21 iyul 2017, Cümə
Ana Səhifə - ÖLKƏ - Dilçi deputat danışığını bilməyən həmkarlarına haqq qazandırdı
Dilçi deputat danışığını bilməyən həmkarlarına haqq qazandırdı
28.12.2016, 09:56

Son vaxtlar bəzi deputatların açıqlamaları gündəmi zəbt etməkdədir. Xüsusilə,  həssas məsələlərlə bağlı edilən yanlış çıxışlar qınaq obyektinə çevrilir. Deputat Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırması bir daha bəzi deputatların danışarkən, fikirlərini ifadə edərkən dil qüsurlarının olduğunu göstərir.

 

Axı necə olur ki, Milli Məclisdə təmsil olunan şəxslər, fikirlərini ifadə edərkən qüsurlara yol verirlər?! Ümumiyyətlə, xalqı təmsil edən şəxs, necə danışmalıdır ki, cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməsin?

 

Milli Məclisin dilçi deputatı Nizami Cəfərov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirərkən deyib ki, bu cür problemlərin kökündə həddən artıq səmimi rəftar dayanır.

 

“Görünür, bəzi millət vəkillərimiz ifadələr işlədəndə həddindən artıq səmimi olmağa çalışırlar. İstəyirlər ki, həddindən artıq xalq dilində ifadələr işlətsinlər. Güman edirlər ki, xalq dilində danışsalar, düzgün başa düşüləcək. Amma düzgün də başa düşülmür. Bu fikirdəyəm ki, millət vəkillərinin fəaliyyəti ortadadır.

 

Onlar bir dəfə, iki dəfə çıxış edib, müsahibə vermirlər. Bəzən fikirlərini  yumoristik formada ifadə edirlər. Bu zaman onu başqa istiqamətlərə yozmaq cəhdləri olur. Təbii ki, bu cür yozumlar müsbət tərəflərə olmur. İşin içindən iş çıxarılmasına cəhdlər olur.  Məsləhət budur ki, millət vəkilləri müsahibə verəndə, bir söz deyəndə elə ifadələr işlətsinlər ki yanlış tərəfə   yozulmasın”. 

 

Dilçi deputat, bəzi deputatların rusdilli olmalarına da münasibət bildirib.

 

“Düşünürəm ki, deputat  bəzi ifadələri işlədərkən, onun rus dilli olması amili də nəzərə alınmalıdır. Yaxud da deputat istəyir ki, xalq dilində nəsə bir söz desin. Özünə əmindir. Bilir ki, onu seçənlər onu yaxşı tanıyırlar. Həddindən artıq səmimi olurlar. Görünür, siyasətdə bu səmimiyyət işlərinə bir balaca nəzarət də lazımdır. Problemləri onda görürəm. Deputatların bu cür ifadələr işlətməsi dilçilik məsələsi deyil.

 

Dilçilik məsələsi o zaman ola bilər ki, ifadəni səhv işlədər. Sadəcə ifadəni  yerində işlətmək məsələsi var. Üslub məsələsi dildən çox kənar məsələdir. Bu, mədəniyyət deməkdir. Millət vəkili onsuz da böyük təcrübə qazanmış olur. Deputat seçkilərində iştirakın özü xeyli təcrübə qazandırır”.

 

Nizami Cəfərov, Astan Şahverdiyevin “otxod” ifadəsinə də aydınlıq gətirib.

 

“Astan müəllim dili gözəl bilən, çox böyük təcrübəsi olan millət vəkillərindəndir. Həm də çox səmimi insandır. Xalq adamıdır. Xalqın içindən çıxmış adamdır. Ömür boyu məcburi köçkünlərlə bir yerdə olmuş adamdır. Onların hüquqlarını müdafiə edən insandır. Cəmiyyətdə hansısa bir insanın, toplumun ziyanına danışmaz. Hətta, bilirəm ki, işlətdiyi ifadələrə görə ciddi şəkildə dərd çəkir”.  

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib
21.07.2017, 20:26

Bu il 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib

İlham Əliyev Rusiyada işgüzar səfərdədir
21.07.2017, 20:10

İlham Əliyev Rusiyada işgüzar səfərdədir

KİVDF qalib jurnalistlərin adlarını açıqladı - SİYAHI
21.07.2017, 19:58

KİVDF qalib jurnalistlərin adlarını açıqladı - SİYAHI

Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib
21.07.2017, 19:00

Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
21.07.2017, 18:45

6300-dən artıq şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

Təşəkkürlər, möhtərəm prezidentimiz!..
21.07.2017, 18:37

Təşəkkürlər, möhtərəm prezidentimiz!..

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı
21.07.2017, 18:34

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı

Qaxda 100-dən çox ağac qanunsuz kəsilib
21.07.2017, 18:29

Qaxda 100-dən çox ağac qanunsuz kəsilib

İlham Əliyev:
21.07.2017, 18:15

İlham Əliyev: "...vətəndaşlar üçün təmiz, içməli su verilsin"

Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı
21.07.2017, 18:10

Ekologiya Nazirliyi şikayəti yerində araşdırdı

Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq
21.07.2017, 17:53

Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq

UDİD tələbələrə nələr vəd edir – bütün sualların cavabı
21.07.2017, 17:50

UDİD tələbələrə nələr vəd edir – bütün sualların cavabı

Kamal Abdulla çinli jurnalistlərə müsahibə verib
21.07.2017, 17:45

Kamal Abdulla çinli jurnalistlərə müsahibə verib

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mənzil alan jurnalistlərə ŞAD XƏBƏR   
21.07.2017, 17:42

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən mənzil alan jurnalistlərə ŞAD XƏBƏR  

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub
21.07.2017, 17:39

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub

Barama istehsalçılarına subsidiya ödənilir
21.07.2017, 17:36

Barama istehsalçılarına subsidiya ödənilir

 Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
21.07.2017, 17:18

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Manatın 3 günlük MƏZƏNNƏSİ
21.07.2017, 17:13

Manatın 3 günlük MƏZƏNNƏSİ

Ermənistan cəmiyyəti və Qarabağ problemi
21.07.2017, 17:08

Ermənistan cəmiyyəti və Qarabağ problemi

İsrail lnümayəndə heyəti ADU-da olub
21.07.2017, 16:42

İsrail lnümayəndə heyəti ADU-da olub

Lavrov: “Bəlkə Putin və Tramp birlikdə tualetə gedib?”
21.07.2017, 16:35

Lavrov: “Bəlkə Putin və Tramp birlikdə tualetə gedib?”

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI   
21.07.2017, 16:35

Ali məktəblərdəki ixtisas balları AÇIQLANDI  

Dövlət Xidməti çəyirtkələrlə bağlı xəbərdarlıq etdi - FOTO
21.07.2017, 16:33

Dövlət Xidməti çəyirtkələrlə bağlı xəbərdarlıq etdi - FOTO

Elmar Məmmədyarov Macarıstana gedir
21.07.2017, 16:13

Elmar Məmmədyarov Macarıstana gedir

Jurnalist-deputat prezidentin mesajı haqda: “Problemlərdən yazmaq lazımdır!”   
21.07.2017, 16:11

Jurnalist-deputat prezidentin mesajı haqda: “Problemlərdən yazmaq lazımdır!”  

Almaniya türkiyəli casusların fəallaşmasından narahat olub
21.07.2017, 16:11

Almaniya türkiyəli casusların fəallaşmasından narahat olub

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: 41 vakant yer var – SİYAHI
21.07.2017, 16:08

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: 41 vakant yer var – SİYAHI

Novxanı çimərliyində qadını döydülər
21.07.2017, 16:04

Novxanı çimərliyində qadını döydülər

Dövlət qulluqçusu olmaq istəyənlərin müsahibəsi başlayır   
21.07.2017, 16:01

Dövlət qulluqçusu olmaq istəyənlərin müsahibəsi başlayır  

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq
21.07.2017, 15:47

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq

Kamal Abdulladan jurnalistika ilə bağlı TƏKLİFLƏR   
21.07.2017, 15:43

Kamal Abdulladan jurnalistika ilə bağlı TƏKLİFLƏR  

Azərbaycanda xristianlığı qəbul edənlərin şok ETİRAFLARI: “Həyatıma sülh gətirdi”  
21.07.2017, 15:37

Azərbaycanda xristianlığı qəbul edənlərin şok ETİRAFLARI: “Həyatıma sülh gətirdi”  

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək BANK məlum oldu
21.07.2017, 15:30

Sosial mənzillər üçün vətəndaşlara kredit verəcək BANK məlum oldu

Azərbaycanlı tələbə çex professoru belə təəccübləndirdi
21.07.2017, 15:29

Azərbaycanlı tələbə çex professoru belə təəccübləndirdi

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi açıldı   
21.07.2017, 15:22

Dövlət İmtahan Mərkəzinin “Çağrı” mərkəzi açıldı  

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.26%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(70.8%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.79%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.53%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(21.5%)