18 noyabr 2017, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Prezidentin sinif yoldaşı: “Heydər Əliyev bizi tək qoydu, “işlərim var” deyib getdi” - MÜSAHİBƏ
Prezidentin sinif yoldaşı: “Heydər Əliyev bizi tək qoydu, “işlərim var” deyib getdi” - MÜSAHİBƏ +
24.12.2016, 09:50

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin 55 yaşı tamam olur.

 

Ölkə başçısı İlham Əliyev Bakının Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb. 

 

Modern.az saytı Prezidentin sinif yoldaşı olmuş, tanınmış tərcüməçi, jurnalist və xarici əlaqələr üzrə mütəxəssis  Rauf Həsənlidən müsahibə alıb.

 

Rauf Həsənli 1960-cı ildə Bakı şəhərində anadan olub. Onunla söhbəti təqdim edirik: 

 

-Sizin haqqınızda müəyyən məlumatlara nəzər yetirmişik. İstərdik daha geniş məlumatlar verəsiniz. Hazırda nə işlə məşğulsunuz? 

-Mən Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Sonra Moskvada Xarici Ticarət Akademiyasının Ali Kommersiya Məktəbində təhsil aldım. Daha sonra isə Amerikada MBA proqramı üzrə oxudum. Oradan isə bizi  Avropa üzrə bisnes kursları almaq üçün 3 aylıq Londona göndərmişdilər.

 

Hazırda mən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Konqreslər Bürosunda çalışıram. Həmin büro Azərbaycanda beynəlxalq, iri və orta miqyaslı konfrans, konqres və digər tədbirləri təşkil etməklə məşğuldur.

Bununla yanaşı, Hepatitə Qarşı “Stop Hepatit” Pasient Cəmiyyətinin sədriyəm. Bu, QHT-dir. Amma Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi bizi bu günə kimi qeydiyyatdan keçirməyiblər. Rəsmi qeydiyyatımız olmasa da, iş görürük. Əlimizdə olan imkanları istifadə edərək əhali arasında maarifləndirmə işini aparırıq. Risk qrupları, xüsusi pəhriz saxlanması haqqında və digər məlumatları insanlara çatdırırıq. Mən müxtəlif beynəlxalq konfranslarda iştirak edirəm. Lakin təəssüflər olsun ki, bizə rəsmi dəstək yoxdur. Bizim işimiz sırf maarifləndirməkdən ibarətdir. Düzdür, mənim ixtisasım həkimlik olmasa da, mən həkimlər ailəsində böyüdüyüm üçün hepatit və digər xəstəliklərin dinamikası haqqında müəyyən biliklərim var.

 

-Səhv etmirəmsə, Rusiyada da ictimai-siyasi fəaliyyətlə məşğul olmusunuz. Yanılmıram ki?

-Mən Bakıda ola-ola Rusiya “Toçka Oporı” biznes jurnalında müxtəlif məqalələrlə çıxış etmişəm. Məndən xahiş edirdilər ki, Azərbaycan haqqında ətraflı məlumatlar verim. Mən müstəqillik qazandıqdan sonra milli bayramlarımız, sosial-iqtisadı durum, mədəniyyətimiz və digər məsələlər üzrə çoxlu sayda informasiyalar vermişəm. Bu nəşr biznes jurnalı olmasına baxmayaraq, mən orada sosial istiqamətli məqalələr yazırdım. Bəzi mürəkkəb və kəskin sosial məsələlər haqqında öz fikirlərimi bildirmişdim. Onlar biləndə ki, mən İlham Əliyevlə bir sinifdə oxumuşam, xahiş etdilər ki, 28 may Azərbaycanın müstəqillik günündə Prezident haqqında da xatirələrimi yazım. Məktəb illəri haqqında yazdım. 

 

-Siz o yazınızda ilk zəngdən son zəngə qədər olan günləri əhatə etmisiniz...


-Bəli. 1967-ci ilin 1 sentyabrında ilk zəng oldu. 15 iyun 1977-ci ildə olan son zəngə qədər biz İlham Əliyevlə bir yerdə oxuduq, yoldaş olduq. Bizim sinif ən böyük sinif idi. 45 şagird var idi. 

 

-Mən istərdim ki, o məqalədə yazmadıqlarınız məqamları danışasınız.  Hər halda ola bilməz ki, hər şeyi o yazıda qeyd edəsiniz.

-Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı. O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, cox sevindi ki, İlhamın sinif yoldaşları onun evinə qonaq gəliblər. Mən bu gün də onunla fəxr edirəm ki, həmin ad gününə Heydər Əliyev özü də gəlmişdi. O, hər birimizlə ayrı-ayrlıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu. “İşlərim var” deyib getdi, yəni sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Ora ancaq oğlanlar gəlmişdilər. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxmışdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq.

 

-Siz Avropa Şurası Parlament Assambleyasında (AŞPA) da müəyyən müddət iştirak etmisiniz.  Necə olmuşdu ki, bu beynəlxalq təşkilatda təmsil olunmuşdunuz? 

-Sizin sualınıza bəzi düzəliş etmək istərdim. Mən Avropa Şurası Parlament Assambleyasında çalışmamışam. Sadəcə olaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bir nümayəndəsi olaraq AŞPA-nın bəzi toplantılarında və iclaslarında iştirak etmişəm. Azərbaycan haqqında müxtəlif məlumatlar vermişik. 2005-ci ildən 2011-ci ilə qədər AŞPA-nın bəzi toplantılarında iştirak etdim.

 

-AŞPA-da işiniz konkret olaraq nədən ibarət idi? 

-Azərbaycanın nümayəndə heyəti ilə görüşürdük. İşimiz isə kitablar, broşürlər paylamaq, xarici deputatlarla görüşüb, Azərbaycan haqqında geniş məlumatlar verməkdən ibarət idi. Məqsədimiz Azərbaycana müxtəlif ölkələrdən dost qazandırmaq idi.

 

-Tərcüməçilik, jurnalist fəaliyyətiniz də olub. İndi hər hansı bir kitab üzərində işləyirsinizmi? 

-Mən xarici əlaqələr üzrə koordinator  kimi  işləmişəm. İngilis dilini bildiyim üçün də tərcüməçi kimi də fəaliyyət göstərmişəm. Lakin indi tərcüməçilikə məşğul deyiləm. Sadəcə olaraq AVCİYA-da işləyəndə bu təşkilatın ingilis dilində çıxan nəşrlərinin baş redaktoru olmuşam. Mənim sərəncamımda bir neçə tərcüməçi var idi. Rusiyanın tanınmış yazıçısı Mixail Ozerovun “İlham Əliyev: mən Azərbaycanıma inanıram” kitabının ingilis dilinə tərcüməsinə redaktorluq etmişəm. 

 

-Sizin sinifdən İlham Əliyev kimi məşhur bir şəxs çıxdı və bu gün ölkə rəhbəridir. Sinfinizdən başqa hansı tanınmış adamlar çıxıb? 

-Məşhur adamlardan Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general-mayor Emin Şəkinskini qeyd edə bilərdim. Bundan başqa, bir neçə il ədliyyə nazirinin müavini işləmiş Nazim Ələkbərov da bizimlə eyni sinifdə oxuyub. Daha bir sinif yoldaşımız isə hazırda Amerikada yaşayır və orada tanınmış hüquqşünasdır. Ümumiyyətlə, hər birimiz indi müxtəlif sahələrdə çalışırıq və hər kəs öz sahəsində tanınmış, peşəkar bir insandır. 

 

-İndi Azərbaycan rəhbəri İlham Əliyevlə əlaqələriniz varmı? 


-Cənab İlham Əliyev respublikanın prezidentidir. Əlbəttə ki, onun bizimlə yaxın əlaqə saxlamağa vaxtı olmur. Lakin müəyyən əlaqəmiz də var. 

 

-Maraqlıdır, bəs yoldaşlıq əlaqələriniz nə zamana qədər davam etdi? 

-Dostluq əlaqələrimiz məktəbin birinci sinfindən məktəbi bitirənə kimi, onuncu sinfə qədər davam etdi. Ondan sonra cənab İlham Əliyev Moskvadakı Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldu və Moskvaya yollandı. Ona görə də məktəbi bitirəndən sonra görüşməyimizə o qədər də imkan olmayıb. Məktəbi bitirəndən sonra sinif yoldaşlarımız ilə hər il 2 fevralda məktəb gününə yığışırdıq. İlham Əliyev Moskvada oxuduğu illərdə gəlib tədbirimizdə iştirak etdi. Amma ondan sonra isə onunla görüşmədik. 

 

-Siz yazdığınız xatirədə İlham Əliyevin obrazını yaratmısınız. Hazırda dövlət başçısının dünya siyasətindəki yerini necə qiymətləndirirsiniz? 

-Xatirələrimdə qeyd etdiyim kimi, İlham Əliyev çox savadlı, geniş düşüncəli və uzaqgörən siyasətçidir. Çünki bu mürəkkəb zamanda, böyük və güclü dövlətlərin əhatəsində balaca bir ölkənin başçısı olmaq, balanslaşdırılmış siyasət aparmaq heç də asan iş deyil. Bunu hər kəs bacara bilməz. Lakin İlham Əliyev bu siyasəti yürütməyi bacarır. Bu da dünya siyasətində yeni bir modeldir.

Eyni zamanda o, Azərbaycanı, öz xalqını sevir, onun gələcəyinə inanır. Azərbaycan xalqının firavan yaşamağını istəyir və bu istiqamətdə çoxlu addım atır. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, şəxsən mən onun beynəlxalq aləmdəki siyasətini çox yüksək qiymətləndirirəm. 



-Heç olurdumu ki, İlham Əliyev dərslərdə müəllimlərlə polemikaya girsin? 

-İlham Əliyev bütün dərslərdə özünü çox aktiv aparırdı. Müxtəlif suallar ətrafında müəllimlərlə sağlam polemikanı aparmaq imkanından qaçmırdı. 

 

-Bilik yarışlarında, fənn olimpiadalarında iştirak edirdinizmi?

-Bizim vaxtımızda belə şeylər yox idi. Təhsil aldığımız yer idman məktəbi idi. Bizim həndbol üzrə yaxşı komandamız var idi, biz digər komandalarla görüşüb oynayırdıq. 

 

-Mən prezidentin videosuna baxmışam. Bu yaşında turnikdə çəkinməsi onu göstərir ki, ölkə rəhbəri lap əvvəldən idmanla məşğul olub...


-Bizdə idmana çox böyük diqqət yetirirdilər. Qaçmaq, gimnastika, stolüstü tennis, idman hərəkətləri və s. Bizim göstəricilərimiz, hazırlığımız çox yaxşı idi. İndiyə qədər hiss edirəm ki, məndən qat-qat cavan adamlar çox tez yorulurlar. Mən onda görürəm ki, bizim o dövrdə aldığımız fiziki hazırlıqlar çox güclü olub. Bu, indiyə qədər bizi saxlayıb. İlham Əliyev stolüstü tennisə, həndbola çox maraq göstərirdi.

Görürsünüz ki, İlham Əliyev həmişə şux, gümrah görünür və çox yaxşı fiziki formadadır. 

Mən özüm də üzgüçülüklə, stolüstü tennis, atıcılıqla məşğul olmuşam.

 

-İnsan yaşa dolur və onun vizual görünüşündə, xarakterində müəyyən dəyişikliklər baş verir. Amma bununla belə, ortaq nöqtələr də olur. Sizin uşaqlıq xatirələrinizdəki İlham Əliyevlə indiki arasında hansı oxşarlıqlar görürsünüz? 

 

-Dövlət başçısı yeniyetmə, həm də cavanlıq illərindəki kimi indi də dostpərvər, ürəyiaçıq və qayğıkeş insan olaraq qalıb, həm də çox təvazökar insandır. Eyni zamanda o, geniş dünyagörüşü olan və böyük yumor hissinə malik insandır. İlham Əliyev yeniyetməliyindəki, cavanlığındakı, müsbət cəhətləri bu günə qədər saxlaya bilib. O, siyasətçi olandan sonra başqa müsbət keyfiyyətləri də üzə çıxdı. Müdriklik, uzaqgörənlik, liderlik və digər siyasətçiyə məxsus olan xasiyyət keyfiyyətləri.

 

-Tanınmışların, rəhbər şəxslərin övladlarından başqa kimlər sizinlə bir yerdə oxuyub?

 

-Bizim məktəbdə müxtəlif şəxslərin övladları oxuyurdu. Həm vəzifəli, həm də sadə insanların uşaqları təhsil alırdı. Amma heç kəs özünü o birilərdən ayırmırdı və biz hamımız bir ailə kimi davranırdıq. 

 

-10 illik məktəb illəri İlham Əliyevin zövqləri haqqında da sizə müəyyən informasiyalar verib. Prezidentin musiqi zövqü necə idi? 

-Onun musiqi zövqü əla idi. Həm klassik, həm də estrada musiqisinə qulaq asırdı. Cənab prezidentin ad günündə onun pianosunu da gördük. O pianoda da ifa edə bilirdi. Bir sözlə, İlham Əliyev hərtərəfli bir insandır. Hesab edirəm ki, bizim bəxtimiz gətirib ki, onun kimi prezidentimiz var. 

 

-Onun təbii ki, mütaliəsi də var idi. Bu olmasaydı, siz dediyiniz kimi, müəllimlərlə polemikaya girməzdi. Ancaq mənə maraqlıdır: mütaliə dairəsini hansı kateqoriyaya bölmək olardı? Siyasət, tarix, yoxsa ədəbiyyat?

-Tarix və ədəbiyyat, biologiya, ümumiyyətlə humanitar sahələrlə maraqlanırdı. Coğrafiyanı da çox sevərdi.

 

Aqşin KƏRİMOV

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  
18.11.2017, 15:02

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır
18.11.2017, 14:33

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır

Zakir Həsənov döyüş atışlarını izlədi   
18.11.2017, 13:48

Zakir Həsənov döyüş atışlarını izlədi  

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı
18.11.2017, 13:42

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI   
18.11.2017, 13:40

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI  

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı
18.11.2017, 13:33

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
18.11.2017, 13:16

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb
18.11.2017, 13:08

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  
18.11.2017, 12:57

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR   
18.11.2017, 12:42

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR  

Sabahın hava PROQNOZU
18.11.2017, 12:21

Sabahın hava PROQNOZU

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR
18.11.2017, 11:57

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək
18.11.2017, 11:53

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA   
18.11.2017, 11:48

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA  

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...   
18.11.2017, 11:43

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...  

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər
18.11.2017, 11:32

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi   
18.11.2017, 11:23

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi  

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ   
18.11.2017, 10:48

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ  

Azərbaycanda mənasız adətlər niyə artır...   
18.11.2017, 10:29

Azərbaycanda mənasız adətlər niyə artır...  

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng   
18.11.2017, 10:17

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng  

Bakıda uçqun altında qalan fəhlə barədə rəsmi MƏLUMAT   
18.11.2017, 10:13

Bakıda uçqun altında qalan fəhlə barədə rəsmi MƏLUMAT  

Daşınmaz əmlakla bağlı YENİLİK - Mülki Məcəllə dəyişir
18.11.2017, 10:04

Daşınmaz əmlakla bağlı YENİLİK - Mülki Məcəllə dəyişir

Vasim Məmmədəliyevə ağır itki üz verib   
18.11.2017, 09:57

Vasim Məmmədəliyevə ağır itki üz verib  

Ermənistan atəşkəsi 123 dəfə pozdu
18.11.2017, 09:25

Ermənistan atəşkəsi 123 dəfə pozdu

Federasiya rəsmisi: “Azərbaycanda velosiped yollarının olmaması bu idman növünün inkişafının qarşısını alır” - MÜSAHİBƏ
18.11.2017, 08:55

Federasiya rəsmisi: “Azərbaycanda velosiped yollarının olmaması bu idman növünün inkişafının qarşısını alır” - MÜSAHİBƏ

Rəsulzadənin adı yenidən BDU-ya qaytarıla bilər   
18.11.2017, 08:42

Rəsulzadənin adı yenidən BDU-ya qaytarıla bilər  

Bakıda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb
18.11.2017, 08:29

Bakıda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb

Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir?- Maraqlı iddia
18.11.2017, 01:02

Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir?- Maraqlı iddia

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı
18.11.2017, 00:45

Türkiyədə NATO-ya qarşı cinayət işi açıldı

ARXİV