Modern.az

Gəncədə ucuz yarmarka - FOTOLAR

Gəncədə ucuz yarmarka - FOTOLAR

Aktual

30 Dekabr 2016, 13:12

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış yarmarkası keçirilib.

 

Satış yarmarkasının təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

 

Modern.az xəbər verir ki, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.

 

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibət ilə təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında qiymətlər bazarla müqaisədə 20-30 faiz aşağıdır. Elnur Rzayev bildirib ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunub.

 

Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən İlkin Qarayev, Səbuhi Abbasov, Bahar Verdiyeva, Rafiq Behbutov və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

 

Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.

 

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:

  

Un (50 kq)

22 AZN

Un (25 kq)

11 AZN

Un (10 kq)

5  AZN

Un (5 kq)

2.50 AZN

Mal əti (kq-la)

7 AZN

Qoyun əti (kq-la)

8 AZN

Yumurta (ədədlə)

0.12 AZN

Toyuq (kq-la)

3 AZN

Kartof

0.70 AZN

Soğan

0.40 AZN

Makaron (1 kq)

0.71 AZN

Düyü (basda)

2.72 AZN

Beta Earl Grey 50 qr

0.79 AZN

Çempion çay 50 qr

0.79 AZN

Limonad

0.50 AZN

Alma (3 kq)

1 AZN

Mandarin (1 kq)

0.90 AZN

Kərə yağı (Yeni Zellandiya 1 kq)

5 AZN

Kərə yağı (Ukrayna) 1 kq

3.50 AZN

Qoz (1 kq)

6 AZN

Fındıq (1 kq)

6 AZN

Şabalıd (1 kq)

7 AZN

 

 

 

Modern.az

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?