zəhərlənəndə buna görə kanalı ittiham eləmirsiniz. Sualı belə qoymaq lazım deyil ki, "niyə “reket sayt”ın reklamını verirsiniz?", belə qoymaq lazımdır ki, "o “reket sayt” niyə hələ də fəaliyyət göstərə bilir?"”.

 

Qafar Ağayev


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
20.01.2017, 13:59

“Tramp yalançı və fırıldaqçıdır”

20.01.2017, 13:45

Çinin əhalisi 1,4 milyarda yaxınlaşır

20.01.2017, 13:29

Yol qəzalarında 5 nəfər həlak olub

20.01.2017, 13:03

Lavrov Nalbandyanla Qarabağı müzakirə edib

20.01.2017, 12:35

Rüstəm Usubov: “Qorbaçov gizləndi, istintaqdan yayındı”

20.01.2017, 12:32

Daha bir HDP-li deputat saxlanılıb

20.01.2017, 12:19

Hollivud aktyorları Tramp əleyhinə aksiya keçirdilər

20.01.2017, 12:15

Sabahın hava proqnozu AÇIQLANDI

20.01.2017, 12:08

20 Yanvar şəhidləri cəbhə bölgəsində yad edilib

20.01.2017, 12:07

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı

20.01.2017, 11:51

Suriyada “Əl-Qaidə”nin rəhbərlərindən biri məhv edilib

20.01.2017, 11:43

Con Kerri son brifinqinə iti ilə gəldi

20.01.2017, 11:35

Azərbaycan və Brüssellə yeni saziş üçün danışıqlara başlayacaq

20.01.2017, 11:29

Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

20.01.2017, 11:18

"Xəzərin statusu ilə bağlı Bakıda iclas keçiriləcək”

20.01.2017, 11:04

Atasızlıq

20.01.2017, 11:02

ABŞ-ın 4 keçmiş prezidenti Trampın inauqurasiyasına gələcək

20.01.2017, 10:52

Rusiya istəsə, İrəvanın gözünü basıb Qarabağdan çıxarar

20.01.2017, 10:42

“Zakir Fərəcov Şəhidlər Xiyabanı üçün qranit daşları gətirməyə görə özü Ukraynaya getdi” - MÜSAHİBƏ

20.01.2017, 10:31

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20.01.2017, 10:14

“20 Yanvar”la bağlı uzun illər gizlin qalmış TARİXİ HƏQİQƏT - ARAŞDIRMA

20.01.2017, 10:08

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

20.01.2017, 09:46

Sabirabadda 6 otaqlı ev yanıb

20.01.2017, 09:33

Ermənistan ordusu 18 istiqamətdə atəşkəs rejimini pozub

20.01.2017, 09:21

Avtomobili piyadaların üstünə sürdü: 3 ölü

20.01.2017, 01:23

Andrey Karlovun qətli ilə bağlı daha bir polis saxlanılıb

20.01.2017, 01:04

Tetçer Reyqana demişdi ki, “Ronald, o, bizim axtardığımız adamdır”  

20.01.2017, 00:46

Prezidentin İsveçrəyə səfəri başa çatıb

20.01.2017, 00:34

Ağcabədidəki qəzada 1 nəfər ölüb

20.01.2017, 00:17

Seneqal ordusu Qambiya ərazisinə daxil olub

20.01.2017, 00:00

20 Yanvar şəhidlərinin 27-ci ildönümü anılır

19.01.2017, 23:42

Azərbaycan və BMT üç işçi qrupu yaradır

19.01.2017, 23:17

"Bakıda Xəzər regionunda ən böyük dəniz limanı tikilib" - Prezident

19.01.2017, 23:02

“İndi hər şey Azərbaycandan asılıdır” - Georgi Qaxariya

19.01.2017, 22:46

İsrailin kosmosu vurmaq imkanı var

ARXİV