Modern.az

Azərbaycan qızıl ehtiyatının 12%-ni satdı

Azərbaycan qızıl ehtiyatının 12%-ni satdı

Ölkə

23 Dekabr 2016, 14:22

Beynəlxalq Valyuta Fondu 2016-cı ilin noybar ayı üçün dünya qızıl bazarında son vəziyyət barədə hesabat yayımlayıb.

 

Modern.az saytı xəbər verir ki, hesabatdan aydın olur ki, Azərbaycan öz qızıl ehtiyatlarından 95 min unsiya (2,6 ton), yaxud ümumi ehiyatlarının 12%-ni xarici bazarda satıb. Xatırladaq ki, Ümumdünya Qızıl Şurasının son hesabatlarında Azərbaycanın qızıl ehtiyatlarının ümumi həcminin 30,2 ton olduğu bildirilirdi.

 

Müvafiq dövrdə Rusiya 1,033 min unsiya, Qazaxıstan isə 99 min unsiya qızıl satın alıb.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!