Modern.az

Təhsil eksperti Məleykə Abbaszadəni “VURDU”: “Bu, nə böyük problemdir?!”

Təhsil eksperti Məleykə Abbaszadəni “VURDU”: “Bu, nə böyük problemdir?!”

Təhsil

23 Dekabr 2016, 12:03

Bir neçə gün bundan əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə demişdi ki,  imtahanların qiyməti dövlətin tənzimlədiyi xidmətlər siyahısına daxil edilə bilər. Onun sözlərinə görə, bu qiyməti isə Tarif Şurası müəyyənləşdirməlidir.

O həmçinin bildirib ki, bununla bağlı hələ qərar qəbul edilməsə də,  də yaxın vaxtlarda bu, gözləniləndir.  

 

Həmin qərardan sonra imtahanların maliyyələşdirilməsinin formaları haqda müzakirələr aparılacaq.

Məsələ ilə bağlı Modern.az-a Azərbaycan Təhsil Şurasının sədri, ekspert Əjdər Ağayev açıqlama verib.

Əjdər Ağayev bu cür məsələlərin madiyyata endirilməsinin çox yanlış addım olduğunu bildirib.

 

“Mən bu cür yanaşmanın əleyhinəyəm. Hələ imtahanların ödənişli olması bir yana, ona Tarif Şurası da qiymət qoymalıdır deyirlər. Mən bunu başa düşə bilmirəm.

 

Bu nə böyük problemdir ki, bunu Tarif Şurasına verirlər, qiymət qoyurlar. Mənə elə gəlir ki, abituriyentlərin qəbulları ödənişsiz olmalıdır. Çünki orta məktəbi bitirən məzunların böyük ehtiyacları çoxdur. Abituriyent ilk dəfə imtahana pulla başlayarsa, sonra ali məktəbə nifrət etməyə başlayacaq axı. Ona görə də mən imtahanların pullu olmağının tərəfdarı deyiləm”.

Ekspertin sözlərinə görə, o qədər imkansız ailələr var ki, bu imtahanın pulunu tapmaqda çətinlik çəkəcək.

 

“İlk addımdaca maneələr yaradılırsa, bu qapını bağlamaq kimi bir şeydir. Ona görə də yaxşı olar ki, ödənişsiz olsun. Qəbul Komissiyası minlərlə abituriyent jurnalını satır, digər tədbirlər keçirir və oradan da onlara çoxlu pullar gəlir. Həmin puldan istifadə edib imtahanları ödənişsiz etsinlər”.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?