Modern.az

Amerikalı həmsədr: “Qarabağ münaqişənin hərbi yolla həlli yoxdur”

Amerikalı həmsədr: “Qarabağ münaqişənin hərbi yolla həlli yoxdur”

Qarabağ

30 Dekabr 2016, 10:04

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dekabrın 29-da Ermənistan - Azərbaycan cəbhəsində baş verən insidentdən təəssüfləndiyini bildirərək, həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.


Modern.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, ABŞ diplomatı qeyd edib ki, baş verən yeni toqquşması sülh danışıqlarnın vacibliyini bir daha gündəmə gətirib və onun əhəmiyyətini artırıb


"Biz əvvəllər də vurğuladığımız kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur", - deyə Uorlik əlavə edib.


Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu həlak olub.

Erməni tərəfi 3 hərbçi itirdiyini bildirib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi