27 fevral 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - “Avromed” şirkətindən mətbuata ÇAĞIRIŞ: “Bu məlumatlar həqiqətdən uzaqdır”
“Avromed” şirkətindən mətbuata ÇAĞIRIŞ: “Bu məlumatlar həqiqətdən uzaqdır”
27.12.2016, 12:06

“Son günlər bəzi kütləvi informasiya vasitələrində qəsdən dərman preparatlarının qıtlığının yaradılması, əczaçılıq məhsullarını depolarında saxlayaraq satışa çıxarılmadığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Ölkənin əczaçılıq bazarının iştirakçılarından biri kimi bildirmək istəyirik ki, bu məlumatlar həqiqətdən uzaqdır və bu çür şayiələr dərman preparatlarının qiymətlərinin tənzimlənməsi kimi mütərəqqi bir addıma kölgə salmaq niyyətindən başqa bir şey deyil”.


Modern.az xəbər verir ki, bu barədə “Avromed” Qapalı Tipli Səhmdar Cəmiyyətinin  mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.


Şirkətin yaydığı açıqlamada daha sonra deyilir:


“Əvvəla, qiymətlər distributor şirkətlər tərəfindən deyil, müvafiq dövlət orqanları tərəfindən qanunla nəzərdə tutulmuş hallarda tənzimlənir. Bütün idxalçı şirkətlər qiymətlərin hansı hallarda yenidən tənzimlənməsi barədə kifayət qədər məlumatlıdırlar.

Digər tərəfdən, dərman vasitələri müəyyən istifadə müddəti olan və xüsusi şəraitdə saxlanılan məhsullardır. Dərmanların satılmadan anbarlarda saxlanılması onların istifadə müddətinin keçməsi və məhv edilməsi ilə, nəticədə isə şirkətlər üçün külli miqdarda zərərlə nəticələnə bilər. Ona görə də bütün idxalçı-distributor şirkətlər anbarlarında olan məhsulların tezliklə satılmasında və yeni məhsulların gətirilməsində maraqlıdırlar. Buna görə də, distributorların aylarla qiymətlərin bahalaşmasını gözləməsi “fikri” məntiqə uyğun deyil.

Qeyd edək ki, Azərbaycanın əczaçılıq bazarında 10 mindən çox adda dərman preparatları var. Bir və ya bir neçə aptekdə müəyyən dərman preparatlarının olmaması heç də bütün ölkədə dərman qıtlığının olması demək deyildir. Dünyanın heç bir ölkəsində heç bir aptekdə 10 min adda dərman ehtiyatının daim mövcud olması mümkün deyil. Hər hansı bir aptekdə müəyyən dərmanın istənilən anda olmamasının isə bir çox səbəbləri ola bilər. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qüvvədə olan qanunvericilik reseptdə dərman adlarının deyil, tərkibinin yazılmasını tələb edir. Bu səbəbdən dərman brend adları ilə deyil, tərkibi ilə axtarılsa, əminik ki, hər aptekdə eynitərkibli bir çox adda dərman preparatları tapmaq mümkündür. Belə ki, brend adları ilə tanınan dərman preparatlarının demək olar ki, hamısının eyni tərkibə malik olan onlarla alternativi var. Bunu isə resept yazan həkimlər və dərman preparatlarının satışı ilə məşğul olan əczaçılar yaxşı bilir.

Odur ki, həqiqətə uyğun olmayan məlumat yayan kütləvi informasiya vasitələrini öz fəaliyyətlərinə peşəkarlıqla yanaşan şirkətlərin işinə kölgə salmamağa çağırırıq”.

 

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.02.2017, 01:03

Ukraynanın Krım və Donbasla bağlı planı...

27.02.2017, 00:46

Mehriban Əliyeva: “Əsas diqqəti sosial problemlərin həllinə yönəldəcəyəm”

27.02.2017, 00:41

Türkiyə Əl Baba yeni hərbi texnika yeridib

27.02.2017, 00:25

“Mançester Yunayted” kuboka sahib oldu

26.02.2017, 23:57

Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi

26.02.2017, 23:51

Türkiyə XİN ermənilərin cəbhədəki təxribatını qınadı

26.02.2017, 23:34

Cəbhəyanı kəndlərdə vəziyyət - VİDEO

26.02.2017, 23:25

CİA-nin eks-şefindən XƏBƏRDARLIQ: “Rusiya məsələsinə son qoyulmalıdır"  

26.02.2017, 23:18

Yanğın bir ailəni evsiz qoydu

26.02.2017, 23:04

Dneprdə Xocalı tədbirinə mindən çox insan qatıldı  - Fotolar

26.02.2017, 22:55

Ərdoğan İraq kürd muxtariyyətinin lideri ilə görüşdü

26.02.2017, 22:48

Erməni general həyəcan təbili ÇALDI: “İlham Əliyev birbaşa danışır”

26.02.2017, 22:43

Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb

26.02.2017, 22:23

Leyla Əliyeva “Sonsuz dəhliz”i izlədi - FOTOLAR

26.02.2017, 22:05

Azərbaycanla “Qatar Petroleum” arasında əməkdaşlıq müzakirə edilib

26.02.2017, 21:48

“Cəhənnəmi görmüş pilot” Kiyevdə - VİDEO

26.02.2017, 21:34

Oğurlanan almaniyalı alimlər azad edilib

26.02.2017, 21:19

Müdafiə Nazirliyi ATƏT-in bəyanatını şərh etmir

26.02.2017, 21:06

Hindistanda turistləri daşıyan qayıq batıb

26.02.2017, 20:51

Baloğlan Əşrəfova ağır itki

26.02.2017, 20:37

Prezident Qətər İş Adamları Assosiasiyasının sədri ilə görüşüb

26.02.2017, 20:29

Qazaxıstanda helikopter qəzası: 1 ölü, 1 yaralı

26.02.2017, 20:13

Həmsədrlər tərəfləri meyitlərinin qaytarılmasına şərait yaratmağa çağırdı

26.02.2017, 20:00

İlham Əliyev Qətərə gedib - Fotolar

26.02.2017, 18:21

Cocuq Mərcanlının hərbi sursatlardan təmizlənməsi davam etdirilir

26.02.2017, 18:05

Avropa İttifaqı Gürcüstan üçün viza rejimini sabah ləğv edəcək

26.02.2017, 17:34

“Beynəlxalq ictimaiyyət Ermənistana siyasi və hərbi təzyiqlər göstərməlidir” - VİDEO

26.02.2017, 17:07

21 ilin Baş naziri - Artur Rasizadə 82 yaşına çatdı  

26.02.2017, 16:59

Bu ilin ilk Günəş tutulması 26-fevralda oldu

26.02.2017, 16:55

Hacıqabulda 26 yaşlı qadın dəm qazından zəhərlənib

26.02.2017, 16:23

Hindistanda yol qəzası:16 ölü, 50 yaralı

26.02.2017, 15:56

Gəncədə “Xocalı” abidəsinin açılışı olub

26.02.2017, 15:52

Aktauda Xocalı qurbanlarının sayı qədər - 613 ağac əkildi

26.02.2017, 15:51

"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək"

26.02.2017, 15:09

Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib-FOTO

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.24%)
Hacı Sabir Həsənli(0.16%)
Hacı Fuad Nurullayev(0.01%)
Vasim Məmmədəliyev(0.26%)
Rafiq Əliyev(0.10%)
Hacı İlqar İbrahimoğlu(37.6%)
Hacı Şahin Həsənli(58.2%)
Elşad Miri(3.27%)