Modern.az

Ölümcül və izaholunmaz xəstəliklərin ADLARI 

Ölümcül və izaholunmaz xəstəliklərin ADLARI 

26 Dekabr 2016, 14:48

Berlin universiteti dünyanın ən təhlükəli və izah olunmaz xəstəliklərinin reytinqini hazırlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ən ölümcül və izah olunmaz xəstəlik gemmaqorik Marburq qızdırması hesab olunur. Bu xəstəliklə bağlı çox az məlumat var və yalnız simptomları məlumdur. Marburq qızdırmasından əziyyət çəkən insanların güclü qanaxma, böyrəyin və mədə-bağırsaq traktasının çürüməsi və mərkəzi sinir sisteminin iflici baş verir.

 

Ən dəhşətli ikinci xəstəlik isə letarqik entsefalit sayılır. O, insan beynini iflis edir, hallusinasiyalar doğurur, letargik yuxu yaradır və insanı koma vəziyyətinə salır.

 

Reytinqin “bürüncü” isə qəfil uşaq ölümü sindromuna çatıb. Bu xəstəlik 1 ayla 1 yaş arasında körpələrdə müşahidə olunur və onların qəfil ölümü ilə nəticələnir. Əsasən, körpələr yuxuda olarkən qeydə alınan xəstəlik tənəffüs yollarında yaranmış qəfil problemlə bağlıdır. Tibb dünyası bu günə qədər həmin xəstəliyin yaranma səbəbini müəyyən edə bilməyib.

 

Vüqar İSMAYILOV

 

  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir