26 fevral 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Məmurlar xaricə apardıqları böyük pulları Azərbaycana qaytarsınlar - TƏKLİF
Məmurlar xaricə apardıqları böyük pulları Azərbaycana qaytarsınlar - TƏKLİF
22.12.2016, 09:20

Uzun müddətdir reallaşması gözlənilən vergi amnistiyasına dair qanun layihəsi Milli Məclisdə müzakirə edilərək, plenar iclasa tövsiyə olunub. İndi isə növbə maliyyə amnistiyasınındır. İllərdir ölkədən çıxarılan, ofşor zonalarda dövriyyəyə buraxılan külli miqdarda vəsaitlərin ölkəyə gətiriləcəyi xəbərləri gündəmdədir. Çünki vergi borclarının və  sanksiyaların silinməsi maliyyə amnistiyası ilə yekunlaşmalıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, ilk olaraq vergi amnistiyasının verilməsi məqsədəuyğundur:

“Cənab prezident çox gözəl təşəbbüs göstərərək vergi amnistiyası ilə bağlı təşəbbüs göstərdi. Milli Məclis də bu təşəbbüsü dəstəkləyir. Bu, faktiki olaraq vergi yükünün, vergi borclarının azaldılması üçün atılan addımdır. Burada təxminən 600 milyon manatdan söhbət gedir. Əgər borclar 1,5 milyard manata yaxın idisə, bunun 600 milyonu silinəcək. Bu çox böyük amnistiyadır, həm də orta və kiçik sahibkarlığın inkişafında müsbət addımdır”.

 

Maliyyə amnistiyasına gəlincə, V.Əhmədov bildirib ki, bu, hər zaman gündəlikdə olan məsələdir:

“İndiki məqamda maliyyə amnistiyasının verilməsi olduqca vacibdir. Çünki o məmurlar ki, müəyyən qədər vəsait toplayıblar, həmin vəsaitlərin Azərbaycana gətirilməsinin vaxtı çatıb. Həmin vəsaitlər Azərbaycanda investisiya şəklində ictimai-siyasi həyatın inkişafında istifadə olunmalıdır. Amma bunun üçün ilkin olaraq qanun layihəsi hazırlanmalıdır. Qanun elə şəkildə hazırlanmalıdır ki, maliyyə amnistiyası veriləndə həmin vəsait yalnız və yalnız Azərbaycanda iqtisadi inkişafa xidmət etsin, başqa məsələlər üçün istifadə edilməsin. Bu da cənab Prezidentin səlahiyyətində olan məsələdir. Yəqin ki, bu barədə də düşünürlər”.


Deputat qeyd edib ki, maliyyə amnistiyası verilən zaman bir çox nüanslar diqqətə alınmalıdır:

“Biz bir sıra məsələlərlə bağlı vergi dəyişiklikləri etdik. Amma söhbət maliyyə amnistiyasından gedirsə, həmin maliyyə Azərbaycana gətirilməlidir. Yəni maliyyə amnistiyası veriləndə o adamdan soruşmurlar ki, bu vəsaiti harada, necə qazanmısan? Maliyyə amnistiyası verilən zaman həmin vəsaitin ofşor ya da qeyri-bir zonadan gətirilməsi o qədər əhəmiyyət kəsb etmir. Amnistiya verilir və həmin pullar ölkəyə gətirilir”.

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.02.2017, 02:19

Xocalıdakı son toy - Foto

26.02.2017, 01:20

Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir

26.02.2017, 00:53

Səudiyyə Ərəbistanı İraqa yeni səfir göndərir

26.02.2017, 00:35

Erməni əsirliyində olmuş keçmiş hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - VİDEO  

26.02.2017, 00:21

Türkiyə parlamentinin Xocalı bəyanatı – EKSKLÜZİV

26.02.2017, 00:17

Yerevanın növbəti Qarabağ TƏXRİBATI Məqsəd NƏDİR?

26.02.2017, 00:12

Piyadalara hücum edən silahlı sürücü güllələnib

26.02.2017, 00:00

25 yaşlı Xocalı soyqırımı - FOTOLAR

25.02.2017, 23:49

Sarayevoda Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

25.02.2017, 23:35

8 PKK terrorçusu məhv edilib

25.02.2017, 23:16

Koreya liderinin qardaşını öldürən qadına 90 dollar verilib

25.02.2017, 23:14

Ermənistan Azərbaycanın hərbi potensialından qorxuya DÜŞDÜ  

25.02.2017, 23:09

Səfir: “Çox az adam həmin gecədən sağ qaldı ki, o qanlı tarixə şahidlik etsin”  

25.02.2017, 23:00

Kərkükdə neft quyusu partladılıb

25.02.2017, 22:44

Ölkəyə gizli yolla 18 min dollar gətirmək istəyi baş tutmadı

25.02.2017, 22:29

Jurnalist reportajdan sonra minaya düşüb öldü - Video  

25.02.2017, 22:13

Ermənistan səfirliyi qarşısında aksiya - Video

25.02.2017, 21:55

Gəncə sakini alnından bıçaqlanıb

25.02.2017, 21:41

Yük maşını maksimum sürətindən daha artıq sürətlə "radara düşüb" - Video

25.02.2017, 21:27

“Buradan heç yerə gedən deyilik” – Ağdam sakini, Video

25.02.2017, 21:14

Məhsullarımız ilk dəfə “Gulfood 2017” sərgisində

25.02.2017, 20:57

Təxribata yol verən erməni idmançı ilə müqavilə pozulub

25.02.2017, 20:39

"Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır"

25.02.2017, 20:30

Saxta viza hazırlayan axtarışa verildi

25.02.2017, 20:20

Məktəblilər Bakıda "Xocalı fləşmobu" göstərdilər - FOTOLAR  

25.02.2017, 20:16

Gölün daşması nəticəsində Aşağı Güzdəkdə evləri su basıb

25.02.2017, 20:09

Cocuq Mərcanlıda mərmi və raket gilizi aşkarlanıb

25.02.2017, 20:00

“Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" – Bahar Muradova

25.02.2017, 19:01

“Bu qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır” - XİN

25.02.2017, 18:15

Ordumuz düşmənin atəş nöqtəsi və uçuş aparatını məhv edib - VİDEO

25.02.2017, 17:55

Ohanyan: "Ermənistanı ciddi bədbəxtlik gözləyir"

25.02.2017, 17:31

Berlində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

25.02.2017, 17:09

Qarabağdakı döyüşlərlə bağlı mediaya XƏBƏRDARLIQ

25.02.2017, 16:50

Məşhur ekspert cəbhədəki vəziyyət HAQDA: “Qarabağda müharibə qaçılmazdır”

25.02.2017, 16:30

Avstraliyanın Melburn şəhərində Xocalı şəhidləri anıldı – FOTOLAR

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.24%)
Hacı Sabir Həsənli(0.16%)
Hacı Fuad Nurullayev(0.01%)
Vasim Məmmədəliyev(0.26%)
Rafiq Əliyev(0.11%)
Hacı İlqar İbrahimoğlu(38.3%)
Hacı Şahin Həsənli(57.5%)
Elşad Miri(3.28%)