Modern.az

Pirotexniki vasitə 6 yaşlı uşağın əlini yandırıb

Pirotexniki vasitə 6 yaşlı uşağın əlini yandırıb

31 Dekabr 2016, 20:47

Mingəçevir şəhərində azyaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb, xəsarət alıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə şəhərin M.Maqomayev küçəsindəki 89/11 ünvanda yerləşən mənzildə qeydə alınıb. Ailənin azyaşlı övladı, 2010-cu il təvəllüdlü Haqverdiyev Elgün Elsevər oğlu əlindəki partlayıcı paketi alışdırarkən ehtiyatsızlıq edib və onun partlaması nəticəsində uşağın əli yanıb.

 

O, təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti kafi qiymətləndirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı