Modern.az

Dövlət borcunun idarə edilməsi ilə bağlı layihə hazırlanacaq

 Dövlət borcunun idarə edilməsi ilə bağlı layihə hazırlanacaq

29 Dekabr 2016, 09:51

Nazirlər Kabineti gələn il dövlət borcunun ortamüddətli və uzunmüddətli idarə edilməsi layihəsini hazırlayacaq.

Modern.az saytının məlumatına görə, bu Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il üçün dövlət büdcəsinin təsdiq edilməsi haqqında sərəncamında qeyd olunub.

Sərəncama görə, 6 ay ərzində həmin layihə hazırlanmalı və dövlət başçısına təqdim edilməlidir.

2016-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 7 650,7 milyon dollar (12 402,6 milyon manat) təşkil edib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir