25 mart 2017, Şənbə
Ana Səhifə - PARLAMENT - Danışığını bilməyən deputatlar Milli Məclisə “ƏLVİDA” deyəcək
Danışığını bilməyən deputatlar Milli Məclisə “ƏLVİDA” deyəcək
27.12.2016, 11:11

Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

 

Bundan sonra isə həmin deputatlar “mən əslində elə demək istəmirdim, fikirlərim yanlş anlaşılıb” ya da “mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.

 

Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Sadəcə, belə bir məqamda, yəni deputatların qeyri-etik ifadələrinə görə ictimaiyyət onların mandatdan məhrum edilməsi tələbi irəli sürür. Sosial şəbəkələrdə də belə təkliflər, iddilar qeyd edilir…

 

Bəs deputat səsləndirdiyi yanlış fikirlərə görə, mandatından məhrum oluna bilərmi?

 

Modern.az məsələni araşdırmağa çalışıb.

 

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I bəndinə əsasən, deputatlar aşağıdakı hallarda səlahiyyətlərini itirə və mandatlarından məhrum edilə bilərlər:

 

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

 

2) Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

 

3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

 

4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);

 

5) özü imtina etdikdə.

 

Göründüyü kimi burada Milli Məclis üzvlərinin kobud fikirlərə görə deputat kreslosu ilə vidalaşacağı barədə bənd yoxdur.

 

Lakin 2016-cı ilin 26 sentyabrında Konstitusiyanın 89-cu maddəsinin I bəndinə əlavə ilə bağlı səsə çıxarılan məsələ seçicilər tərəfindən müsbət qarşılandı.

 

Qeyd edək ki, Referendum Aktında 89-cu maddənin I hissəsinin birinci bəndinə  aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilib:

6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.

 

 

Etik davranış qaydaları ifadəsi özündə çox məqamları ehtiva edir. Heç şübhəsiz ki, bundan sonra deputatlar işlətdikləri qeyri-etik ifadələrə görə parlament kimi mötəbər bir quruma “əlvida” deməli olacaqlar.

 

Qeyd edək ki, prezident İlham Əliyev bu ilin oktyabrında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində Referendum Aktının 1-29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

 

Həmçinin bildirilib:

 

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

 

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Prezidentinə məlumat versin.

 

Bununla yanaşı Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli sənədlərin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

 

Aqşin KƏRİMOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.03.2017, 00:56

XİN rəhbərləri Daşkənddə toplanır

25.03.2017, 00:33

Çörəyin çəkisi azaldı, qiyməti ucuzlaşdı – Video

25.03.2017, 00:17

İsveçrədə Türkiyə ilə bağlı istintaq  başladı

24.03.2017, 23:57

Rusiyada barıt zavodunda yanğın

24.03.2017, 23:40

Samvel Babayan 2 ay müddətinə həbs olunub

24.03.2017, 23:21

ABŞ İranla bağlı 30 şirkətə qarşı sanksiya tətbiq etdi

24.03.2017, 23:18

Yəməndə 4 min 773 mülki şəxs həyatını itirib

24.03.2017, 23:05

Aprel şəhidinin ailəsini sıxışdıran icra nümayəndəsi, SƏN KİMSƏN?!  

24.03.2017, 22:59

Prezidentin izlədiyi oyunda ölkəsi qalib gəldi

24.03.2017, 22:54

Böyük Britaniya Avropa Birliyinə 62 milyard dollar ödəməlidir

24.03.2017, 22:45

Almaniya milli komandası Bakıya gəlib

24.03.2017, 22:26

Rakkanın azad olunması əməliyyatına başlanılıb

24.03.2017, 22:12

Yaponiya güclü zəlzələdən silkələndi

24.03.2017, 21:55

Messiyə hökm oxunacaq

24.03.2017, 21:41

ABŞ-da iki qatar toqquşub

24.03.2017, 21:25

Neftçala sakini küllü miqdarda narkotiklə tutuldu

24.03.2017, 21:12

Terrorçu hava limanında özünü partladıb

24.03.2017, 20:56

Yanğın bir ailəni evsiz qoydu

24.03.2017, 20:37

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

24.03.2017, 20:29

130 maşın toqquşdu: 1 ölü, 59 yaralı

24.03.2017, 20:16

“Rusiya Ermənistana hərbi karvan göndərməyib” – Rəsmi

24.03.2017, 20:02

Rus hərbçilərinə hücumu İŞİD törədib

24.03.2017, 18:34

Həsənağa Turabov şəxsiyyətini qoruyan kişi idi - XATİRƏ

24.03.2017, 18:21

İlham Əliyev Yunanıstan prezidentini təbrik edib

24.03.2017, 17:53

Misirin sabiq prezidenti 6 illik həbsdən sonra evə buraxılıb

24.03.2017, 17:49

Türkiyədə miqrant qayığı batdı, 11 nəfər boğuldu

24.03.2017, 17:31

85 yaşlı ziyalının Qarabağ istəyi  

24.03.2017, 16:58

Belarus II Avropa Oyunları üçün fəaliyyət planını təsdiq edib

24.03.2017, 16:36

Bakıda erməni malları satan mağaza ilə sayt arasında QALMAQAL

24.03.2017, 16:21

Saatlar irəli çəkilməyəcək - bunun hansı psoxoloji problemi olacaq...

24.03.2017, 16:08

Hansı ali məktəb daha yaxşı təhsil verir? - SORĞU

24.03.2017, 15:29

Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı

24.03.2017, 15:10

Azərbaycanda eşşəklərin sayı niyə azalıb?..

24.03.2017, 15:05

Berti Foqts Bakıya gəlib

24.03.2017, 14:34

Nazir ön cəbhədə müdafiənin təşkilinu yoxladı - FOTO

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(5%)
Azərbaycan Dövlət İqtisad Universiteti(10%)
Bakı Dövlət Universiteti(30%)
Bakı Ali Neft Məktəbi(5%)
Azərbaycan Dillər Universiteti(20%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(0%)
Azərbaycan Texniki Universiteti(0%)
Azərbaycan Tibb Universiteti(0%)
Bakı Slavyan Universiteti(15%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(15%)