Modern.az

Araz Abdullayev rəsmən “Qəbələ”yə keçib

Araz Abdullayev rəsmən “Qəbələ”yə keçib

Aktual

31 Dekabr 2016, 16:04

Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev karyerasını “Qəbələ”də davam etdirəcək.


“Qəbələ”nin saytında yayılan məlumata görə, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi