Modern.az

Ruhaninin Ermənistan səfərinin YEKUNLARI: "Buna İranın gücü çatmır" 

Ruhaninin Ermənistan səfərinin YEKUNLARI: "Buna İranın gücü çatmır" 

22 Dekabr 2016, 11:42

İran prezidenti Həsən Ruhani 21 dekabrda Ermənistana bir günlük səfəri zamanı erməni həmkarı ilə əlaqələrin inkişafı məqsədilə 5 memorandum imzaladı, hökumətlərarası 4 altkomissyanın yaradılmasına razılaşdı, ortaq bəyanat qəbul etdi, bisnez forumda iştirak etdi.

 

İmzalanan niyyət protokolları elə böyük çəkiyə malik deyil. Tərəflər idman, fövqəladə hallar sahəsində, muzeylərarası əməkdaşlıq, turizmin inkişafı, sərhəd sularının birgə istifadəsi niyyətində olduqlarını bildiriblər. Başqa sözlə uzun müddətdir İran prezidentini İrəvanda gözləyən Ermənistan prezidenti Serj Sərkisyan iranlı həmkarı ilə hansısa böyük layihənin həyata keçirilməsi və bu layihəyə kredit ayrılması barədə sənədə imza ata bilməyib.

 

Modern.az saytının məlumatına görə, “Atlas” araşdırmalar mərkəzinin təhlilində bu barədə bildirilib.

 

Qeyd olunub ki,  Serj Sarkisyan iranlı həmkarını inandırmaq istəyib: 180 milyonluq Avrasiya İqtisadi Birliyinin bazarının üzvü olan Ermənistan İran biznesi üçün münbit məkandır.

 

“Yəni gəlin Ermənistanda fabrik və zavodlar açın və istehsal etdiyiniz məhsulları Avrasiya İqtisadi Birliyi bazarında satın. Ancaq eynisini İran təklif edir: Gəlin Araz çayı sahilində yaratdığımız azad iqtisadi zonada fabrik və zavod açın və burada istehsal olunan məhsulları hara istəsəz satın. Nə bu bu təklif erməni iş adamlarını, nə də Avrasiya İqtisadi Birliyi bazarı təklifi iranlı işa damlarını cəlb edir”-deyə təhlildə bildirilib.

 

Eyni zamandan Serj Sarkisyanın Həsən Ruhaniyə daha iki təklif irəli sürdüyü də diqqətdən yayına bilməz:

 

“Birinci təklif: İran-Ermənistan-Gürcüstan-Rusiya enerji koridoru fəaliyyətə başlasın;

İkinci təklif: Fars körfəzi – Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini işə salaq.

 

Aydındır ki, Sarkisyan bu iki təklifin reallaşması vasitəsilə Ermənistanın bölgədəki rolunun və gəlirlərinin artmasına ümidlidir. Sərkisyan İran qazının və mallarının Ermənistan üzərindən Avropaya çatdırılmasını, gələcəkdə isə bu xəttə digər dövlətlərin qoşulmasını istəyir.

 

Sarkisyan bu xətləri ucuz, qısa və təhlükəsiz adlandırıb. Yəni demək istəyib ki, bu xətlər Azərbaycanın təklif etdiyi xətlərdən “ucuz, qısa və təhlükəsizdir”.

 

Fərq ondadır ki, Azərbaycanın vaxtilə irəli sürdüyü layihələr və xətlər reallaşma mərhələsindədir, bəzi işlər isə başa çatmaq üzrədir, Ermənistan isə təkliflərinə müxtəlif ölkələrdən, o cümlədən İrandan hələ cavab gözləyir. Digər tərəfdən, Sarkisyan bu təkliflərini iranlı həmkarının diqqətinə çatdırarkən, yeni nəqliyyat xətlərinin tikilməsini, var olanlarının isə modernləşdirilməsinin kimin və kimlərin hesabına maliyyələşdiriləcəyini açıqlamayıb.

 

Çünki, həmin kimsə və ya kimlərsə yoxdur. Əgər Sərkisyan təklif etdiyi layihələri Tehranın maliyyələşdirəcəyini düşünürsə, İranın kredit imkanları olsaydı, Astara-Rəşt dəmiryolununu tikintisinin maliyyəsi üçün Bakıya müraciət etməzdi.

 

Buna baxmayaraq, İran-Ermənistan əməkdaşlığının konkret nəticələri də var. Məsələn 2016-cı ilin ilk altı ayında Ermənistana İrandan 260 min turist gəlib.

 

Bu Ermənistan kimi kiçik ölkə əlavə gəlir mənbəyidir. Ayrıca, Həsən Ruhaninin İrəvanda verdiyi açıqlamaya görə, Ermənistanın iki şəhəri – Mehri və Aqaraka İran qazının nəqli başlayacaq. Həsən Ruhani İrəvanda elə belə də deyib: “İran qazı bu iki erməni şəhərində yaşayan sakinlərin evləri ilə yanaşı ürəklərini də qızdıracaq”.

 

Təhlildə vurğulanıb ki, İran prezidenti Ermənistana daha bir şad xəbəri də çatdırıb. Söhbət Türkmənistan qazından gedir.

 

 “Şad xəbər budur: “Türkmənistanla əldə edilmiş razılığa görə bu ölkədən aldığımız qazı üçüncü ölkələrə çatdıra bilərik”. Yəni demək istəyib ki, Ermənistan İran üzərindən türkmən qazını ala bilər.

 

Serj Sarkisyan Həsən Ruhaninin bu təklifinə münasibət bildirməyib. Bunun obyektiv səbəbi var. Çünki, mimimum maliyyəsi olan Ermənistan onsuz da Rusiyadan və İrandan qaz alır, bundan artıq həcm ona lazım deyil. Ermənistanın maliyyə imkanları məhduddur ki, İrandan aldığı qazın hesabını elektirk enerjisinin idxalı ilə əvəz edir.

 

İrəvanın marağı ondadır ki, İran Ermənistan üzərindən daha böyük imkanlara malik qaz boru xətti tiksin. Və Həmin boru xətti ilə həm İran, həm də Türkmənistan qazını üçüncü ölkələrə nəql etmək mümkün olsun. Buna isə İranın gücü çatmır”.

 

Aqşin KƏRİMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...