Modern.az

Paytaxt sakininə qarşı dələduzluq edilib

Paytaxt sakininə qarşı dələduzluq edilib

Aktual

31 Dekabr 2016, 21:09

Bakıda 67 yaşlı qadına qarşı 88 min dollarlıq dələduzluq edilib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1949-cu il təvəllüdlü Süleymanova Güləbatın Məcid qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək dələduzluqla üzləşdiyini bildirib.

 

Belə ki, 2016-ci ilin iyun ayında Sayalı adlı şəxs onu aldadaraq 12 000 ABŞ dollar pulunu və 76 000 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir