17 avqust 2017, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Gələn il Ermənistana daha bir “aprel dərsi” verilə bilər
Gələn il Ermənistana daha bir “aprel dərsi” verilə bilər
29.12.2016, 12:50

Bu ilin aprel ayının əvvəllərində Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Ermənistanın işğal etdiyi 2 min hektardan çox ərazimiz geri alındı.

 

Bu ərazilər içərisində strateji əhəmiyyətli yerlər – Talış və Lələtəpə yüksəklikləri də var. Təbii ki, bu hadisələrdən sonra, Ermənistan tərəfi qorxuya düşdü və erməni siyasi elitası da etiraf etdi ki, onlar belə məğlubiyyəti gözləmirdilər.

 

Aprel ayının 5-də Moskvada imzalanan atəşkəs sazişindən sonra isə sülh danışıqlarının növbəti raundu başlandı.

 

Azərbaycan və Ermənistan prezidentlərinin may ayında Vyanada, ardınca isə iyunda Sankt-Peterburqda Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarını müzakirə etməsi danışıqlar prosesinin daha da sürətlənəcəyi ehtimallarını artırırdı.

Amma gözlənilənlərin əksinin şahidi olduq. Çünki 2016-cı ilin sentyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü gözlənilirdi, amma bu gözlənti elə deyilən sözlərdən o yana keçmədi.

 

Şübhə etmək olmaz ki, danışıqların baş tutmamasına görə birbaşa məsuliyyəti Ermənistan və onun prezidenti Serj Sarkisyan məsuliyyət daşıyır. Çünki ortada bir danılmaz fakt var və bu əlahəzrət fakt bütün dünya ictimaiyyətinə bəllidir – bu da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.

 

Düşünmək üçün əsas var ki, Ermənistan rəhbərliyi aprel döyüşlərindən sonra özünə vaxt qazanmaq üçün danışıqlarda manevr etmək istəyib və bir neçə rayonun Azərbaycana qaytarılmasını təklif edib.

 

Hər halda diplomatik mənbələrə yaxın, ABŞ dövlət katibinin keçmiş köməkçisi, ATƏT-in Minsk qrupunun eks-həmsədri Metyu Brayzanın açıqlaması bunu deməyə əsas verir.

 

Sitat:

“Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda  Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan “olduqca konstruktiv” təklif vermişdi. 

 

Ehtimal edirəm ki, təklif Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını da nəzərdə tuturdu, hərçənd təklifin bu hissəsi barədə məlumatı rəsmi kanallardan almamışam.

 

Ancaq bu, əlavə danışıqlar predmeti olacaq məsələ idi... Mən Bakıda apardığım müzakirələr zamanı öyrəndim ki, Azərbaycan rəhbəliyi bu təkliflərə real ümidlər bəsləyir.

İnanıram ki, Sarkisyan da Putinin təklifinə dəstəyini ifadə etmişdi. Və Ermənistanda iyul hadisələri də elə buna görə başladı, ərazilərin qaytarılmasına qarşı olan silahlı qrup polis idarəsini ələ keçirdi. Azərbaycanda da bu cür kompromislərə qarşı olan radikallar var. Ona görə də Serj Sarkisyan və İlham Əliyev Putinin təklifini dəstəkləyərək böyük cəsarət nümayiş etdirmişdilər”.

 

Ola bilər ki, Ermənistandakı iyul hadisələri 2 rayonun qaytarılması məsələsinə görə edilən ictimai etirazdır, amma gəlin baxaq görək, Sarkisyan necə, bu təkliflə razılaşmaqda səmimidirmi? Birmənalı olaraq “yox” cavabını vermək olar.

Sarkisyanın mövqeyinin dəyişməsində istər iyul hadisələri rol oynasın, istərsə də yox – nəticə budur ki, Ermənistan sülh prosesindən birdəfəlik kənarlaşıb. Bu isə 2017-ci ildə belə Dağlıq Qarabağ münaqişəsinin həllinə olan ümidləri azaldır.

Rusiyanın Ermənistana “İsgəndər” raketlərini satması və rəsmi Yerevanın bununla öyünməsi də də onu göstərir ki, Sarkisyan sülh yolu ilə işğal altında olan torpaqları geri qaytarmaq niyyətindən vaz keçib.

 

“Ermənistanın danışıqlar prosesindən kənarlaşmasının birinci mərhələsi həmsədrlərin Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək üçün danışıqlar masasına dəvət etməsi ilə yadda qalıb. İkinci mərhələ isə sentyabr ayında başlayıb.

 

Bu dəfə Azərbaycan danışıqların aparılmasına maraq göstərib lakin hərbi paradda “İsgəndər” və s. yeni aldığı silahları nümayiş etdirən Ermənistan prosesdən kənarlaşıb. Belə nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi də münaqişənin hərbi yolla həlli barədə düşünməyə başlayır” - Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Ağası Yenokyan belə deyib.

 

Ekspertlərin qənaətincə, Ermənistanın “İsgəndər”ə sahiblənməsi Rusiyanın Azərbaycanın hərbi balansda üstünlüyünü azaltmaqdan ötrü yürütdüyü taktikadır. Bu səbəbdəndir ki, Rusiya 2017-ci ildə də münaqişənin həllində dominantlığını qoruyub saxlayacaq.

 

Mərkəzi Kəşfiyyat İdarəsinin özəl strukturu hesab olunan, “Stratfor” analitik şirkətinin 2017-ci ilproqnozlarına görə, Rusiya Qarabağ məsələsində yenə də əsas hakim rolunu oynayacaq.

 

“Rusiya öz mənfəəti naminə Azərbaycanla Ermənistanı bir-birinə qarşı qoyacaq. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı və digər layihələri parçalanmadan zərər görəcək. Və bundan dolayı Rusiya Qafqazda da nüfuzunu artıracaq və öz inteqrasiya təşəbbüslərini, məsələn, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıyla bağlı ideyalarını işə salacaq.

Rusiya müdafiə mövqeyini möhkəmləndirmək, müxtəlif yerlərdə – Yaxın Şərqdə, eləcə də kiber mühitdə müxtəlif ocaqlar yaratmaq cəhdlərini davam etdirəcək. ABŞ isə Rusiyanın genişlənməsinin qarşısını almağa çalışacaq” – “Stratfor”un gələn il üçün hesabatında belə deyilir.

 

“Vasitəçilik missiyasının uğursuzluğu, silahlanma yarışı və atəşkəs rejiminin tez-tez pozulması Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası riskini tədricən artırmaqdaqdadır” –belə proqnoz isə ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Münasibətlər Şurasının hesabatında verilib.

 

Məlumat üçün bildirək ki, bu hesabat 2017-ci ildə mümkün münaqişələr və ABŞ-ın onlara mümkün təsiri barədə proqnozlara həsr olunub.

 

Rusiya Xarici İşlər Nazirliyi isə ənənəvi diplomatik ton və ritorika ilə bəyanat verib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək.

 

“Ona görə də bizdən asılı olan nə varsa, yerinə yetiriləcək ki, prosesin normallaşması dayanmasın, əksinə intensivləşsin. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tədbirlərin qrafikinə gəlincə, bu barədə müvafiq məlumat olan kimi bildirəcəyik”-deyə Zaxarova Rusiyanın 2017-ci il üçün Qarabağ strategiyasını belə açıqlayıb.

Ən maraqlısı isə odur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti Fransua Olland Qarabağ məsələsinin həlli ilə bağlı şəxsən öhdəlik götürdüyünü bəyan edib. Lakin, bu öhdəliyin konkret cizgiləri və hədəfləri haqda danışmayıb. O, Azərbaycan prezidenti İlham Əliyevə ad günü ilə bağlı təbrik məktubunda bildirib:

 

Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı həllinin tapılmasında Fransanın və şəxsən mənim öhdəliyimin olduğunu bir daha diqqətinizə çatdırıram”.

 

Bu öhdəlik yerinə yetiriləcəyi təqdirdə belə, inandırıcı deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı dönüş yaransın.

 

Göründüyü kimi, deyilənləri və yazılanları ümumiləşdirib təhlil etsək, 2017-ci ildə Qarabağ probleminin sülh yolu tənzimlənməsində həlledici proseslərin başlamayacağını proqnozlaşdırmaq olar.

 

Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlar boşaldılmayaınca, hər hansı bir sülhdən söhbət gedə bilməz.

 

Deməli, Azərbaycan da indiki məqamda ancaq haqlı olaraq hərbi variantı məqbul sayır. Çünki Ermənistanın qeyri-konstruktivliyi və danışıqlarda nümayiş etdirdiyi ənənəvi ritorika onu göstərir ki, onlar öz xoşlarına torpaqlarımızı tərk edən deyillər. Buna görə də, 2017-ci ildə də Ermənistana daha bir “aprel dərsi” verilə bilər. 

 

 

Aqşin KƏRİMOV

 

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video
17.08.2017, 21:16

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video

Barselonada terror: 13 nəfər öldü, Yenilənib
17.08.2017, 21:07

Barselonada terror: 13 nəfər öldü, Yenilənib

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb
17.08.2017, 20:56

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb
17.08.2017, 20:29

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb

Dağıstanda partlayış: 2 ölü
17.08.2017, 20:15

Dağıstanda partlayış: 2 ölü

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq
17.08.2017, 19:41

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb
17.08.2017, 18:56

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb

Göygöldə DƏHŞƏT - 2 qadın amansızlıqla qətlə yetirildi
17.08.2017, 18:49

Göygöldə DƏHŞƏT - 2 qadın amansızlıqla qətlə yetirildi

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək
17.08.2017, 18:45

“John Deere” şirkəti Azərbaycanla əməkdaşlıq edəcək

Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vurub
17.08.2017, 18:40

Dövlət çevrilişinə cəhd Türkiyəyə 17 milyard dollar ziyam vurub

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib
17.08.2017, 18:31

ABB-nin restrukturizasiya planı yerli məhkəmə tərəfindən təsdiqlənib

Sudan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
17.08.2017, 18:17

Sudan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

BP-də nə qədər azərbaycanlı çalışır?
17.08.2017, 18:08

BP-də nə qədər azərbaycanlı çalışır?

Prezident Ağsudakı yol tikintisinə 5,8 milyon manat ayırdı
17.08.2017, 17:45

Prezident Ağsudakı yol tikintisinə 5,8 milyon manat ayırdı

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir
17.08.2017, 17:31

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
17.08.2017, 17:10

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu
17.08.2017, 16:50

Sumqayıtda binada yanğın: sakinlər təxliyə olundu

Prezidentlərin övladları Bakıya gələcək
17.08.2017, 16:27

Prezidentlərin övladları Bakıya gələcək

BP Azərbaycanda qaz hasilatını azaltdı
17.08.2017, 16:25

BP Azərbaycanda qaz hasilatını azaltdı

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü
17.08.2017, 16:19

Yəməndə ABŞ səfirliyinin əməkdaşları əsir götürüldü

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verdi
17.08.2017, 16:13

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı istefa verdi

Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb
17.08.2017, 15:55

Kamal Abdulla Polşa xarici işlər nazirinin müavini ilə görüşüb

Gədəbəydə peşə kursları təşkil edildi
17.08.2017, 15:51

Gədəbəydə peşə kursları təşkil edildi

Qurban bayramı namazının vaxtı açıqlandı
17.08.2017, 15:43

Qurban bayramı namazının vaxtı açıqlandı

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi
17.08.2017, 15:29

Kəmaləddin Heydərov vitse-prezident təyin edildi

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü
17.08.2017, 15:20

Sumqayıtda it dişləyən 5 yaşlı uşaq öldü

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə
17.08.2017, 15:08

4G-dəstəkli LG FLEX 2 smartfonu indi yarı qiymətə

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT
17.08.2017, 14:58

Həbsxanadakı davaya rəsmi MÜNASİBƏT

“Gənclərin Simulyasiya Akademiyası” davam edir
17.08.2017, 14:51

“Gənclərin Simulyasiya Akademiyası” davam edir

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir
17.08.2017, 14:42

Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız ölümcül vəziyyətdədir

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA
17.08.2017, 14:39

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA

Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan olundu
17.08.2017, 14:38

Rusiyada “Yehova şahidləri”nin fəaliyyəti qadağan olundu

Azərbaycan Kooperasiya Universitetindən tələbələrə jest
17.08.2017, 14:03

Azərbaycan Kooperasiya Universitetindən tələbələrə jest

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”
17.08.2017, 13:53

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”

"Donuz qripi" 600-dən çox insanın həyatına son qoydu
17.08.2017, 13:48

"Donuz qripi" 600-dən çox insanın həyatına son qoydu

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.5%)
SOCAR-dan(6.89%)
Lukoil-dan(16.0%)
Bunların heç birindən - başqasından(26.4%)