Modern.az

Ərdoğanın “ABŞ İŞİD-i dəstəkləyir” iddiasını CHP-li deputat dəstəklədi – ÖZƏL

Ərdoğanın “ABŞ İŞİD-i dəstəkləyir” iddiasını CHP-li deputat dəstəklədi – ÖZƏL

29 Dekabr 2016, 09:31

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  çıxışında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin “İslam dövləti” ( İŞİD) daxil olmaqla YPG-PYD terror təşkilatlarına dəstək verdiyini deyib.

 

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var"-deyə Ərdoğan qeyd edib.

 

Məsələ ilə bağlı Türkiyənin ana müxalifəti  Cümhuriyyət Xalq Partiyasının  (CHP) üzvü, millət vəkili Atilla Sertel Modern.az-a açıqlama verib.

 

O bildirib ki, koalisiya gücləri Suriyada türk əsgərini yalnız qoyub.

 

Buna görə də, onlara sərt reaksiya verməsi və tənqid olunması  vacib məsələdir.

 

“Bizim terrora qarşı öz torpaqlarımız və sərhədlərimizdə tədbir almağımız vacibdir. O coğrafiya içərisində türk əsgərləri terrorist dəstələrə qarşı tək qoyulub. Türkiyə iqtidarının həyata keçirdiyi yanlış xarici siyasətin də bu qədər çox şəhid verməmizdə rolu var”-deyə o bildirib.

Atilla Sertelin sözlərinə görə, başqa ölkələrin daxili işlərinə qarışmaq terroru Türkiyəyə də gətirib.

“Bu dönəmdə sərhədlər olduqca sərbəst qaldı və hər istəyən sərhədlərimizdən içəri girdi.  Terrora qarşı birləşməliyik, ancaq bununla bağlı Türkiyə Böyük Millət Məclisində müzakirə edib qərar almalıyıq. Bu mövzuda verdiyim bütün təkliflər iqtidar tərəfindən rədd edilib”.

 

Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi