Modern.az

Ölümsüzlüklə dinlər aradan qalxacaqELMİ TEZİSLƏR

Ölümsüzlüklə dinlər aradan qalxacaq – ELMİ TEZİSLƏR

Mədəni̇yyət

26 Dekabr 2016, 12:49

Modern.az saytının elmi mövzuda silsilə yazıları davam edir. Bu dəfə ölümdən bəhs edəcəyik.

 

Ölüm nədir?

 

Ölüm insanların xüsusilə də alimlərin uzun illərdən bəri araşdırdıqları bir sahədir. İndiyə qədər ölüm haqqında bir çox şeylər deyildi, yazıldı, çəkildi. Ancaq xüsusilə təkamül biologiyasının güclənməsi ilə birlikdə yüksələn müasir elm sayəsində artıq ölümün niyə var olduğunu, mexanizmlərini, necə ortaya çıxdığını və elmi olaraq ölümün nə demək olduğunu çox yaxşı bilirik.

 

İnsanların ölümə və ölüm sonrasına yüklədikləri mənalar son dərəcə başa düşülən bir insani davranış olmaqla birlikdə elmdən tamamilə uzaqdır. Çünki ölüm son dərəcə sadə bir təbiət mexanizmidir və təbiətdən alınan maddələrin təbiətə geri qayıtmasıdır. Ölümdən sonrakı həyat deyilən bir şeydən bəhs edilə bilməz.

 

Çünki beynin ölməsi ilə birlikdə o canlı üçün artıq canlılıq olmur. Və ölümü, sonrasını, zamanı qəbul etməsinə və bu barədə izah verməyə dair hər şey bitir. Buna görə onsuz da ölümdən sonranı hiss etmək, təcrübə etmək və ya yaşamağın hər hansı bir yolu yoxdur. Sadə bir şəkildə aydın olduğu kimi ölüm sonrası “həyat” da insanın qorxularından ortaya çıxan bir təsəllidən ibarətdir.

 

Elmi məzmunda baxdığımız zaman ölümün çox normal bir təbii proses olduğu başa düşülür. Üstəlik ölüm, yalnız təkamül biologiyasının və populyasiya genetikası kimi elm sahələrinin araşdırılması və başa düşülməsi ilə qavranılacaq bir prossesdir. Çünki ölüm təkamül müddətində canlılar arasındakı mübarizəni tarazlayır. İlkin atalarımızda, yəni tək hüceyrəli koaservatlar və bakteriyalarda belə mübarizə nəticəsində mexaniki ölüm dediyimiz halla qarşılaşırıq. Təkamül müddətində qulağa heç xoş gəlməsə də ölüm dediyimiz hüceyrələrin dağılması (dekompozisiyası) nəticəsində canlılığı itirmə vəziyyəti yaranır. Bu müddətin əldə edilməsi də çox sadə bir mexanizmə əsaslanır.

 

Qısaca, ölüm dediyimiz fakt hüceyrələrimizin hər bir bölünməsi əsnasında DNT-nin uc qisimlərində olan telomer strukturlarının cütləşməyərək, hər bir bölünmə nəticəsində canlının hüceyrələrindəki DNT-nin qısalmasıdır. Və bunun nəticəsində bir müddət sonra hüceyrələrin artıq özlərini cütləyə bilməmələri nəticəsində canlılığın (enerjini istifadə edərək aktiv olaraq entropiyaya qarşı mübarizə aparma halının) sonlanmasıdır.

 

Ölümsüzlük

 

İnsanlıq mifoloji dövrlərdən bu zamana qədər həmişə ölümsüzlüyü axtarıb. Məsələn tarixin ən qədim yazılı dastanı olan Gilqamış Dastanını götürək. Uruk kralı Gılqamışın ölümsüzlüyü axtarmasının hekayəsidir.

Qədim Misirlilər ölümdən sonra bədəni qoruyar və mumiyalayardılar. “Əbədi həyata” səfər zamanı ruhu dəstəkləmək üçün ölmüş bədəni qorumaqlarına inanırdılar.

 

Texnologiya ilə birlikdə, insanın ölümsüzlük axtarışları da gedərək reallaşmağa yaxınlaşır. Xüsusilə tibb sahəsindəki inkişaflar gələcəkdə insanların xəstəliklərlə mübarizə apara biləcəyini və bu xəstəlikləri məğlub edəcəklərinə ümid verir. Necə ki, daim yenilənən, yaxşı baxılan bir maşın sonsuza qədər varlığını davam etdirə bilərsə, insan həyatı da eyni şəkildə olacaq. Hüceyrələrin yaşlanmasının qarşısını almaq ölümsüzlük fikrini real edəcək düşüncələrdən biri olacaq.

 

İnsanın ən böyük inqilabı ölümsüzlük olacaq

 

Ölümsüzlük üzərində araşdırmalar aparılır. Gen texnologiyası inkişaf edir. Bəs insanlıq bir gün ölümsüzlüyü kəşf edərsə nə olacaq? Bu zaman dinlər aradan qalxa bilərmi? Din naməlumluq qorxusu ilə gələcəyə, yəni öldükdən sonrakı “mərhələ” üçün edilən izahlardan ibarətdir. Naməlumluq insanı tarix boyunca qorxudub. Paqanlıqdan tək tanrılı dinlərə qədər, dinlərin ortaya çıxışının səbəblərindən biri də budur. Ölüm insan üçün bir gün aradan qalxsa, buna görə xüsusilə tək tanrılı dinlər də aradan qalxa bilər.

 

“Cyronics” şirkətləri, insan dondurmağa çoxdan başlayıblar. Ən azından bir çox insan bəlkə də gələcəkdə həyata qayıtmaq ümidi ilə yaşayır.

 

Hələ dondurulan insanların necə geri qaytarılacağı müəyyən deyil, amma bu bəlkə də yalnızca gələcəkdə açılacaq bir problemdir. Özünü dondurmaq üçün şirkətlərlə razılıq vermiş 1000-dən çox insan olduǧu deyilir. Məsələn Google-dan Ray Kurzweil, insanın 2030-ci ildə ölümsüz ola biləcəyi tezisini dilinə gətirir.

Bəlkə də 2030-cu il çox yaxın zamandır. Ancaq fərz edək ki, 300-500 il sonra bu reallaşdı. Bir gün reallaşması çox yüksək və mifoloji dövrlərdən bu zamana qədər müsbət xəyallar olan bu təcrübə gerçəyə çevriləcək. Son illərdə texnoloji və elmi inkişaflar çox sürətli müşahidə edilir. Ancaq bu inkişafın 2030- cu ildə deyil, bir az daha gec olacaǧını düşünmək olar. Xüsusilə gen texnologiyasındakı DNT həlləri ilə birlikdə inkişaf edən tapıntılar insanlıǧa gec-tez ölümsüzlüyü gətirəcək. Bu mənada xüsusilə tək tanrılı dinlərin "o biri dünya", "cənnət və cəhənnəm" tezisləri də həqiqətini itirə bilər.

 

Dinlər aradan qalxa bilərmi?

 

Tək tanrılı dinlərin hegomonluğunu bitirəcək ən əhəmiyyətli şey, insanın ölümsüzlük xülyasını həyata keçirmək olacaq. Cənnət, cəhənnəm ya da o biri dünya anlayışına ehtiyac qalmadığı zaman, tək tanrılı dinlər də funksiyalarını itirəcəklər. Çünki bu dinlərin fəlsəfələri, tamamilə bu dünyada günah-savab və o biri dünyada mükafatlandırma-cəzalandırma üzərinə qurulub. Bu arqumentlər də öz özünə ortadan qalxacaq. Bəlkə yenə tanrıya inananlar olacaq, ancaq dinlər varlıq səbəblərini və təsirlərini itirmiş olacaqlar.

 

Dünyada ateistlərin sayı sürətlə artır. “Encyclopedia Britannica”ya görə, dünya əhalisinin yüzdə 2-i özünü ateist olaraq xarakterizə edir. “Gallup” tərəfindən edilən müxtəlif sorğulara görə isə, 2012-ci ildə 57 ölkədə edilən araşdırmada yüzdə 13-ü, 2015-ci ildə 65 ölkədə edilən araşdırmada isə iştirakçıların yüzdə 11-i özünü ateist olaraq ifadə etmişdilər. Sorğularda ateistlərin daha çox Skandinaviya, Almaniya, Hollandiya, Çin kimi ölkələrdə daha çox olduğu təyin edilib.

 

Bir çox elm insanının, ya da yazarların, intellektual tərəflərinə baxdığımız zaman onların çoxunun ateist olduǧunu görə bilərik. Bu, bir təsadüf deyil. Din ya da Tanrı qorxusunun insanı cinayət işləməkdən qoruyacağına dair düşüncə var. Bu da cəhənnəm ya da o biri dünyada işlənən günahların hesabının soruşulacağı düşüncəsidir.

Ancaq gerçəyə baxdığımız zaman bunun əksini görürük. Məsələn Latın Amerikasında cinayət nisbəti dünyanın bir çox bölgəsinə görə çox daha yüksəkdir. Ancaq, ateistlərin sürətlə artdığı Skandinaviya ölkələrində həbsxanalar məhbuslar olmadıǧına görə bağlanır.

Halbuki Latın Amerikası dindar insanların sayının çox olduǧu bir bölgədir. Demək ki, din düşüncəsi ya da o biri dünya anlayışı günahın qarşısını alacaq bir funksiya deyil. Əksinə ateist düşünənlər artdıqca insanlar digərlərinə daha çox hörmət göstərir. Ən azından edilən araşdırmalar bizə bu nəticəni verir.

 

Entropiya və ölümsüzlük

 

Entropiya termodinamikanın 2-ci qanunudur. Entropiya nizamsızlıq mənasındadır. Kainatdakı fiziki sistemlər nizamlı vəziyyətdən nizamsız vəziyyətə doğru çevrilir. Kainatda gedərək artan bir entropiya vardır. Bu qanunun mistik şərhini edənlər, insanın ölümsüz olmayacaǧına, kainatda hər şeyin nizamsızlığa doğru keçdiyinə istinad edirlər. Ancaq entropiya qanunu, ölümsüzlüyə maneə deyil. Elm inkişaf etdikcə hər şeyə bir çarə tapır və onu izah edir.

 

Fizikanın qanunlarına baxaq: termodinamikanın ikinci qanunu entropiyaya görə kainatdakı hər şey pozulma istiqamətinə meyl edir. Eynilə yaşlanmağın nəticəsi ölüm olduğu kimi.

 

Ancaq yenə eyni qanunlara görə entropiyanı geriyə çevirməyin də bir yolu var. Bunun üçün xaricdən əlavə enerji tətbiq etmək bəs edir. Təbii ki, buna ara vermədən, dayandırmadan etmək lazımdır. FOXON və bənzər uzun həyat genləri də aktiv olduqları müddətcə eyni şeyi edirlər. Buna görə də fizika qanunları təməldə ölümü məğlub etməyimizə maneə deyil.

 

Taryel ABDULLAYEV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir