Modern.az

“Kurtlar Vadisi Pusu”nun başlayıb-başlamayacağı bəlli oldu!

“Kurtlar Vadisi Pusu”nun başlayıb-başlamayacağı bəlli oldu!

28 Dekabr 2016, 16:45

 Bir neçə ay öncəyədək teleməkanın fenomen serialı olan “Kurtlar Vadisi Pusu”nun yeni mövsümü başlamadı. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, tamaşaçılar maraqla serialın nə zaman başlayacağını gözləyərkən, onun gələcəyi ilə bağlı təfərrüatlar məlum olub.

Ötən mövsüm ekranların favoriti olan “Kurtlar Vadisi Pusu” Kanal D-də yayımlanırdı. Baş rolda Necati Şaşmazın  oynadığı serialın bu mövsüm başlamaması çoxlarının narazılığına səbəb olub və fanatları kədərləndirib. Bəs “Kurtlar Vadisi Pusu” yeni mövsümə başlayacaq, yoxsa?...

 

Məlum olub ki, 300 bölümü çəkilmiş serial yeni mövsümdə yayımlanmayacaq. Serialın istehsalçısı olan “Pana Film” şirkəti “Kurtlar Vadisi Pusu”nu yenidən ekranlara çıxarmaq üçün  “360 TV” və TRT ilə danışıqlar aparıb, amma bu telekanalların yayım qarışılığında yüksək məbləğ istəmələri  hər şeyi əngəlləyib. Nəticədə “Pana Film” “Kurtlar Vadisi Pusu”nun yayımını gündəmdən çıxarmağa məcbur olub. Elə bu səbəblə də “Kurtlar Vadisi Pusu”nun yayımı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu arada məlum olub ki, “Kurtlar Vadisi Pusu”nun rejissoru Doğan Ümid Karaca baş verən bu qeyri-müəyyənlikdən bezərək, serialla yollarını ayırıb. Onun artıq “Star” TV-də ekranlara gələcək “İçimdəki Fırtına” serialında işə başladığı bildirilir.


“Kurtlar Vadisi Darbe” layihəsinin isə Sərdar Akarın yeni bir seriala başlaması səbəbi ilə ləğv edildiyi öyrənilib.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu