Modern.az

Bakıda veloyürüş təşkil olundu

Bakıda veloyürüş təşkil olundu

31 Dekabr 2016, 15:47

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasıyası, "Ladıes on Bıkes" xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı həmçinin "Velosport" mağazalarının yaxından dəstəyi ilə "Yeni il və Həmrəylik " veloyürüşü keçirilib

 Modern.az xəbər verir ki, veloyürüş  Azadlıq meydanından  start götürərək Ağ şəhər bulvarına qədər hərəkət edib və “Port Baku”nun qarşısında yürüşü başa çatıb.

 Veloyürüş sonunda Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Respublika Velosiped Trekinin direktoru Ceyhun Mirzəyev və "Ladies on Bikes" klubunun rəhbəri Nur Axundlu talassemiyalı və hemofiliyalı pasientlərini və onların ailə üzvülərini Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik ediblər.

 Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova və Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul çıxış edərək təşkil olunan  tədbirə  görə təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.

 Sonra Talassemiyalı və hemofiliyalı pasientlərinə  Velosiped İdmanı sahəsində göstərilən xüsusi diqqət və qayğıya görə  Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının əməkdaşları  “Fəxri Fərman”a layiq görülüblər.

 Yürüşün yekununda Şaxta baba və Qar qız tərəfindən talassemiyalı və hemofiliyalı pasientlərinə Yeni il münasibətilə hədiyyələr təqdim olunub.

 Qeyd edək ki,  Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla dövlət əhəmiyyətli günlərdə veloyürüşlər təşkil edir. 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu