Modern.az

Məşhur türk hakimin dəhşətli səhvi - VİDEO

Məşhur türk hakimin dəhşətli səhvi - VİDEO

27 Dekabr 2016, 15:24

Cüneyt Çakır top qapıçının əlinə dəydiyinə görə onbirmetrlik cərimə təyin edib

 

Türkiyə çempionatında “Rizespor” və “Osmanlıspor” komandaları arasında keçirilən oyunda avtoritetli hakim Cüneyt Çakır dəhşətli səhvə yol verib.

Modern.az xəbər verir ki, o, qonaq klubun qapısına qapıçı Jidrunas Karçemarskas əllə oynadığı üçün onbir metrlik cərimə zərbəsi təyin edib.

Ancaq qapıçı bu zaman özünün cərimə meydanından kənara çıxmayıb.

Bu epizod oyunun 67-ci dəqiqəsində qeydə alınıb. Ancaq topa yaxınlaşan Yakob Yanşter onu qapıdan keçirə bilməyib.

Çakır 91-ci dəqiqədə daha bir onbirmetrlik cərimə zərbəsi təyin edib. Bu dəfə qərar “Osmanlıspor”un xeyrinə olub. Musa Çağıran bu hədəfdən yayınmayıb.

Oyun da 1:0 hesabı ilə başa çatıb.

 

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər