27 may 2017, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Yaxın, uzaq Xankəndi… - II YAZI
Yaxın, uzaq Xankəndi… - II YAZI
27.12.2016, 09:00

İlham Cəmiloğlu

Qarabağ haqqında məsələ 1922-ci il dekabrın əvvəlində RK(b)P Zaqafqaziya Ölkə Komitəsində də müzakirə edilib. 1922-ci il dekabrın 15-də AK(b)P MK-nın Rəyasət Heyəti S.M.Kirov başda olmaqla Azərbaycan SSR XKS yanında Dağlıq Qarabağın işləri üzrə Mərkəzi Komissiyanın və A.N.Karakozovun sədrliyi ilə Dağlıq Qarabağın işləri üzrə komitənin tərkibini təsdiq edib. 1923-cü ilin yayınadək partiya və sovet orqanları məsələni dəfələrlə müzakirə ediblər və hər dəfə də müxtəlif baxışlar aşkar olub, fərqli təkliflər irəli sürülüb. 

1923-cü il iyunun 1-də AK(b)P MK-nın Rəyasət Heyəti Qarabağın muxtariyyəti barədə dekret verməyi qərara alıb. 1923-cü il iyunun 20-də Rəyasət Heyəti komissiyasının təqdim etdiyi layihəni nəzərdən keçirib və həmin layihədə belə bir fikir öz əksini tapıb: "komissiya istər dağlıq, istərsə də düzən Qarabağı bir inzibati vahid saymağı zəruri bildi" və Ə.H.Qarayevin sədrliyi ilə komissiyaya tapşırılıb ki, bu məsələni ətraflı işləyib hazırlasın və AK(b)P MK Rəyasət Heyətinin təsdiqinə versin. Lakin AK(b)P MK-nın Rəyasət Heyətində başqa rəy də söylənilib: Qarabağ məsələsinin qəti həlli üçün Dağlıq Qarabağın Muxtar Vilayətə çevrilməsi haqqında Azərbaycan Xalq Komissarları Sovetinin dekreti lazımdır. 1923-cü il iyunun 27-də Qarabağ komitəsinin məruzəsini müzakirə edən RK(b)P-nin Zaqafqaziya Ölkə Komitəsinin plenumu həmin rəyi təsdiq edib. Nəhayət, 1923-cü il iyulun 1-də AK(b)P MK-nın Rəyasət Heyəti qərara alıb: "Azərbaycan MİK-ə Dağlıq Qarabağın muxtariyyəti barədə dekret verib mərkəzi Xankəndi olmaqla İcraiyyə Komitəsinin başçılıq etdiyi Qarabağ muxtar vilayəti yaradılsın". 

1923-cü il iyulun 4-də Azərbaycan MİK-in Rəyasət Heyəti də eyni məzmunda qərar qəbul edib.
1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK "Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili haqqında" dekret verib.

Beləliklə, 1923-cü il iyulun 7-də Azərbaycan MİK-in dekreti və Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı elan edilib.

1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK-in "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekretindən göründüyü kimi vilayətin mərkəzi şəhəri əvvəllər nəzərdə tutulduğu kimi Şuşa yox, Xankəndi elan olunub. Və çox keçməmiş AK(b)P Qarabağ vilayət komitəsinin 1923-cü il 18 sentyabr tarixli iclasında Xankəndinin adının dəyişdirilib S.Şaumyanın adının əbədiləşdirilməsi məqsədilə Stepanakert adlandırılması haqqında qərar qəbul edilib. Beləliklə, Xankəndinin adı dəyişdirilərək ona Azərbaycan xalqının qatı düşməninin adı verilib.

Həmin vaxtdan şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuş Xankəndinin yerli-köklü türk əhalisinə qarşı “etnik təmizləmə əməliyyatı” planlı həyata keçirilməyə başlanıb. Belə ki, öncə Xankəndinin mərkəzində və onun zəngin ailələr yaşayan mülkləri “plana” salınaraq ardıcıl surətdə sökülməyə məruz qalıb. Hökumətdən dəstək ala bilməyən azərbaycanlılar vilayətdən çıxıb Ağdama, Gəncəyə və Azərbaycanın digər bölgələrinə üz tutublar. Uzaqgörənliklə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Xankəndinin, ümumiyyətlə, muxtar vilayətin demoqrafik vəziyyəti gəlmə ermənilərin xeyrinə dəyişib. Azərbaycanın sovet imperiyası tərəfindən işğalından və milli maraqlarımıza zidd məqsədyönlü siyasətindən sonra əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndidə 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni qeydə alınıb.

Ermənilərin Qarabağla bağlı torpaq iddiası sonralar da bir neçə dəfə ortaya atılıb. 1945-ci ilin noyabr ayında o zaman Ermənistan K(b)P MK-nin birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ÜİK(b)P MK-nə təklif göndərib. ÜİK(b)P MK-nın katibi Malenkov məktubu AK(b)P MK-nın birinci katibi M.C.Bağırova göndərərək bu təklifə öz rəyini bildirməyi xahiş edib. M.C.Bağırov buna cavab olaraq Azərbaycanın 1918-ci il xəritəsini və müvafiq məktubu ÜİK(b)P MK-nə göndərib. Məktubda Ermənistan rəhbərliyi tərəfindən irəli sürülmüş Dağlıq Qarabağ haqqında bütün iddiaların əsassız olduğu göstərilib. Bununla yanaşı M.C.Bağırov DQMV-nin Şuşa rayonu istisna olmaqla Ermənistana verilməsinə belə bir şərtlə razı olduğunu bildirib ki, Ermənistan SSR-nin Azərbaycana bitişik və tarixən azərbaycanlıların sakin olub yığcam yaşadıqları Göyçə və Zəngəzur qəzaları Azərbaycan SSR-in tərkibinə daxil edilsin. Eyni zamanda o, Zaqafqaziya və Qafqazın Sovet respublikalarının digər ərazi dəyişiklikləri barədə də təklif irəli sürüb. Nəticədə Qarabağ məsələsi müvəqqəti olaraq yatırılıb.

Ermənilər bunun əvəzini çıxmaq üçün yeni vasitəyə əl atıblar. Onlar 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi deportasiyasına nail olublar. Nəticədə, 1948-1953-cü illərdə Ermənistan SSR-dən 100 min nəfərdən çox azərbaycanlı zorla Azərbaycan SSR-ə köçürülüb və ya köçməyə məcbur edilib. Daha sonra 60-cı illərdə də Dağlıq Qarabağ məsələsi bir neçə dəfə ortaya atılıb. Lakin bu cəhdlərin qarşısı da qətiyyətlə alınıb. Əsrlər boyu Azərbaycana qarşı təcavüzkar siyasət yeridən ermənilər 1980-ci illərin ikinci yarısında daha geniş miqyasda yenidən “dirçəldilər.”

Erməni millətçiləri bütün mümkün variantlardan istifadə edərək ümumilikdə bütün regionun və Xankəndi şəhərinin tarixi, mədəni ənənələrini və etnik tərkibini bir kənara ataraq ancaq erməni xəttinin qabardılmağna cəhdlər göstəriblər. Bakıda yüksək savada və bacarığa malik azərbaycanlı memarların olmasına baxmayaraq Dağlıq Qarabağın baş planının hazırlanması məhz qeyri-azərbaycanlılara tapşırılıb. 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə Azərbaycana rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edib. 1938-ci ildə isə bu məqsədlə memar Slobodyannik, 1968-ci ildə isə Dadaşyan Xankəndinə dəvət olunublar. Bununla da, Xankəndi şəhərinin və bütövlükdə Dağlıq Qarabağın şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilib.

Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf edib. Bu işə daim Azərbaycanın hakimiyyət dairələrindən böyük dəstək verilib. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedib. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü göstərib. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşayıb. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılıb, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilib. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılıb. 
Sovet dövrünün axırında Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərib. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapıb. Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu alıb. 

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlayıblar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıb. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş ediblər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetrilib, çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları olublar.


May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarılıb. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum ediblər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar etməyə başlayıblar. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradılıb. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edib. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-nin 5 illiyi adına küçələrdə evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başlayıblar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orda müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur olublar. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törədiblər. Ümumilikdə isə 59 ev yandırılıb. Sentyabr ayının 18-dən 20-nə kimi ermənilər talan və qarətlərinini davam etdiriblər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün azərbaycanlıların hamısını zorla şəhərdən qovublar. 

Xankəndində Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər olub. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayıblar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son qoyduqdan sonra Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək ordakı bütün silahları ələ keçiriblər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürülüb. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verib, buna razı olmayanlar isə Qarabağdan qovulublar. Lakin bundan əvvəl də Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyib. Müharibə boyunca azərbaycanlılar bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.

Xankəndi şəhərinin inzibati ərazisinin bir hissəsi olan Kərkicahan qəsəbəsinin də özünəməxsus tarixi vardır.

Kərkicahan qədim türk yaşayış məskəni olmasına baxmayaraq uzun onilliklər ərzində unudulub, Azərbaycan xəritəsindən silinmək təhlükəsi qarşısında qalıb.
Sovet hökuməti qurulmamışdan əvvəl Kərkicahan Şuşanın tərkibində olub. Sonradan ərazi yaxınlığına görə Xankəndi ərazisinin tabeçiliyinə keçirilib. Sovetlər dövründə kollektivləşmə başlayanda kəndin adamlarının var-dövləti hesabına kolxoz yaradılıb.

1905-1906, 1918-1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar Kərkicahandan da yan keçməyib. Həmin illərdə yerli sakinlər əl-ələ verərək kəndi qoruyub, ermənilərin məkrli və ikiüzlü əməlləri kərkicahanlılar tərəfindən ifşa olunub.

1961-ci ildə məkrli erməni siyasəti nəticəsində Kərkicahanda kolxoz ləğv edilib, təsərrüfat Xocalı meyvəçilik, bostançılıq və tərəvəzçilik sovxozunun nəzdində fəaliyyət göstərib. Eyni zamanda Kərkicahanın bütün torpaq sahələri alınıb və kənd  Xankəndi şəhərinin 26-cı məhəlləsinə çevrilib.
Kərkicahanın Qırxqız yaylağındakı geniş sahələri, Xocavənd rayonunun ərazisində qışlaq və əkin sahələri isə erməni kolxozlarının arasında bölüşdürülüb. Kərkicahanda olan düzən sahə Stepanakert şəhər sovetinə verilib, həmin sahədə “Armenavan” adlı böyük yaşayış massivi salınıb.
Kərkicahan tarixi keçmişinə, mühüm bir strateji ərazidə yerləşməsinə görə həmişə ermənilərin narahatçılığına səbəb olub. 

Qəsəbə 1990-cı ilin aprel ayına qədər Stepanakert şəhərinin 26-cı məhəlləsi olduğuna görə on illərlə burada heç bir sosial və digər obyektlər tikilməyib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 21 aprel 1990-cı il tarixli məlum fərmanı ilə Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edildiyi və Stepanakert şəhər Sovetinin tərkibində Kərkicahan qəsəbə Soveti yaradıldığı gündən qəsəbənin çoxsaylı problemləri haqqında Azərbaycan hökumətinə müraciətlər olunub, digər azərbaycanlı yaşayış məntəqələri kimi Kərkicahan qəsəbəsinin də sosial-iqtisadi inkişafı üçün xüsusi proqram işlənib hazırlanıb. 1991-ci ilin oktyabr ayına qədər artıq bir çox sosial obyektlər tikilib istifadəyə verilib.
1991-ci il dekabr ayının əvvəlindən başlayaraq erməni silahlıları 366-cı motoatıcı alayla birləşərək Kərkicahan qəsəbəsi üzərinə güclü hücumlara başlayıblar, dekabr ayının 28-də erməni millətçiləri 366-cı alayın döyüş texnikaları və əsgərlərinin köməyi ilə Kərkicahanı işğal ediblər.

1991-ci il dekabr ayının 28-də Kərkicahan qəsəbəsi işğal olunmaqla Xankəndi bütövlükdə erməni silahlıları tərəfindən zəbt edilib.

(ardı var)

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.05.2017, 21:24

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27.05.2017, 21:08

Türkiyədə güclü zəlzələ olub

27.05.2017, 20:55

Masallıda məktəblilərin davası ölümlə nəticələndi

27.05.2017, 20:43

Media qurumunun rəhbəri barəsində həbs qərarı verildi

27.05.2017, 20:26

Ermənistanda gömrük rəisi həbs edilib

27.05.2017, 20:16

Dolu Tovuza ciddi ziyan vurdu

27.05.2017, 20:02

Ağcabədidə 4 metr uzunluğu olan gürzə öldürülüb

27.05.2017, 19:30

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

27.05.2017, 17:55

Ötən il  təqaüd alan yaşlı və gənc yazıçıların sayı BİLİNDİ

27.05.2017, 17:46

Müdafiə Nazirliyi snayperlərin atış bacarıqlarını YOXLAYIR

27.05.2017, 17:29

Ərdoğan alman deputatlara şərt qoydu

27.05.2017, 17:22

Nardaran sakini tüfəngini polisə təhvil verib  

27.05.2017, 17:04

Qaziler.az saytının fəaliyyəti bərpa edildi

27.05.2017, 17:02

Yaponiya imperatoru Azərbaycan prezidentinə məktub göndərdi

27.05.2017, 16:35

İlahiyyatçılar il boyu içki içənlərin Ramazanda oruc tutmasına haqq qazandırdı 

27.05.2017, 16:21

Səyyar sanitar epidemioloji dəstənin xüsusi təlimi keçirilib

27.05.2017, 16:01

Putinlə Ərdoğan Suriyanı müzakirə etdi

27.05.2017, 15:54

İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik edib

27.05.2017, 15:42

Gələcəyin sərnişinləri “BakuBus”da

27.05.2017, 15:14

Həkim sirri ilə bağlı qanunvericiliyə dəyişiklik edilir – Hərbi xidmətə görə  

27.05.2017, 15:10

Bakıda bədbəxt hadisə: otel şüşələri silənlər 7-ci mərtəbədən yıxıldı, 1-i öldü

27.05.2017, 15:05

Karyerasında qırmızı vərəqə görməyən futbolçular – MARAQLI

27.05.2017, 14:40

Milli Məclis növbəti iclasının gündəliyində dəyişiklik edilib

27.05.2017, 14:35

Əli Məsimli Beynəlxalq Bankın əvvəlki mövqeyinə qayıtması üçün təklif verdi

27.05.2017, 14:29

DİM 29 şəhər və rayonda sınaq imtahanları keçirdi

27.05.2017, 14:23

“Neft Daşları”na gedən helikopter məcburi eniş etdi

27.05.2017, 14:17

Prezident: “Ən çətin əməliyyatların ölkəmizdə uğurla aparılması fərəh doğurur”

27.05.2017, 13:52

Şamaxıda qədim kütləvi məzarlıq aşkar edildi – FOTOLAR

27.05.2017, 13:27

Əli Kərimlinin müavini Bakı İstintaq Təcridxanasına köçürülüb

27.05.2017, 13:25

Əfqanıstanda terror: 18 ölü

27.05.2017, 13:09

Mayın 28-29-na olan hava PROQNOZU: Bakıda külək əsəcək

27.05.2017, 13:05

Parlamentin növbədənkənar iclası olacaq

27.05.2017, 13:01

İslamiadada birinci yeri tutan futbolçularımız arasında 150 min manat necə bölünəcək- AÇIQLAMA

27.05.2017, 12:51

Deputatlar Oqtay Əsədovun rəhbərliyi ilə Latviyaya gedir

27.05.2017, 12:44

Azərbaycanlı vloqqer: "Stimulum həyat yoldaşımdır” - MÜSAHİBƏ

ARXİV