Modern.az

El-Gücü Beynəlxalq Humanitar Assosasiyası regonlarda təlim keçirir

El-Gücü Beynəlxalq Humanitar Assosasiyası regonlarda təlim keçirir

9 Dekabr 2016, 17:31

Bu gün, dekabrın 9-da  İsmayıllı rayonu Peşə Məktəbində El-Gücü Beynəlxalq Humanitar Assosasiyası İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirdiyi "Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti dəyirmi masa keçrilib.

Layihə rəhbəri BDU-nun Jurnalistika fakültəsinin müəllimi Afaq Sadıqova layihə haqqında ümumi məlumat verərək bildirib ki, "Yer kürəsində 2000-dən 4000-ə qədər xalq, millət və etnik qrup yaşayır. Dünyada bu qədər xalq, millət və etnik qrupun olması bir o qədər də psixologiya, etnomədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Azərbaycan adlı məmləkətində etnik mənzərəsi  göyqurşağı kimi rəngarəngdir. Burada kimsə digərinin haqqını heç zaman pozmayıb. Biri digərinin milli mədəniyyətini, adət-ənənəsini qoruyub saxlamağa mane olmayıb. Onlar bir ailədirlər: azərbaycanlı. Elə dünyaya da məhz azərbaycançılıq məfkurəsindən baxırlar".

Sonra layihənin eksperti, politoloq Taleh Əliyev çıxış edərək layihənin əsas məqsədi - Azərbaycanda yaşayan etnik qrupların mədəni irsi, tarixi, mədəniyyət abidələri, adət-ənənələri haqqında dəyirmi masa iştirakçılarına geniş məlumat verib.

Daha sonra dəyirmi masa iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. İştirakçılar da bu istiqamətdə gələcəkdə görüləcək işlər haqqında bəzi təkliflər veriblər. Təkliflər layihə rəhbərliyi tərəfindən qeydə alınıb. Sonda İsmayıllı rayonu Peşə Məktəbinin rəhbərliyinə təşəkkürnamə, iştirakçılar isə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, layihə çərçivəsində  Azərbaycanda yaşayan etnik qrupların mədəni irsi, tarixi, mədəniyyət abidələri və adət-ənənələri haqqında Azərbaycan ictimayyətinə məlumat vermək üçün kitab nəşr edilib və facebook sosial şəbəkəsində “Azərbaycan etnosları dünən və bu gün” adlı səhifəsi yaradılıb. Layihə çərçivəsində növbəti dəyirmi masalar  Qəbələ və Oğuz rayonlarında keçriləcək. Bu qəbildən olan öncəki dəyirmi masalar  Bakı və  Sumqayıt şəhərlərində keçrilmişdi.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi