Modern.az

“Quş qripi”, “donuz qripi”...bakterioloji müharibə?

“Quş qripi”, “donuz qripi”...bakterioloji müharibə?

5 Noyabr 2009, 13:53

Alimlər dünyanın sonunun yaxınlaşmasından tez-tez danışmağa başlayıblar. Onlar axırıncı bir neçə ildə təbiətdə baş verən qeyri-adi hadisələrin də buna işarə olduğunu iddia edirlər.

İndi də amerikalı alimlər belə hesab edirlər ki, 2012-ci ilin sentyabrında Günəşdə bır sıra partlayışlar baş verəsək və nəticədə planetimizdə güclü maqnit qasırğaları yaranacaq, bu da Yer kürəsini məhv edəcək. Yeri gəlmişkən, son illər planetimizin bir cox yerlərində müxtəlif  öldürücü xəstəliklərin yaranmasını da dünyanın sonu ilə əlaqələndirənlər var. Halbuki, bu xəstəliklərin səbəbi təbiətdə kimyəvi tullantıların artması ilə bağlı da ola bilər. Bir versiya da var: böyük güclər bu xəstəliklərin törədicilərini qəsdən yaradıb dünyaya yayırlar.

İstisna olunmur ki, bəzi ölkələrdə enerji resursların azalması, əhalinin sayının artması, bəzi dövlətlərin iqtisadiyyının çökməsi dünyaya baktereoloji hücümlara səbəb ola bilər. Çin son illər güclü iqtisadiyyata malik olan dövlətlərdən biridir, daha dəqiqi ABŞ və Yaponiyadan sonra üçüncüdür. Belə hesab olunur ki, 2010- ci ildə Çin iqtisadi yüksəlişinə görə ABŞ-ı keçə bilər. Bu isə bəzi ölkələri narahat etməyə bilməz. Yada salaq ki, 2000-ci ildə dünyanı atipik pnevmaniya deyilən xəstəlik cənginə almışdı. 2003-ci ildə “quş qripi” peyda oldu. Hər iki xəstəlik nəticəsində coxlu sayda insan tələf oldu. Hər iki xəstəlik məhz Asiyada, bir az da konkretləşdiersək Çində tüğyan etdi. Dünyada həmin xəstəliklərə yoluxanların ən çox faizi (80%) məhz Çində qeydə alındı. Anoloji hadisə hal-hazırda da davam edir. “Quş qripi”ndən yenicə qurtulan dünya indi də ondan da güclü “donuz qripi”i ilə (A/H1N1 virusu) mübarizə aparır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, artıq bu virus nəticəsində 5 mindən çox adam ölüb, 420 mindən çox insan isə ona yoluxub. Çinin ətrafında ondan da zəif ölkələr var. Niyə daha çox əziyyət çəkən Çindir? Baktereoloji hücüm zamanı ona əl atan ölkənin özünə də təhlükə yaranır. Axı Yer planeti dairəvidir. Xəstəlik bir yerdən başladısa, başqa nöqtələrə də yayılacaq.

İstisna deil ki, dövlətlər arasında münaqişələr onların  baktereoloji hücümlara əl atması ilə nəticələnir. Hadisələrin inkişafı belə mülahizə irəli sürməyə əsas verir. Sadalanan xəstəliklərin yayılması elə əsl baktereoloji müharibə deyilmi?... Planetimiz insan kimi qocalır və öz gücünü itirir. Enerji resurslarının tükənməsindən qorxan dövlətlər bu müharibəyə əl ata bilərlər. Əgər belədirsə, dogurdan da dünyanın sonu yaxınlaşır... İlkin Zeynalov 

 

         

       

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir