Modern.az

Rusiya azərbaycanlı milyarderə xəbərdarlıq etdi

Rusiya azərbaycanlı milyarderə xəbərdarlıq etdi

Aktual

23 Dekabr 2016, 12:11

Rusiya Federal Antiinhisar Xidməti “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova xəbərdarlıq edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qurum onun avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı açıqlamasına etiraz edib.

 

Federal Xidmətin məlumatına görə, dekabrın 13-də verdiyi müsahibə zamanı Vahid Ələkbərov benzin qiymətlərinin bahalaşmasının daxili bazarda tələblə təklif arasında balansı pozacağını demişdi.

     

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır