Modern.az

Azərbaycanda qış fəsli başladı

Azərbaycanda qış fəsli başladı

Hadisə

21 Dekabr 2016, 15:00

Bu gün Bakı vaxtilə saat 14:44-də Azərbaycanda qış fəsli başlayıb. Modern.az saytı AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, qeyd edilən saatda Yer Qış Günəş duruşu nöqtəsindən keçib. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylovun verdiyi məlumata görə, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Bu gün gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüz isə 9 saat 17 dəqiqə olacaq. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!