Modern.az

Qaraçı faciəsi: 12 yaşlı qız 16 yaşlı oğlana ərə verilib

Qaraçı faciəsi: 12 yaşlı qız 16 yaşlı oğlana ərə verilib

28 Dekabr 2016, 20:28

Yekaterinburqdakı qaraçı qəsəbəsində 12 yaşlı hamilə qız sosial himayəyə götürülüb. Modern.az Rusiya mediasına istinadən bildirir ki, onun 16 yaşlı əri və yaşlı qohumları qızı evə qaytarmaq istəyir.

“Tələb edirəm ki, arvadımı və uşağımı mənə qaytarsınlar. Mən onsuz yaşaya bilmirəm. Yatmıram, yemirəm, özümə yer tapa bilmirəm”, - 16 yaşlı Petro həyəcanla yumruqlarını sıxır. – Onu nəyə görə məndən ayırıblar?

Petro – qaraçıdır, Yekaterinburqda doğulub və həyatı boyu Şekspir küçəsində yaşayıb. İki il əvvəl, 14 yaşı olanda Omskdan olan 10 yaşlı Laura ilə rastlaşıb. Qızcığaz xalasının yanına qonaq gəlibmiş.

“Mən onu görəndə nəfəsim tutuldu – elə gözəldir. Biz iki həftə gəzişdik, mən ona konfet və güllər, nə istəyirdi, hər şey aldım, kinoya getdik. Sonra valideynlərimə evlənmək istədiyimi söylədim. O, anamın və atamın da xoşuna gəldi. Atam onun qohumları ilə danışmağa yollandı”, - Petro söyləyib.

Atası da Lauranı ona görə böyüdürdü ki, onu başqa qaraçı taboruna ərə versin. Bu, necə qaraçı toyuydu?

Gəlinin dəbdəbəli paltarı, qızıl əşyaları, çaylar alkoqol və böyük şadyanalıq edən kütlə - mərasimə qohum-əqraba və dostlar toplaşırlar. Limuzində gəziblər, həyətdə doyunca rəqs ediblər, mahnı oxuyublar.

“Laura elə xoşbəst idi ki... O, həmişə məni qucaqlayıb öpürdü. Nikah mənim üçün ciddidir. Bütün həyatın boyu arvadındır, o, dostlardan çox əzizdir. Mən toydan sonra dərhal özümü yaşlanmış hiss edim. Mən arvadımı təmin etməliyəm, onu geyindirməliyəm, qulluq göstərməliyəm ki, o hamıdan gözəl olsun”, - Petro bildirib.

Gənclər Petronun valideynlərinin evində oturublar. 6 aylıq birgəlikdən  sonra daha uşaq dünyaya gətirməyin vaxtı çatdığını düşünüblər. Bu il dekabrın axırında 12 yaşlı Lauranın qarnından ağrı tutub. Qız ağrıdan yıxılıb. Təcili yardım çağırıblar. Həkimlər qızın 18 həftəlik hamilə olduğunu müəyyənləşdiriblər. Bundan sonra Laura yeniyetməlik yaşına çatmayanlar üçün sosial yardım mərkəzinə yerləşdirilib, materiallar isə İstintaq Komitəsinə verilib.

“Məgər mən qanun pozmuşam? O, hər gün mənə zəng edir ki, arvadımı nəyə görə aparıblar?, - Petro ağlayır. – Mən arvadımı və uşağımı evə qaytarmaq istəyirəm. O hər gün mənə zəmg edir, ağlayır, məni istəyir, onu isə orada saxlayırlar, buraxmırlar. Niyə bizimki belə alındı?”, - yeniyetmə bəy soruşur.

Mərkəzdən bildirildiyinə görə, qız özü də hamını inandırır ki, ərdədir, hər şey qarşılıqlı razılaşma ilə baş verib. Əri haqda çox danışır, evə getmək istədiyini bildirir. Doğmaqdan qorxsa da, gələcək övladının anası kimi danışır.

Bütün qaraçılar isə deyirlər ki, bu, onların adət-ənənəsidir, 12 yaşlı Laura ilə 16 yaşlı Petronun evlənməsində heç bir qəbahət yoxdur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi