Modern.az

Prezident üç ölkəyə yeni səfir göndərdi

Prezident üç ölkəyə yeni səfir göndərdi

21 Dekabr 2016, 21:20

Azərbaycanı üç ölkədə yeni fövqəladə və səlahiyyətli səfirlər təmsil edəcək. Modern.az xəbər verir ki, Prezident İlham Əliyev Elxan Polux oğlu Poluxovun Azərbaycanın Braziliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi ilə bağlı da sərəncam imzalayıb.

Modern.az  xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident Dursun Ayvaz oğlu Həsənovun Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da sərəncam imzalayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi