19 yanvar 2018, Cümə
Ana Səhifə - ÖLKƏ - Ohanyanın sülh MESAJI: “Ermənistanın bütün hərbi imkanlarını bilir”
Ohanyanın sülh MESAJI: “Ermənistanın bütün hərbi imkanlarını bilir”
29.12.2016, 09:46

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan yenidən siyasi meydanda təmsil olunmağa çalışır. Keçmiş prezident Levon Ter-Petrosyanın Qarabağla bağlı səsləndirdiyi fikirləri Ohanyan cavabsız qoymayıb.  Ohanyan bildirib ki, Qarabağ münaqişəsinin həllinə nail olmadan Ermənistanın inkişaf edə bilməyəcəyi barədə fikirlər  fundanmental səhvdir və ya səmimi yanılmanın nəticəsidir.

 

Bununla belə, Ohanyan, ölkəsinin öz qonşuları, xüsusilə,  Azərbaycanla sülh şəraitində yaşamağa borclu olduğunu xatırladıb.

 

Üstəlik, Ermənistanın səylərindən istifadə etməklə bunu həyata keçirə bilən şəxslərin olduğuna işarə edib.

 

Digər tərəfdən, keçmiş hərbi nazir, Ermənistanı inkişaf etdirməklə Qarabağ məsələsinin həll edilməsini və uzunmüddətli sülhə nail ola biləcəklərini deyib.

Maraqlıdır, Ermənistanın tanınmış siyasətçilərinin son zamanlar belə bəyanatlarla çıxış etməsi nəyə işarədir?

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında keçmiş müdafiə naziri Seyran Ohanyanın fikirlərinə bu cür münasibət bildirib.

 

“Ermənistanda Dağlıq Qarabağ məsələsinə ikili yanaşma var: xalqın, sadə insanların düşüncələri, hakimiyyətdə olmayan müxalifət yönümlü, bəzən də, daha praqmatik siyasət yürütməyə çalışan siyasətçilərin  mövqeyi, üçüncüsü də, hakimiyyətdə olanların mövqeyi.

 

Bu yaxınlarda həm Ermənistan,  həm də Azərbaycan tərəfdən Bakıda QHT-lər arasında  sülh platformasına imza atıldı. Bu sülh platformasını oxuyan zaman və insanların fikirlərini bölüşən zaman məsələ aydın olur. Sadə insanları düşündürən əsas məsələ tezliklə  iki ölkə arasında bu problemin ədalətli həll edilməsidir.

 

Sirr deyil ki, artıq  erməni xalqı öz həyat tərzi, düşüncələri ilə nəinki Dağlıq Qarabağ, heç Ermənistanda da yaşamaq istəmirlər. Gələcəklərini daha çox xaricdə görürlər. Bu bir daha xalqın bu məsələyə olan  yanaşmasıdır. İkinci yanaşma  hakimiyyətdə olmayan müxalifyönlü siyasətçilərlə bağlıdır. Onlar da   çalışırlar ki, bir qədər praqmatik olsunlar.

Petrosyanın verdiyi sonrakı çıxışlarda və Ohanyanın son dəfə səsləndirdiyi fikirlərdə məsələ ondan ibarətdir ki, münaqişə həll olmadan Ermənistanın gələcəyi yoxdur. Bu insanlar bunu anlamağa çalışırlar. Halbuki, bu tezisi Azərbaycan dəfələrlə bəyan edib. Həm keçmişdə,  həm də bu gün. Münaqişənin həlli olmadan Ermənistanın inkişafı yoxdur və ola da bilməz. Ermənistan məhz münaqişəyə görə bütün beynəlxalq layihələrdən təcrid olunub”.

 

Deputat bildirib ki,  işğalçı siyasət aparan dövlətin müasir dünya iqtisadiyyatında, dünya arenasında yeri yoxdur.

 

“Maraqlı məqamlardan biri bundan ibarətdir ki, praqmatik siyasət yürütməyə çalışan bəzi qüvvələr bunu anlamağa başlayıblar. Amma yenə də burada erməni bicliyi var.

 

Onlar dünyada olan ümumi sağlam fikirlərə, terminlərə istinad edərək özlərini yaxşı formada göstərmək istəyirlər. Digər tərəfdən də münaqişənin həllini özünəməxsus formada təqdim etməyə çalışırlar ki, bu da iki fikrin bir arada ola bilməməsindən irəli gəlir. Bu o deməkdir ki, onlar nəyisə həll etmək üçün çalışdıqlarını  göstərmək istəyirlər. Digər tərəfdən isə məsələnin həllini beynəlxalq formalara zidd formada başa düşürlər.

 

Üçüncü qüvvələr isə hakimiyyətdə olan qüvvələrdir. Bir fikri demək istərdim ki, Dağlıq Qarabağ Ermənistan üçün milli ideya deyil. Uzun müddət Qarabağ məsələsi ərazi olaraq böyüdülmək üçün  ortalığa atılmışdı. Bu gün Qarabağ Ermənistan və  hakimiyyətdə olan qüvvələr üçün hakimiyyətdə qalmaq kimi bir ideyadır. Hakimiyyətdə olanların Qarabağ yanaşması bundan ibarətdir ki, Qarabağ məsələsi həll olunarsa, onda hakimiyyətdəkilər hakimiyyətin ömrünü uzada bilməzlər. Burada həm Sarkisyanın həm də digərlərinin bəyanatlarını görmək mümkündür. Burada da ikili bir yanaşma var”.

 

Tahir Mirkişili, Ohanyanın dedikləri barədə danışarkən onun kim olduğunu da xatırladıb.

 

“Ohanyan  hərbi canidir. Azərbaycan ərazisində bir çox faciələrin xüsusilə, Xocalı soyqırımının həyata keçirilməsində böyük rolu olub. Onun kimi bir cani müdafiə naziri ola-ola hərbi bir quruma başçılıq edib və aprel döyüşlərində Ermənistan ordusunu  böyük məğlubiyyətə uğradıb.  Hesab edirəm ki, Ohanyanın Ermənistan ordusunun bütün hərbi imkanlarını hamıdan yaxşı başa düşməsi, vəzifədən gedəndən sonra belə bir bəyanat verməsinə səbəb olub.

 

Ohanyan anlayır ki, Azərbaycanla hərbi gücdə,  hərbi dildə danışmaq mümkün olmayacaq. Əgər münaqişə uzanarsa belə qarşıdurma qaçılmazdır. Belə bir insanın tamamilə dəyişərək başqa bir formada danışması onun faktlardan irəli gələn siyasi mövqeyidir”.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
DİN çobanın güllələnməsi haqda məlumat yaydı   
19.01.2018, 11:34

DİN çobanın güllələnməsi haqda məlumat yaydı  

Bakı Ali Neft Məktəbi şəhidləri yad etdi
19.01.2018, 11:34

Bakı Ali Neft Məktəbi şəhidləri yad etdi

Bakcell və PwC-dən qayğıya ehtiyacı olan uşaqlara dəstək   
19.01.2018, 11:31

Bakcell və PwC-dən qayğıya ehtiyacı olan uşaqlara dəstək  

Baş redaktorlar Dilçilik İnstitutuna etiraz etdilər
19.01.2018, 11:28

Baş redaktorlar Dilçilik İnstitutuna etiraz etdilər

Aydın Əliyevdən Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşəcəyi xəbərinə REAKSİYA
19.01.2018, 11:24

Aydın Əliyevdən Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşəcəyi xəbərinə REAKSİYA

Bakıda banka basqın edən silahlı şəxs tutuldu - FOTOLAR
19.01.2018, 11:21

Bakıda banka basqın edən silahlı şəxs tutuldu - FOTOLAR

Zəhranın ailəsi abidə qoyulmasına razı olmayıb   
19.01.2018, 11:17

Zəhranın ailəsi abidə qoyulmasına razı olmayıb  

Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirildi
19.01.2018, 11:13

Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirildi

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix AÇIQLANDI
19.01.2018, 11:11

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix AÇIQLANDI

Lələtəpədə şəhid olmuş komandir - Ziya Həsənov doğulacaq körpəsinin üzünü görə bilmədi - FOTOLAR   
19.01.2018, 11:00

Lələtəpədə şəhid olmuş komandir - Ziya Həsənov doğulacaq körpəsinin üzünü görə bilmədi - FOTOLAR  

Deputatdan idman zalı işlədənlərə XƏBƏRDARLIQ: “Sağlamlıq kağızı” tələb olunmalıdır
19.01.2018, 10:37

Deputatdan idman zalı işlədənlərə XƏBƏRDARLIQ: “Sağlamlıq kağızı” tələb olunmalıdır

20 yanvar gecəsini “Semaşko”a keçirən HƏKİM: “200 yaralıdan 15-ni xilas edə bilmədik”
19.01.2018, 10:23

20 yanvar gecəsini “Semaşko”a keçirən HƏKİM: “200 yaralıdan 15-ni xilas edə bilmədik”

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək
19.01.2018, 10:06

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR
19.01.2018, 10:00

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi   
19.01.2018, 09:47

Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi  

“Azərişıq”a bir ildə 140 min müraciət edilib
19.01.2018, 09:42

“Azərişıq”a bir ildə 140 min müraciət edilib

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...   
19.01.2018, 09:34

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...  

Azərbaycanda daha 21 nəfər şübhəli saxlanılıb    
19.01.2018, 09:26

Azərbaycanda daha 21 nəfər şübhəli saxlanılıb  

Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar
19.01.2018, 09:23

Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar

Enerji içkilərinin reklamına qadağa məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
19.01.2018, 09:18

Enerji içkilərinin reklamına qadağa məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

Qətliama şahidlik etmiş “Şamaxinka” sakinləri: “Bir gecədə əliyalın əhalini qırıb getdilər”
19.01.2018, 09:12

Qətliama şahidlik etmiş “Şamaxinka” sakinləri: “Bir gecədə əliyalın əhalini qırıb getdilər”

Universitetlərdə qış imtanahları yarıya çatdı - Hansı ali məktəbdə narazlıq BÖYÜKDÜR...   
19.01.2018, 09:04

Universitetlərdə qış imtanahları yarıya çatdı - Hansı ali məktəbdə narazlıq BÖYÜKDÜR...  

Avtomobil qatarla toqquşdu: 5 ölü, 10 yaralı
19.01.2018, 08:52

Avtomobil qatarla toqquşdu: 5 ölü, 10 yaralı

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək
19.01.2018, 08:45

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək

Manatın bugünkü MƏZƏNNƏSİ
19.01.2018, 08:42

Manatın bugünkü MƏZƏNNƏSİ

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı
19.01.2018, 01:04

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı
19.01.2018, 00:46

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı

Paytaxtda avtobus qəzası
19.01.2018, 00:30

Paytaxtda avtobus qəzası

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı
19.01.2018, 00:14

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Azərbaycan nefti bu gün də ucuzlaşdı
18.01.2018, 23:54

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Nazir ingiliscə Qarabağdan danışdı
18.01.2018, 23:39

Nazir ingiliscə Qarabağdan danışdı

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ
18.01.2018, 23:23

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi
18.01.2018, 23:09

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi

Hacıqabulda ağır qəza
18.01.2018, 22:44

Hacıqabulda ağır qəza

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu
18.01.2018, 22:29

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(56.0%)
- Geyimə(3.21%)
- Müalicəyə(5.35%)
- Kommunal xidmət haqlarına(12.5%)
- Təhsilə(2.5%)
- İstirahətə(1.07%)
- Kitaba(1.07%)
- Rüşvətə(4.64%)
- Əyləncəyə(0.71%)
- Digər şeylərə(12.8%)